Qazaxıstanda saxlanılan Azərbaycan balıqçılarına cinayət işi açılıb – FOTO

Dekabrın 28-də Xəzər dənizinin Qazaxıstan sularında saxlanılan 4 Azərbaycan vətəndaşına qarşı dövlət sərhədlərini pozma ittihamı üzrə cinayət işi açılıb.

SAGLAMHEYAT.NET xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən “Nur.kz” məlumat yayıb.

İlkin olaraq gəmidə 40 ədəd nərə tipli balıq ovu nümunəsi, aşkar olunduğu bildirilsə də, sonradan dəyən ziyanın daha böyük olduğu ortaya çıxıb. Sərhədçilər balıqçı gəmisində dəyəri 496 min 266 dollar olan 794 kiloqramlıq 198 ədəd nərə tipli balıq nümunəsi aşkar edərək götürüblər.

Balıqçılar saxlanılan zaman silahlı insident baş verib. Onlardan biri güllə yarası alıb.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/xeberler/qazaxistanda-saxlanilan-azerbaycan-baliqcilarina-cinayet-isi-acilib-foto
  • Follow by Email
  • RSS