Bacısı Qızına Təcavüz Edən Dayı Şok Xəbər

Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Ruslan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

SAGLAMHEYAT.NET   xəbər verir ki, prosesdə qərar elan edilib. 

Qərara əsasən, şikayət təmin edilməyib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə,yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

One thought on “Bacısı Qızına Təcavüz Edən Dayı Şok Xəbər

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS