Pellagra xəstəliyi. Vitamin B3 çatışmazlığı.

Pellagra xəstəliyi Vitamin B3 yəni niasin çatışmazlığından meydana gələn xəstəlikdir. Pellagra qida zamanı yetəri qədər triptofan alınmamasından meydana gəlir. Müalicə etməklə asanlıqla bərpa edilə bilər. Lakin, uzun müddət niasin çatışmazlığı ölümə səbəb olar.

  Demans (ağıl xəstəliyi), diareya və dermatitlə qeyd olunan 3 Ds kimi tanınır. Müalicə edilməzsə, pellagra ölümcül ola bilər. Qidalanma prosesində irəliləyiş sayəsində azalmış olsa da, bir çox inkişaf etməkdə olan ölkələrdə problem hələ də qalmaqdadır. Bu vitamin çatışmazlığı nikotin turşusu ilə müalicəyə cavab verir.

Xəstəliyin 2 forması var:

1. Birincili Pellagra – qidalanma zamanı normadan az B3 vitamini (niasin) qəbul etmək.

2. Ikincili Pellagra – B3 vitamininin normal qəbul olunmasına baxmayaraq, orqanizm niasindən istifadə edə bilmir.

Xəstəliyin simptomları:

  Pellagranın əsas əlamətləri dermatit, demans və diareyadir. Pellagra ilə bağlı dermatit adətən üz, dodaq, ayaq və ya əllərdə bir müşahidə olunur. Bəzi kəslərdə boyun ətrafında dermatit, Casal boyunbağı kimi tanınan bir simptom meydana gəlir.

Əlavə dermatit simptomları:

  • qırmızı, ləkəli dəri
  • qırmızıdan qəhvəyiyə qədər dəyişən rəng sahələri
  • qalın, xırda, pullu və ya çatlamış dəri
  • qaşınma, dəri yamaqları
  • boğaz və iltihablı mukoza
  • dəridə meydana gələn yaralarda şiddətli ağrı
  • ağız ətrafının şişməsi
  • dilin parlaq qırmızı rəngdə görünməsi

  Bəzi hallarda pellagra nevroloji əlamətləri erkən görünür, ancaq müəyyən etmək çətindir. Xəstəlik irəlilədikcə mümkün demans əlamətləri belədir:

  • Süstlük, keylik, donuqluq
  • depressiya
  • qarışıqlıq, qıcıqlanma və ya əhval dəyişiklikləri
  • baş ağrıları
  • yorğunluq və narahatlıq
  • pozğunluq və ya delüzyonlar (xəyal)
  • əsəbilik
  • səbəbsiz titrəmələr
  • bayılmalar
  • yaddaş pozğunluğu

Gastrointestinal problemlər:

  • ishal
  • iştahsızlıq
  • göbək ağrısı
  • ürəkbulanma və ya qusma
  • həzm çətinliyi
  • dodaqlarda, dildə və ya diş ətində yaralar

   Pelllagra xəstəliyinə özünüz diaqnoz qoymayın. Çünki bu xəstəliyin əlamətləri başqa xəstəliklərin əlamətləri ilə oxşardır. Məsələn, gastrointestinal əlamətlər Crohn xəstəliyi ilə oxşar əlamətlərdir. Mütləq həkim müayinəsindən keçib əmin olun!

Pellagra xəstəliyinin səbəbləri:

Birincili Pellagra – ana səbəbi triptofan və niasin çatışmazlığıdır. Risk faktorları aşağıdakılardır:

  • niasin və ya triptofanı qidalardan yetəri qədəri alınmaması
  • anoreksiya – yetərsiz qidalanma

 

Ikincili Pellagra – səbəbi isə, bədəndə yetəri qədər niasin olmasına baxmayaraq, orqanizmin ondan istifadə edə bilməməsidir. Və ya istifadəni əngəlləyən faktorların olmasıdır:

  • Alkoqolizm
  • Sirroz
  • Xroniki ishal
  • Crohn xəstəliyi
  • Karsinoid şişlər
  • Hartnup xəstəliyi
Pellagra xəstəliyinin müalicəsi:

     Müalicə əsasən əksikliyin düzəldilməsinə yönəlikdir.

