Gürcüstanda aksiyadan dəhşətli görüntülər – FOTOLAR-VİDEO

Dünən Gürcüstanda Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun Gürcüstan Parlament sədrinin kürsüsündə əyləşərək assambleyaya sədrlik etməsi etirazlara səbəb olub.

SAGLAMHEYAT.NET  xəbər verir ki, o, bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb.
Bu, gürcü deputatların kəskin etirazına səbəb olub və iclas dayandırılıb. Hadisədən xəbər tutan yerli əhali də parlament binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

Rusiyalı deputat ölkədən göndərilsə də, etirazçılar bununla sakitləşməyiblər və parlament sədrinin istefa verməsini tələb ediblər. Azərbaycanda səfərdə olan parlament sədri İrakli Kobaxidze isə istefa verməyəcəyini elan etdikdən sonra etirazçılar daha da hiddətlənib və parlament binasını ələ keçirməyə cəhd ediblər.

Polislərlə etirazçılar arasında qarşıdurma zamanı onalrla insan xəsarət alıb. Bir çox insan qanlar içində qalıb. Gözyaşardıcı qaz, rezin güllə və dəyənəklərlə müdaxilədən sonra etirazçıları səhər saatlarında parlament binası qarşısından təmizləmək mümkün olub.

Lakin, səhər saatlarında digər şəhərlərdə də aksiyalara start verilib .

 

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS