Keçmiş Polis Rəisi Ailəsi İlə Yanaraq Öldü.(VİDEO)

Keçmiş polis rəisi ailəsi ilə birlikdə evində yanaraq ölüb.

SAGLAMHEYAT.NET xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib. Keçmiş polis rəisi Cəmaləddin Ərtəm həyat yoldaşı 88 yaşlı Cahidan Ərtəm və 57 yaşlı qızı Hülya Ərtəmin yaşadığı evdə bu gün səhər saatlarında yanğın baş verib.

Qonşular tüstü qoxusuna yuxudan oyanıb. Nə qədər qapılarını döysələr də Ərtəm ailəsini oyada bilməyiblər. Sakinlər binanı tərk edib və dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürüləndən sonra ailə üzvləri yanmış halda aşkar edilib.

Hazırda hüquq-mühafizə orqanları yanğının baş vermə səbəbini araşdırır.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS