B3 Vitamini. Niasin.

    B3 vitamini niasin adı ilə də tanınır. B3 vitamini suda həll olan B qrup vitaminlərdəndir. B vitaminləri sağlam sinir sistemi, normal işləyən metabolizma üçün əsasdır. Niasin karbohidrat və yağ mübadiləsi üçün vacibdir. Niasin xolesterolu aşağı salaraq, ürək xəstəliyi təhlükəsini azaldır. Niasin həmçinin astma xəstəliyində, Alzheimer, ateroskleroz və osteoartritin müalicəsində və ya qarşısının alınmasında köməkçi rolunu oynayır.

   Vitamin B3 2 kimyəvi maddənin birləşməsidir: nikotin turşusu və nikotinamid. Bu iki maddə NADF-ə çevrilir. NADF bədənin daxilində müxtəlif kimyəvi reaksiyalarda rol oynayır və həmçinin hüceyrənin maddələr mübadiləsini dəstəkləyir. Beləliklə, kifayət qədər B3 vitamini almayan insanlar bir neçə sağlamlıq problemi və simptomlar yaşayır.

B3 vitamini ilə bağlı sürətli faktlar:

  1. Vitamin B3 suda həll olan vitamindir, buna görə də bədən onu saxlaya bilməz.
  2. Orqanizm B3 vitamini istehsal edə bilməz.
  3. Soya kimi ət və ət alternativləri B3 vitamininin ən zəngin mənbəyidir.
  4. Vitamin B3 çatışmazlığı olan insanlar adətən vitamin B3 əlavələrinə ehtiyac duyurlar.

    B3 vitamininə nə qədər ehtiyac var?

    Miqdar yaş, cinsiyyət, B vitamini çatışmazlığı halları və s. görə dəyişir. Normal miqdarın gündəlik qəbul olunması niasin çatışmazlığının qarşısını alır.

  • 0-6 ay körpələr: 2 mg
  • 7-12 ay körpələr: 4 mg
  • 1-3 yaşlı uşaqlar: 6 mg
  • 4-8 yaş arası uşaqlar: 8 mg
  • 9-13 yaş arası uşaqlar: 12 mg
  • 14-18 yaş uşaqlar: Oğlanlar üçün 16 mg; Qızlar üçün 14 mg
  • 19 yaş və yuxarı yaşlılar: Kişilər üçün 16 mg; Qadınlar üçün 14 mg
  • Hamilə qadınlar: 18 mg
  • Süd verən qadınlar: 17 mg

 

    B3 vitamininin (niasin) olduğu qidalar:

  • Qaraciyər (89%)
  • Toyuq döş əti (76%)
  • Tuna balığı (71%)
  • Günəbaxan toxumu (56%)
  • Qırmızı ət (56%)
  • Quzu əti (43%)
  • Salmon (42%)
  • Yaşıl noxud (35%)
  • Sardunya (30%)
  • Göbələk (16%)

 

   Vitamin B3 Niasin’in Faydaları

 

  • Xolesterolun səviyyəsinin normada qalmasına kömək edir.

 

Ürək sağlamlığı ilə əlaqədar olaraq niasinin istifadəsinin yan təsirləri də araşdırılır, lakin faydaları yan təsirlərdən daha yüksək olduğuna inanılır.

 

  • Kardiovaskular xəstəlik riskində azalma müşahidə olunur.

 

Histaminin əmələ gəlməsinə kömək edir. Histamin damarları genişləndirən və qan dövranını gücləndirən bir kimyəvi quruluşdur. İndi ürək tutması keçirən insanlarda, niasin qəbulu ikinci bir infarkt riskini azaldır.

 

  • Diabetin müalicəsində köməkçidir.

 

Qandakı şəkərin miqdarını aşağı saldığı üçün diabetin müalicəsinə kömək edir. Birçox diabet xəstəsi niasin köməyi  ilə qlükoza səviyyəsini daha effektiv idarə  edə bilir. Digər bir fakt isə niasinin qlükozanın miqdarını artırması ilə bağlıdır. Istifadə etməzdən əvvəl həkimlə mütləq məsləhətləşin!

 

  • Dərinin sağlam olmasına səbəbdir.

 

Bəzi insanlar, niasin ve niasinamidi akne müalicəsində, özəlliklə ağrılı ve iltihablı aknelerdə istifadə edir. B3 vitamini akne təmizləyicisi kimi təbii formuldur. Həmçinin niasin dəri iltihabını, dəri qızarmasını və hərarətlənməsini azaldıcı təsir göstərir.

 

  • Düzənli olaraq, beyin funksiyalarının normal işləməsini təmin edir.

 

Edilən araşdırmalara görə, Alzheimer və digər yaşa bağlı xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Həmçinin, miqren, yaddaş zəifliyi və yuxusuzluq kimi problemlərin aradan qalxmasına kömək edir. Niasin və niasinamid şizofreniya və halüsinasiyanı müalicə etmək üçün istifadə edilir.

  • Artritin müalicəsində istifadə edilir.

 

Iltihabəleyhinə kimi artritin müalicəsində istifadə olunur. Həmçinin niasin qəbul edən artrit xəstələri istifadə etdikləri ağrıkəsici dərmanları azaldırlar.

 

  • Pellaqra xəstəliyinin müalicəsində istifadə olunur.

 

Pellaqra niasin (B3 vitamini) çatışmazlığı nəticəsində əmələ gələn xəstəlikdir. Ən çox kasıb ölkələrdə və həddindən artıq alkoqol qəbul edən şəxslərdə rast gəlinir. Xəstəliyin əlamətləri zəif əzələ, dəri iltihablanması, dərinin qaşınması və həzm pozğunluğudur. Pellaqra xəstələrinin orqanizmində B3 vitamini miqdarı çox aşağı olur. Əgər B3 vitamininin səviyyəsi normal qaydaya salınmazsa xəstə bir neçə ilə ölə bilər.

 

   Niasinin yan təsirləri:

   Əgər B3 vitaminini gündəlik qidalardan qəbul edirsinizsə, onda hər hansı bir yan təsir müşahidə olunmur. Lakin, yüksək dozada dərman preparatlarından istifadə olunsa, yan təsir göstərə bilər.

  • Ürəkbulanma və qusma
  • Dəridə qaşıntı və qızarıqlıq
  • Baş ağrısı
  • Baş gicəllənməsi
  • Allergik reaksiyalar
  • Diabet
  • Mədə bağırsaq yarası

 

  Dərman preparatlarından istifadə edirsinizsə, mütləq həkim nəzarəti altında edin!

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/vitaminler/b3-vitamini-niasin
  • Follow by Email
  • RSS