48 Yaşlı İş Adamı Öz Bakıda Maşınında Güllələndi.(Şok Xəbər)

Paytaxtda iş adamı qətlə yetirilib.

SAGLAMHEYAT.NET xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus “Hyundai” markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.

Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.

Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun qətlə yetirilmiş meyitini avtomobildə aşkarlayıblar.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.