Türkiyədə mübarizə başladı – Dünyanın gözü İstanbulda

Bu gün İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilir.

SAGLAMHEYAT.NET  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Ali Seçki Komissiyasının (YSK) mayın 6-da AKP-nin seçki saxtakarlığı iddiası ilə etirazından sonra 31 mart seçkilərini yeniləmək barədə qərarı əsasında bu gün istanbullular yenidən sandıq başındadır. Bu gün baş tutacaq səsvermə ilə İstanbul əhalisi 5 il boyunca fəaliyyət göstərəcək yeni bələdiyyə sədrini seçəcək.

Referendumda Cümhur İttifaqından (AKP) Binəli Yıldırım, Millət İttifaqından (CHP) Əkrəm İmamoğlu, Səadət Partiyasından Necdet Gökçınar və Vətən Partiyasından Mustafa İlkər Yücel mübarizə aparacaq. 

31 mart seçkilərindəki seçici siyahısı budəfəki seçkilərdə də istifadə olunacaq. 18 yaşını yeni tamamlayanlar və hərbi xidmətdən qayıdanlar səsvermədə iştirak etməyəcəklər. Ümumilikdə 68 min 17 nəfər səs verə bilməyəcək. 

İstanbulun 39 rayonunda, 62-si həbsxana, 156-sı səyyar olmaqla 31 min 342 sandıqda 10 milyon 560 min 963 nəfər səs verəcək. 

Səsvermə Türkiyə vaxtı ilə saat 08:00-da başlayıb və 17:00-dək davam edəcək.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS