Qazın Limiti Dəyişdi.Yeni Tarif

2018-ci ildə olduğu kimi 2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək.

Məsələ ilə bağlı SAGLAMHEYAT.NET-ə açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayi bildirib ki, qeyd olunan tarixdən etibarən əhalinin illik istehlak həcminin 1700 kubmetri 170 manat, yəni 10 qəpik tarifiylə, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifiylə hesablanacaq

“Ödənişlərində artım olmayan abonentlərin sayı 75% təşkil edir. Yəni il ərzində cəmi 25% abonent qazın limitini keçib”.

Qeyd edək ki, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən, il ərzində istehlakçılara verilən 1700 kubmetr təbii qazın hər kubmetri 10 qəpiklə, 1700 kubmetrdən çox istifadə olunan qazın hər kubmetri 20 qəpiklə hesablanır. Tarif Şurasının qərarında bu il heç bir dəyişiklik yoxdur.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS