DYP-nin daha bir hüququ azaldıldı – Bu dəfə texniki baxış

Çoxdan gözlədiyimiz vacib bir sənəd – “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olundu”.

SAGLAMHEYAT.NET Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov bildirib.

O qeyd edib ki,  proqram kifayət qədər genişdir, çünki yol hərəkəti təhlükəsiszliyinin bütün elementlərini əhatə edən tədbrilər nəzərdə tutur. Əsas ana xətt bunlardır:

  • intizamlı və təhlükəsiz hərəkət iştirakçıları. Burada sürücü hazırlığının, sürücülük imtahanının və bununla bağlı başqa məsələlərin tam yeni prinsip və qaydalar üzrə təşkili və həyata keçirilməsi hədəflənir;
  • nəqliyyat parkının sazlığı və təhlükəsizliyi. Texniki baxışın tam yeni prinsiplər üzrə qurulması, bu işin dövlət qurumları deyil, özəl sektor tərəfindən həyata keçirməsi nəzərdə tutulur;
  • yol infrastrukturu və hərəkətin təşkili işinin təkmilləşdirilməsi. Yollarda süni işıqlanmasnın olması, təhlükəsiz yolayrıcları, sürət rejiminin optimallaşdırılması kimi vacib məsələlərə xüsusi önəm verilməsi hədəflənir;
  • ictimai nəqliyyatın inkişafı;
  • velosipeddən istifadənin təşviqi və genişlənməsi;
  • maarifləndirmənin yeni texnologiyalar üzrə səmərəli təşkili;
  • yol hərəkətinin təhlükəsizliyinin idarə edilməsi işinin yenidən qurulması, müsair texnologiyaların geniş tətbiqi;
  • qəza zamanı tibbi yardımın opertaivliyinin yüksəldilməsi və s.

Bir sözlə, Proqramın əhatə dairəsi çox genişdir, onun mətni ilə tanış olsanız, hər şey aydın olacaq.

Konkret hədəflər də qoyulur.

Özü də hədəflərdən heç biri fantastik deyil. Onların hamısını real icra edə bilərik. Əsas ideya odur ki, yollarımızda müasir dövrə uyğun təhlükəsiz, fasiləsiz və rahat hərəkət olsun, zəruri mobillik təmin olunsun.

Bu Proqram konkret iradə və istəyin rəsmi ifadəsidir. Düşünürəm ki, onun real icra ediləcəyi təqdirdə yaxın gələcəkdə ciddi keyfiyyət dəyişiklikləri də görə biləcəyik”.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS