Allahın adından “Twitter” hesabı açıb, əyləndi – FOTO

Türkiyədə E.P. adlı bir kişi Allahın adı ilə “Twitter” hesabı açaraq məzəli paylaşımlar edib.

SAGLAMHEYAT.NET Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Allah C.C. adı ilə etdiyi paylaşımlarında dini və insanları ələ salıb.

Onun bu paylaşımlarından narahat olan Əskişəhərli vətəndaş “Allah C.C.” adlı “Twitter hesabından polisə şikayət edib.

Onun şikayətindən sonra hesabın sahibi və paylaşımları edən şəxsin Muş vilayətinin sakini E.P. olduğu üzə çıxıb və onun barəsində məhkəmə davası açılıb.

Məhkəmə sözügedən “Twitter” hesabının ona aid olduğunu qəbul edən E.P. barəsində həbs qərarı  çıxarıb.

Qərara görə, dini dəyərləri aşağılama və bunu ictimai şəkildə yaymaqda günahlandırılan şəxsə 11 ay 20 gün həbs cəzası verib.

Daha sonra hökm dəyişdirilərək E.P.nin cəzası 7 min lirə pul cəriməsi ilə əvəz edilib.

 

 

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS