Bakıda kobud qayda pozan YPX faciədən son anda xilas oldu – VİDEO

Bakı şəhəri, Balaxanı-Binəqədi yolunda qaydaları pozaraq digər sürücülərə təhlükə yaradan yol polisi vətəndaşlardan biri tərəfindən kameraya çəkilib.

99 YP 746 dövlət nömrə nişanlı patrul avtomobildə xidmət aparan əməkdaş 1.1 xəttinin tələbini pozaraq əks yola çıxır və qadağan olunmuş yerdə ötmə edir.

Bu zaman qarşıdan gələn yük maşını, həmçinin digər avtomobillər üçün təhlükə yaradır.

Ekspertlər deyir ki, yol polisinin bəzi hallarda qaydaları pozmasına icazə verilir, amma sayrışan işıqları və səs siqnalı işlək vəziyyətdə olan zaman üstünlüyə malikdir.

Videoda qayda pozan Yol Patrul Xidməti (YPX) avtomobilinin sayrışan işıqları və səs siqnalı isə yanmır.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS