“Üstümə hücum çəkib söyüş söydü” – Aparıcı davadan danışdı

Tanınmış aparıcı Humay Muxtarova restoranda hücuma məruz qalması barədə yayılan xəbərlərə münasibət bildirib. DTV-nin siması  açıqlamasında bazar günü baş verən hadisənin təfərrüatını danışıb:

“Mətbuat yazıb ki, həmin şəxs mənim tanışımdır. Belə bir şey yoxdur. Hadisənin təfərrüatını sizə danışım. Həftəsonu rəfiqələrimlə xəngəl yeməyə getmişdik. Rəfiqələrimin birinin sevgilisi ilə problemi var idi, ayrılmışdı. Həmin vaxt telefonla mübahisə edirdi, bir anda qapı açıldı, oğlan içəri girdi. Girən kimi mənim üstümə hücum çəkdi, söyüş söyməyə başladı. Digər rəfiqələrim onun qarşısını kəsməyə başladılar.

Dedim ki, sənin mənimlə nə işin? O da cavab verdi ki, yeməyə sən onu dəvət etmisən. Stoldan çəngəli götürərək mənə atdı. Daha sonra masada olan boş şüşəni götürüb hücum çəkmək istəyirdi, rəfiqələrim icazə vermədi. Şükür ki, üzümə, gözümə xəsarət yetirilməyib. Qadınam, kişiylə dava edəsi deyildim. Nəsimi Rayon Polis Şöbəsinə müraciət etdim, həmin şəxs axtarışa verilib. 

İnsanın sevgilisi ilə problemi varsa, bunun mənə nə aidiyyatı var? Sən kimsən ki, məni ictimaiyyət arasında təhqir edirsən? Hər yerə ərizə ilə müraciət etmişəm. Bir daha deyirəm, həmin şəxs mənim tanışım deyil. Oğlanın adı da Vaqifdir”.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/xeberler/taninmis-aparici-humay-muxtarova
  • Follow by Email
  • RSS