Azərbaycan güləş tarixində yeni rekord

Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb.

SAGLAMHEYAT.NET  komanda.az-a istinadən  xəbər verir ki, imtahanlardan uğurla keçən 6 azərbaycanlı hakim sevindirici xəbər alıb. Belə ki, Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da, olimpiya kateqoriyalı hakimlərimizin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddur.

Xatırladaq ki, digər I-S dərəcəli hakimlərimiz Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdir. Elman İsmayılovla Abdul Nuriyev I kateqoriyaya sahib çıxıb. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov isə beynəlxalq hakim statusu alaraq, 3-cü dərəcəyə yüksəliblər.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS