B5 vitamini. Pantoten.

   B5 vitamini insan həyatının ən vacib vitaminlərindən biridir. Pantoten turşusu da adlanır. B5 az tanınan vitaminlərdən biridir, çünki onun çatışmazlığı nadirdir. Pantoten turşusu həm heyvani mənşəli həm də bitki mənşəli qidalarda olduğundan “Pantos” (yunanca hər yer) sözündən götürülüb. B vitamini koenzim A (CoA) sintezində rol oynayır.

   Coenzyme A yağ turşularının sintezinə daxildir və qidaları yağ turşularına və xolesterinə çevirmək üçün vacibdir. Qaraciyər bəzi dərman və toksinləri metabolizə etmək üçün Koenzim A-ya ehtiyac duyur. Suda həll olan vitamindir.  Yəni, orqanizmdə depolanmır. Gündəlik dozada qidalar vasitəsilə qəbul edilməlidir. Qan hüceyrələri üçün lazımlıdır və yediyimiz qidanı enerjiyə çevirməyə kömək edir.           Vitamin B5 səkkiz B vitaminindən biridir. Bütün B vitaminləri qəbul edilən protein, karbohidratlar və yağları enerjiyə çevirməyə kömək edir.  Pantoten turşusu böyrəküstü vəzin funksiyasının normal olmasına kömək edir. Vitamin B5 sağlam bir həzm sisteminin qorunmasına kömək edir və digər vitaminlər, xüsusilə də B2 vitaminindən istifadə etmək üçün bədənə kömək edir. Bəzi araşdırmalar göstərir ki, vitamin B5 dərini nəmləndirir və dərinin yaralarının müalicə prosesini sürətləndirir.

    B vitaminlərinə həmçinin ehtiyac vardır:

  • sağlam dəri, saç və göz üçün
  • sinir sistemi və qaraciyərin düzgün işləməsi üçün
  • sağlam həzm sistemi üçün
  • bədənə oksigeni daşıyan qırmızı qan hüceyrələrini əmələ gəlməsi üçün

   Pantoten turşusu demək olar ki, hər yerdə olur. B5 vitamini həm heyvani, həm də bitki mənşəli qidalarda olur.

   Aşağıdakı qidalarda B5 vitamini daha çoxdur:

  • göbələk
  • keçi pendiri
  • yağlı balıqlar
  • avokado
  • yumurta
  • qırmızı ət
  • toyuq əti
  • şirin kartof
  • günəbaxan tumu
  • süd və süd məhsulları
  • kələm növlərinin hamısı
  • mərcimək
  • pomidor
  • fındıq
  • noxud

    Pantoten turşusu digər B qrup vitaminləri ilə birlikdə tez-tez istifadə olunur. Vitamin B kompleksinə vitamin B1 (tiamin), vitamin B2 (riboflavin), vitamin B3 (niasin / niasinamide), vitamin B5 (pantoten turşusu), vitamin B6 (piridoksin), vitamin B12 (siyanokobalamin) və fol turşusu aiddir. Pantoten turşusunun istifadə olunmasının uzun bir siyahısı var, baxmayaraq ki, bu istifadələrin əksəriyyəti üçün effektiv olub olmadığını müəyyən etmək üçün kifayət qədər elmi dəlillər yoxdur. Insanlar akne, alkoqolizm, allergiya, keçəllik, astma, diqqət pozğunluğu, otizm, maya infeksiyaları, ürək çatışmazlığı, tənəffüs pozğunluğu, konyunktivit, sistit və s. xəstəlikləri müalicə etmək üçün qəbul edirlər. B5 vitamini həmçinin osteartrit, revmatit artrit, Parkinson xəstəliyi, sinir ağrıları zamani oral istifadə edilir.

   B5 vitamininə olan gündəlik tələbat:      

  • Körpələr 0-6 ay – 1.7 mg
  • Körpələr 7-12 ay – 1.8 mg
  • Uşaqlar 1 -3 yaş – 2 mg
  • Uşaqlar 4-8 years – 3 mg
  • Uşaqlar 9-13 years – 4 mg
  • Kişi və Qadınlar 14 yaş və üstü – 5 mg
  • Hamilə qadınlar – 6 mg
  • Südverən qadınlar – 7 mg 

B5 vitamini çatışmazlığı zamanı aşağıdakı əlamətlər görülür:

  • qusma
  • mədə ağrıları
  • yorğunluq, yuxu pozğunluğu
  • əl və ayaqlarda titrəmə
  • qıcıqlanma
  • depressiya
  • dəri xəstəlikləri
  • baş ağrısı
  • hipoqlisemiya

   B5 vitamini həddindən artıq qəbul edilsə, ishal baş verir. Qadınlarda mensturasiya zamanı artıq qanaxma müşahidə oluna bilər.

  • Bəzi araşdırmalar B5 vitaminin oral qəbul olunması və ya məlhəm şəklində dəriyə vurulması nəticəsində yaraların müalicə vaxtının qısaldığını müşahidə etmişdir.
  • Pantoten turşusunun bir törəməsi olan Pantetin insanlarda xolesterol səviyyəsinin enməsinə kömək edir.
  • Avokado B5 vitaminini ən çox miqdarda özündə saxlayan meyvədir.

   B5 vitamini çatışmazlığı nəticəsində Paresteziya xəstəliyi meydana gəlir. Çox geniş yayılmadığına görə geniş rast gəlinmir.  

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.