Azərbaycanda qohumlar arasında dava – 18 yaşlı gəncin üzərindən avtomobillə keçdi

Samux rayon Qarayeri qəsəbəsində qohumlar arasında dava baş verib.

Dava zamanı tərəflərdən biri digərinin üzərindən NİVA markalı avtomobillə keçib.

18-yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.

Yaralının bədənin müəyyən hissələrinə sınıq diaqnozu qoyulub. 

İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident də onlar arasında yaşanan mübahisədən sonra baş verib.

Hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Hazırda onun saxlanılması üçün Samux rayon Polis İdarəsində əməliyyat istintaq qrupu yaradılıb.

Faktla bağlı araşdırma apaılır. 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS