Zakir Həsənov cəbhədə döyüş hazırlığını yoxladı – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhədə olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən SAGLAMHEYAT.NET-ə məlumat verilib.

Verilən məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.

Müdafiə naziri hərbi hissədəki şəraitlə tanış olaraq hərbi texnikalara baxış keçirib.

Onların heyətlərinin hazırlığını yoxlayıb və döyüş tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.

 




BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.