Paresteziya xəstəliyi

Demək olar ki, hər kəs bəzən paresteziya keçirib. Paresteziya bədəndə qaşınma, yanma, uyuşma və batma hissi verən xəstəlikdir. B5 vitamini çatışmazlığı nəticəsində əmələ gələn bu xəstəlik uzun müddət davam edərsə, müalicə tələb edir. Ən çox əllər, ayaqlar və qollarda rast gəlinən batma, yanma, uyuşma və gücsüzlük kimi təzahür edir. Bəzi insanlarda problem olan hissəyə əl ilə toxunduqda sanki həmin hissəyə soyuq bir şey toxunur və ya iynə batırılır. Yəni sinir sistemi və beyin həmin toxunuşu səhv anlayır. Bəzi xəstələr isə əl ilə toxunmağa ehtiyac qalmadan eyni hissləri keçirirlər.

Paresteziya bədənin hər hansı bir hissəsini təsir edə bilər, amma ümumi olaraq aşağıdakıları təsir edir:

  • əllər
  • qollar
  • ayaqlar

 Paresteziya müvəqqəti və xroniki olmaqla 2 formada olur.

Aşağıdakı simptomlar daxildir:

  • uyuşma
  • zəiflik
  • qıcıqlanma
  • yanma
  • soyuqluq

 

Ayaqlarda paresteziya olan zaman yeriməkdə çətinlik törənir. Həyat fəaliyyətinizə təsir edən paresteziya əlamətləri varsa, həkimə müarciət edin.

   Paresteziyanın səbəbini müəyyən etmək həmişə mümkün deyil. Müvəqqəti paresteziya sirkulyasiya pozğunluğu nəticəsində əmələ gəlir. Bu uzun müddət yatmaq və ya oturaq vəziyyətdə olmaq, yuxu pozğunluğu, uzun müddət soyuğa məruz qalma zamanı meydana çıxa bilər. Xroniki paresteziyanın əlamətləri sinir sistemi xəstəlikləri, vitamin və mineral çatışmazlığı, əsəbi ruh halı, həddindən artıq spirtli içki içmək, şəkər xəstəliyi zamanı və s. meydana gəlir.

   Hərkəs müvəqqəti paresteziya yaşaya bilər.

   Aşağıdakı siyahıda paresteziyanın potensial səbəbləri çoxdur.

  • Migren
  • Alkoqolizm
  • Nevropatiya
  • Yetərsiz qidalanma
  • Dehidrasiya
  • Ateroskleroz
  • Immun çatışmazlığı
  • Lidokain zəhərlənməsi
  • Autoimmun xəstəliklər
  • Guillain-Barre Sendromu
  • Hipoqlikemiya
  • Fabry xəstəliyi və.s

    Paresteziyanın simptomları:

  • Qıcıqlanma və ya “iynə batırma” hissi
  • Ağrı
  • Uyuşma və ya hissiyyatın itməsi
  • Tikan və ya qaşınma hissi
  • Isti və ya soyuq dəri

Bəzi faktorlar sinir sıxışması riskini artırır:

Cins: qadınlarda daha yüksəkdir.

Köklük: Əlavə çəki sinirlərə təzyiq göstərə bilər.

Hamiləlik: Hamiləliklə bağlı çəki və su artımı sinirlərdə şişkinlik və təzyiq yarada bilər.

Tiroid xəstəliyi

Diabet: Diabet xəstəliyi sinir və toxumaya  zərər verə bilər.

Revmatid artrit: bu oynaqlardakı sinirləri sıxışdıran iltihaba səbəb olur.

Uzunmüddətli yataq istirahəti: sinir sıxışmasına və paresteziya əmələ gəlməsinə səbəb ola bilər.

 Müalicəsi:

   Bir çox hallarda, paresteziya öz-özünə yox olur. Lakin uzun müddət uyuşmalar, qıcıqlanmalar artarsa və davam edərsə, həkimə müraciət etməkdə fayda var. O, həmçinin paresteziyaya səbəb olan problemləri müəyyən etmək üçün müəyyən testləri tövsiyə edə bilər.

  • Dincəlmək

Dincəlmək sinirləri rahatladır. Sinir sıxışmasının qarşısını alır.

  • Fizioterapiya

Fiziki terapiya, həssas sinirləri əhatə edən əzələlərdə güc yaratmaq üçün istifadə edilə bilər.

  • Dərmanlar

Ağrıları azaltmaq və şişkinlik və iltihabı azaltmaq üçün ibuprofen və naproksen sodyum və həssas bölgəyə hətta inyeksiya kimi bəzi steroid dərmanlar verilə bilər.

  • Əməliyyat

Bu müalicələr simptomları aradan qaldırmazsa, sinirdə təzyiqi azaltmaq üçün cərrahiyyə lazım ola bilər. Əməliyyat tipi, xəstənin yaşadığı müəyyən simptomlara ve onların səbəbinə bağlı olacaq.

   Daha ağır paresteziya olan xəstələrə amitriptilin kimi antidepressant dərmənlar təyin olunur. Paresteziya üçün nəzərdə tutulan antidepresan dərmanlar aşağı dozada verilir. Paresteziyanın simptomlarını aradan qaldırmağa kömək etmək üçün bir sıra alternativ müalicələr mövcuddur. Qidalanma ilə  müalicə B kompleks vitamin dəstəyi, xüsusilə B12 vitamini ilə ola bilər. Akupunktur və masaj da paresteziya əlamətlərini müəyyən  dərəcədə rahatlama ilə təmin edir. Aromatik yağlarla öz-özünü masaj etmək bəzən faydalıdır.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/xestelikler/paresteziya-xesteliyi
  • Follow by Email
  • RSS