Günel: “Bakıya pul qazanmağa gəlirəm”

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova yeni mahnılardan gileylənib.

Sənətçi “ATV maqazin onlarla”ya açıqlamasında mahnıları səviyyəsiz adlandırıb. O, Bakıya gəlməsinin səbəbini də açıqlayıb:

“Tez-tez gəlirəm, amma az qalıram. Bura pul qazanmağa gəlirəm. Gələn kimi, başlayırlar dedi-qodulardan danışmağa. Məni maraqlandırmır, başqalarının şəxsi həyatıdır, özləri bilər.

Mənim də arxamca danışırlar. Heç Türkiyədə dedi-qodulara əhəmiyyət vermirəm. Gedib gəzirəm, əylənirəm, amma onlara yaxalanmıram.

İndiki ifalara baxıram, deyirəm, köçüm Avstraliyaya. O qədər səviyyəsiz mahnılar var ki… İzləyirəm deyirəm, yəqin ki, sənəti buraxmalıyam. Axı Azərbaycan musiqisi, muğamı hər yerdə sevilir. İndikilər nədir?”

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS