Bakıda müğənninin cinayəti üzə çıxdı – Hədə-qorxu gəlib dəfələrlə pul alıb

Bakıda vətəndaşları şantaj edərək pul alan şəxsin məhkəməsi başlayır.

SAGLAMHEYAT.NET bildirir ki, news24.az-ın məlumatına görə, Məmmədov Səfa Şəfa oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci, yəni hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə maddəsi ilə açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azad Məcidovun icraatına verilib. Hazırlıq iclası iyunun 28-nə təyin edilib.

Qeyd edək ki, Səfa Məmmədovun əməllərindən zərər çəkən B.Yusifov və G.Qasımoa zərərçəkən şəxs qismində tanınıb. Müğənni kimi fəaliyyət göstərmiş və əvvəllər də məhkumluğu olan Səfa Məmmədov kişi ilə qadını dəfələrlə təhdid edərək xeyli pullarını alıb.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS