Tolik silikonlu müğənnilərə ev-maşın alan pullu kişilərdən Rəmiş üçün kömək istədi – VİDEO

Canlı yayımda nəfəsi kəsilərək vəziyyəti pisləşən xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ağır xəstəlikdən əziyyət çəkir.

SAGLAMHEYAT.NET  xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) aparıcılıq etdiyi “Hər şey daxil” proqramında məlumat verib.

Prodüser-aparıcı sənətkarın müalicəsi üçün 10 min manat lazım olduğunu deyərək, kömək üçün imkanlı şəxslərə səslənib:

“Hamıya dəstək olursunuz. Nə olar ki, 10 mindən keçin, verin Rəmiş gedib Türkiyədə müalicə alsın. Düşünürəm ki, bir sənətkarın sağlamlığının əldən getməyini görmək və buna biganə qalmaq insanlığa yaraşmaz. Necə olur ki, kiməsə ev ücün pul yıgırıq, kiməsə xəstəlik ücün pul yığırıq, bəs ilərin sənətkarına kömək etməyə niyə ərinirlər? Sözüm müğənnilərə və o pullu kişilərədir! Gic-gic silikonlu müğənnilərə maşın, ev almaq onlar ücün problem deyil? Sağ olsun Xoşqədəm Baxşəliyeva, Rəmiş müəlimi verilişinə dəvət etdi, amma sənətkar mualicəsinə pul yıgmağa imkan vermədi. Bəlkə elə insanlar çıxar ki, mənimlə əlaqə saxlayıb Rəmiş müəllimi reklamsız müalicəyə göndərər! O da qəbul edər.”

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS