Azərbaycanda qəzaya düşən sərnişin qatarı ilə bağlı RƏSMİ AÇIQLAMA

Yevlaxda sərnişin qatarının qəzaya düşməsi barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən rəsmi məlumat verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın  verdiyi məlumata görə, dekabrın 30-da, saat 03:15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci kilometrliyində, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsinin mühərriki sönərək keçiddə qalıb.

Nəticədə toqquşma hadisəsi baş verib. Hadisə zamanı xəsarət alan olmayib.

Hadisənin nəticələri bir neçə saat ərzində aradan qaldırılıb və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Qəza səbəbindən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib.

“Həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir mədudiyyət tətbiq olunmur və hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər”, – deyə bildirilib.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS