C Vitamini

C vitamini və vitaminlər.

Vitaminlər (latinca. “vita”- həyat) üzvi birləşmələr olub,  və heyvanların qidasının zəruri hissəsidir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilmişdir.

Maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır. Мüxtəlif kimyəvi tərkibə malik olmalarına baxmayaraq onların bir ümumi xüsusiyyəti vardır ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Vitaminləri latın hərfləri ilə işarə etmək qəbul edilmişdir.

Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və xəstəliklə-avitaminoz (sinqa,raxit,qanaxma,boyatmanın ləngiməsi) baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir.

Vitaminlər iki qrupa bölünür:

  • suda həll olan (C vitamini və B qrupu vitaminlər),
  • yağda həll olan (A,D,E,K) vitaminləri aiddir

C vitamini hakkında nələri bilmirik?

Askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir.

C vitamini bir çox bitkilərin tərkibində daha çox olur:

  • itburnu
  • kələm
  • çiyələk
  • firəng üzümü
  • turp
  • bibər
  • pomidor
  • yaşıl soğan
  • yaşıl noxud
  • portağal
  • limon
  • mandarin
  • alma
  • moruq və.s.

həmçinin dalaq, qaraciyər, böyrəklərdə, beyində, at südündə C vitamini olur.

Avitaminoz zamanı sinqa xəstəliyi əmələ gəlir.

Sinqa zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik, hətta, ölümlə nəticələnə bilir.Sinqa xəstəliyi C vitamini qəbul etməklə tezliklə müalicə olunur.

C vitamininə gündəlik təlabat

  • Gündəlik tələbat 50-78 mq-dır.
  • Yaşlı adamın isə C vitamininə gündəlik təlabatı: yüngül işdə 75-100 mq,ağır işdə 200-300 mq-dır.

Bəzən C vitamininə «müqavimət vitamini»də adlandırırlar. O,

  • böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının hidroksilləşməsində
  • hemoqlobinin aktivliyinin artmasında
  • bir çox zəruri maddələrin yaranmasında iştirak edir.

Hipovitaminoz zamanı dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi ilə müşahidə olunan skorbut və ya sinqa xəstəliyi baş verir.

C vitaminin (askorbin turşusu) insana lazım olan gündəlik dozası digər vitaminlərlə müqayisədə daha yüksəkdir.

C vitamini insan orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Ümumillikdə bu vitamin orqanizmdə gedən 300-dən artıq bioloji proseslərdə iştirak edir:

  • zülallar, yağlar, karbohidratların mübadilə proseslərini normallaşdırır;
  • foil turşusu və dəmir mikroelementin mübadiləsində iştirak edir;
  • kalsium, dəmir kimi vacib mikroelementlərin mənimsənilməsinə kömək edir;
  • immun sistemi hüceyrələrin (anticismlər, leykositlər) əmələ gəlməsini stimullaşdırır.Virus və xərçəng əleyhinə təsiri olan interferon maddəsinin əmələ gəlməsində iştirak edir. İmmuniteti möhkəmləndirir. Orqanizmin infeksiyalar və allergenlərə qarşı olan davamlılığını artırır.
  • kollagen zülalın sintezində iştirak edir. Bu zülal orqanizmdə ən tez-tez təsadüf edilən birləşdirici toxumasını əmələ gətirir;
  • yaraların tez sağalmasına kömək edir;
  • orqanizmi sərbəst radilkalların təsirindən qoruyur, qocalma prosesləri ləngidir;
  • böyrəküstü vəzi hormonların sintezində iştrirak edir;
  • qanda şəkərin səviyyəsini aşağı salır, xolesterinin səviyyəsini normallaşdırır, qanın qırmızı hüceyrələrin yaranmasını stimullaşdırır, qanın laxtalanma proseslərini tənzimləyir, damarların və kapilyarların divarlarını möhkəmləndirir;
  • müxtəlif xəstəliklərin profilaktikasına xidmət edir (ürək-damar, şiş xəstəlikləri və s.). Bir çox tədqiqatlar C vitaminin yoğun bağırsağın, qida borusunun, sidik kisəsinin, endometriumun (uşaqlığın daxili qatı) və bəzi digər orqanların xərçəng xəstəliyinin  profilaktikasında böyük rol oynayır.
  • orqanizmə streslə mübarizədə kömək edir.

Bizim orqanizm bu vitamini sintez edə bilmir. Bu o deməkdir ki, C vitamini daim orqanizmimizə meyvə-tərəvəz, göyərti və s. ilə daxil olunmalıdır.

Siqaret çəkən, spirtli içkiləri qəbul edən, şəkərli diabet xəstəliyindən əziyyət çəkən, tez-tez stress vəziyyətinə düşən insanların orqanizmində bu vitaminin mənimsənilməsi prosesi pozulmuş olur. Bu səbəbdən bu qrup insanlara C vitamini daha çox miqdarlarda lazımdır.

Bəzi dərman preparatları da (məsələn, hamiləlik əleyhinə preparatlar) orqanizmdə bu vitaminin mənimsənilməsinə mane olur.

Orqanizmdə C vitaminin çatışmazlığı zamanı bu kimi pozulmalar meydana çıxır:

əzələlərdə ağrılar, ümumi zəiflik, süstlük, damaqların qanaması, saçların tökülməsi, dərinin quru olması və qabıq verməsi və s.

C vitaminin kəskin çatışmazlığı zamanı dişlərin tökülməsi, ürək nahiyəsində ağrılar, mədə və bağırsaqların fəaliyyətində pozulmalar və s. mümkündür.

Adətən insanlar fikirləşir ki, sitrus meyvələri C vitamini ilə xüsusilə zəngindir. Lakin bu yanlış fikirdir. İtburnu, qara qarağat, çaytikanı kimi giləmeyvələrin tərkibində sitrus meyvələri ilə müqayisədə C vitaminin miqdarı bir neçə dəfə çoxdur.

C vitamini çox tez dağılan vitamindir. Onun bir çox hissəsi məhsulların saxlanılması, bişirilməsi zamanı dağılır. Hazır qidanın uzun müddət ərzində saxlanılması da C vitaminin dağılmasına səbəb olur. Bu səbəbdən meyvə və tərəvəzləri mümkün qədər çiy vəziyyətdə yemək lazımdır.

 

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS