Metroda sıxlıq yarandı, “28 may” stansiyasına giriş bağlanıb

Bu gün axşam saatlarında “Bakı Metropoliteni”nin 28 May stansiyasının əsas girişi qısamüddətli bağlanıb.

Bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, buna səbəb stansiyada sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir: “Pik saatlara görə stansiyada sərnişin sıxlığı müşahidə edilib. Sıxlıq yarandığı üçün qaydalara uyğun olaraq sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi saat 19:00 radələrində 5 dəqiqəlik bağlanıb. Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra yenidən stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur”.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS