Azərbaycanda Qadının Başının Kəsilməyi İlə Bağlı Faktlar Tapıldı.(FOTO)

Ötən gün səhər saatlarında Ucarda gənc qadının başını kəsən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SAGLAMHEYAT.NET-ə verilən məlumata görə, Qaradağlı kəndində başı kəsilən 31 yaşlı Gülnar Həşimovanın qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb. Onun başı kəsilmiş halda olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.

Qeyd edək ki, Gülnar Həşimovanın atası ilə anası ayrılıb. Atası rəhmətə gedib. Bir qardaşı var, o da kənddə yaşayır. Onun yüngül həyat tərzi keçirməsi ilə bağlı iddialar var. Onu öldürən İlkin Çıqqarov ilə qətlə yetirilən Gülnar Həşimova qeyri-rəsmi münasibətdə olublar. Son vaxtlar onların münasibəti pisləşib. Onların münasibətinin pozulmasına Gülnar Həşimovanın yüngül həyat tərzi keçirməsi səbəb olub.

Münasibətlər sonradan daha da kəskinləşib. İlkin Çıqqarov da qadını bu səbəbdən öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.