  • Niasin və ya nikotinamidi oral (ağız) və ya damar yolu ilə qəbul etmək
  • Yüksək miqdarda niasin olan B vitamini preparatları
  • Şiddətli vəziyyətdə yataq rejimi
  • Xroniki alkoqolizmi olan insanlara yüksək miqdarda piridoksin, tiamin və niasin qəbulu
  • Dəridəki yaralara qarşı kremlər, losyonlar və ya yağlar
  • Boğaz mərhəmləri və s.

1. Orqanizmə niasin qəbul etmək

   Birincili pellagrada niasin qəbul etməklə xəstəliyi aradan qaldırmaq mümkündür. Ikincili pellagrada da eyni şeylə müalicə ola bilər, lakin ən əvvəl səbəbi öyrənmək lazımdır. Yetkin insanlar üçün gündəlik doza 14 – 16 mg arasında dəyişir. Hamilə və süd verən analar 17-18 mg qəbul edir. Xəstəliyi olan insanlarda isə gündəlik 20-30 mg arasında qəbul etməlidir. Niasin qəbul etdikdən sonra dəridə qızarıqlıq və töküntülər müşahidə oluna bilər. Buna “Niasin təsiri” deyilir. Və qorxulu deyil. Bir müddət sonra dəri sağalır. Niasin qəbul edərkən qəti şəkildə həkimin təyin etdiyi dozadan artıq qəbul etməyin! Çünki bəzi əlavə təsirlər meydana  çıxa bilər. Əlavə təsirlər bunlardır:

  • Qaraciyər xəstəlikləri
  • Şiddətli təzyiq
  • Tiroid pozğunluğu
  • Allergiyalar
  • Sidik kisəsi narahatçılığı
  • Diabet və s.

2. Niasinlə zəngin qidalardan istifadə edin.

   Xəstəliyə tutulmadan qarşısının alınması lazımdır. Bu səbəbdən niasinlə zəngin qida maddələrində gündəlik lazım olan miqdarda qəbul etmək lazımdır. B3 vitamini ilə zəngin olan qidalar:

  • Süd
  • Yumurta
  • Göbələk
  • Qaraciyər
  • Yaşıl noxud
  • Avokado
  • Düyü
  • Balıq
  • Yağsız ət
  • Yaşıl yarpaqlı tərəvəzlər
  • Günəbaxan tumu

Triptofanla zəngin qidalar aşağıdakılardır:

Qabaq çəyirdəyi, chia toxumu, pendir növləri, keçi və dovşan əti, toyuq, balıq, yumurta, mərcimək və s.

3. Dərinizi qoruyun.

Niasin və ya nikotinamid qəbul olunduqdan sonra bir neçə gündə daha yaxşı hiss edəcəksiniz. Buna baxmayaraq, dərinizin tamamilə sağalması  bir neçə ay çəkə bilər və bəziləri dəri üzərində daimi piqment (rəng) itkisi yaşayır. Dəriniz düzələrkən aşağıdakı vasitələrdən də kömək ala bilərsiniz:

Çölə çıxan zaman günəş qoruyucu kremlərdən istifadə edin. Dərinizi günəşdən qorumaq üçün papaqdan istifadə edə bilərsiniz. Dərinizə ən az gündə  1 dəfə nəmləndirici krem sürtün. Kimyəvi tərkibli sabunlardan istifadə etməyin. Isti su ilə duş qəbul etməyin, suyun altında çox durmayın. Dərini qıcıqlandıran maddələrdən – ətir, sprey- uzaq durun. Xəstəlik zamanı yorğunluq hiss edəcəksiniz. Çoxlu istirahət edin. Dincəlin. Bu müddət ərzində həkimlə əlaqədə olun.

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS