Beri – Beri xəstəliyi. Əlamətləri. Yaranma səbəbi.

   Beri – Beri xəstəliyi B1 vitamini (Tiamin) çatışmazlığından yaranan xəstəlikdir. Birbaşa qidalanma ilə əlaqəli olan Beri – Beri xəstəliyi ən çox yoxsul ölkələrdə yayılmışdır. Çünki orqanizmin vitamin və minerallara ehtiyacı var. Əgər bu vitamin və minerallar qəbul edilməzsə, orqanizmdə patoloji hal meydana gələcəkdir. Bunun üçün düzgün qidalanma şərtdir.

B1 vitamin azlığı zamanı bədənimizdə aşağıdakı dəyişikliklər baş verir:

  • Halsızlıq
  • Çəkinin azalması
  • Sinir sistemində pozğunluq
  • Qəbizlik
  • Görmədə pozğunluq
  • Əzələdə qıcolma
  • Yaddaş zəifliyi
  • Ayaqlarda uyuşma

   Əgər bu əlamətlər uzun müddət davam edərsə, mütləq həkimə görünmək lazımdır. B1 vitamini çatışmazlığı qan testi ilə müəyyən edilir. Bu vitaminin əksikliyini aradan qaldırmağın ən yaxşı yolu düzgün qidalanmadır. İçərisində B1 vitamini ilə zəngin olan qidalardan istifadə etmək lazımdır.

  Bu qidalar aşağıdakılardır:

Taxıl bitkiləri, buğda, çovdar, lobya, maya, yarma, qoz, qaraciyər, ürək, yumurta sarısı, kəpək, qulançar, ispanaq, tuna balığı, yaşıl noxud, gül kələm, pomidor, badımcan, şirin bibər, badam, cəviz, kartof, alma, süd məhsulları və s.

Əlbəttə ki, bu qidaların nə miqdarda istifadə edildiyi də önəmlidir. Hər qidanın çoxu zərərdir. B1 vitamini çatışmazlığında əksər vaxt qida ilə birlikdə dərman preparatları təyin edilir. İynə və ya ağız vasitəsilə Tiamin qəbul edilir.

  Beri – Beri xəstəliyinin 2 növü var: Yaş və Quru.

Yaş Beri – Beri ürək damar sisteminə təsir edir. Ağır formalarda ürək çatışmazlığına gətirib çıxarır. Quru Beri – Beri sinir sisteminə zərər verir, əzələ sistemini gücdən salır və ağır hallarda əzələ iflicinə səbəb olur. Əgər xəstəlik müalicə edilməzsə, həyat üçün təhlükəli ola bilər.

Yaş Beri – Beri xəstəliyinin simptomları:

  • Fiziki hərəkət zamanı nəfəs darlığı                         
  • Sürətli ürək döyünməsi
  • Şişmiş ayaq altı

 

Quru Beri – Beri xəstəliyinin simptomları:

  • Ayaq əzələlərində zəiflik
  • Ayaq və əllərdə hissiyatsızlıq
  • Ağrı
  • Qusma
  • Nitqdə pozğunluq
  • Qeyri-adi göz hərəkətləri
  • İflic

B1 vitaminin azalmasına səbəb olan amillər:

  • Spirtli içkidən istifadə etmək
  • Hipertiroidizm
  • Hamiləlik zamanı həddindən artıq qusma
  • AİDS, HİV
  • Güclü diuretik istifadə edilməsi
  • Dializ
  • Süd verən qadınlar
  • Stress
  • Artıq çəki

   B1 vitaminin azalması patoloji proses törətdiyi kimi, artıq olması da törədir. Bunun əlamətləri: baş gicəllənməsi, təzyiqin aşağı düşməsi.

   Xüsusilə, stress, əsəbilik və yorğunluq hiss edirsinizsə və uzunmüddətli davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Çünki, bir çox xəstəliyin altında yatan səbəblər məhz  bunlardır.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

One thought on “Beri – Beri xəstəliyi. Əlamətləri. Yaranma səbəbi.

  • 29 Oktyabr 2018 at 20:25
    Permalink

    Gözəl yazıdır.Süd verən analarda bilmirdim B1 azalır.Təşəkkür məlumatlar üçün

    Reply

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS