Mehman Xəlilov: Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevinirəm

Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevinirəm. Onunla görüşdən əvvəl də qələbə qazanacağıma əmin idim.

Bunu ikinci Avropa Oyunlarının sambo yarışında bürünc medal uğrunda qarşılaşmada Ermənistan idmançısı Maksim Manukyanı məğlub edən Mehman Xəlilov AZƏRTAC-a açıqlamasında deyib.

Erməni idmançıya qalib gəlməsinin onun qələbə əzmini daha da artırdığını qeyd edən samboçumuz bildirib:

“Rəqibim erməni olduğu üçün qarşılaşmanın ilk dəqiqələrində bir qədər həyəcanlı idim. Amma get-gedə özümü ələ almağı bacardım. Karyeramda daha əvvəl də belə hal olub ki, iki döyüş keçirərək bürünc medal qazanmışam. Bu dəfə təsəlliverici yarışda rəqibim olmadığı üçün birbaşa bürünc medal uğrunda görüşdə çıxış etdim. Komandamıza medal qazandırdığım üçün çox şadam”. 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS