Ariboflavinoz nədir?

    Ariboflavinoz Vitamin B2 (riboflavin) çatışmazlığı nəticəsində əmələ gəlir. Ariboflavinoz ən çox düzgün qidalanmama və alkoqoldan çox istifadə edən zaman müşahidə edilir. B2 vitamini suda əriyən vitamindir. Suda əriyən vitamin olduğu üçün sidik vasitəsilə orqanizmdən xaric olur. B2 vitamini orqanizmdə depolana bilmədiyi üçün gündəlik qəbul edilməlidir. Bəzi insanlar riboflavin çatışmazlığı ilə qarşı-qarşıyadır. Bunlar dializlə müalicə olunan böyrək xəstəsi olan şəxslərdir. Bundan əlavə, xərçəng, ürək xəstəliyi və diabet kimi xroniki xəstəliklər Vitamin B12 çatışmazlığı törədirlər. B2 vitamini çatışmazlığı dil iltihabına səbəb olur və bu hal “magenta” adlanır.

   Bununla birlikdə, aşağıdakı insanlar əlavə olaraq riboflavinə yəni Vitamin B2’yə ehtiyac duya bilərlər:

  • Hamilə və ya süd verən analar
  • Atletlər
  • Alkoqoldan çox istifadə edənlər
  • Yeni əməliyyat keçirmiş insanlar
  • Uzunmüddətli stress altında olanlar
  • Qaraciyər funksiyasının pozulması, vitamindən düzgün istifadə edilməsinə maneə törədir.

  Simptomları:

   Riboflavin çatışmazlığına olduqca nadir rast gəlinir. Riboflavin çatışmazlığı əlamətləri meydana gəldikdə, bunlar ümumiyyətlə bütün B qrup vitamini çatışmazlığı ilə bağlıdır.

  • Ağızda yaralar
  • Boğaz ağrısı
  • Ağız və boğazın qızartı və şişməsi
  • Dodaqların çatlaması
  • Ağız ətrafında iltihab
  • Dildə qızartı və iltihab
  • Xüsusilə burun, ağız, alın, qulaqlar, baş dərisi və dodaqlar ətrafında dərinin qaşınması və quruması
  • Gözlər sulu və qanlı olur
  • Qan çatışmazlığı
  • Gözlərin işığa həssas olması və tez yorulması
  • Görmədə bulanıqlıq
  • Yuxusuzluq
  • Yorğunluq

 Müalicəsi:

  Tərkibində B2 vitamini olan qidalardan istifadə etmək lazımdır. Gündəlik istifadə norması mütləq qəbul edilməlidir. Işığa məruz qalan zaman Riboflavinin parçalanması sürətlənir.

  • Normalda insanlar aşağıdakı qidalardan riboflavini əldə edə bilərlər: qaraciyər, süd məhsulları, yumurta, ət, buğda və Tuna balığı
  • Riboflavinin ən çox qida qaynağı qaraciyər, göbələk, ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlər, brokoli, quşqonmaz və süd məhsullarıdır.
  • Kataraktlı xəstələrə gündəlik 10 mq riboflavin qəbul etməyi məsləhət görürlər.
  • Əlavə olaraq, dərman maddələri vasitəsilə vitamin qəbul etmək olar. Lakin, mütləq həkimlə məsləhətləşib qəbul etmək lazımdır.

3 yaşdan aşağı: təyin edilmir.

3-12 yaş arası: gündəlik 3-10 mq qəbul edilməlidir.

12 yaşdan yuxarı: yetkin doza qəbul edilir.

 Yetkin doza: gündəlik  6-30 mq qəbul edilməlidir.

 

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/xestelikler/ariboflavinoz-nedir
  • Follow by Email
  • RSS