B1 vitamini. Faydaları və zərərləri. B1 vitamini haqqında hər şey.

B1 vitamini sağlamlığımız üçün çox vacib olan vitamindir. Tiamin adı ilə də tanınan bu vitamin orqanizmdə ən çox ürək – damar sistemi ilə sinir sisteminin işləməsinə təsir edir. B1 vitamini suda əriyən vitaminlərdəndir. B1 vitamini həmçinin yağ və protein parçalanmasına kömək edir.

  Əlavə olaraq, B1 vitamini həzm sistemi divarlarını əhatə edən əzələləri qorumaq və sinir sistemi, üz, saç, göz,ağız və qaraciyər sağlamlığını dəstəkləyir. Bu vitamin anti-stress vitamin də adlanır.

   B1 vitamini suda əriyən vitamin olduğu üçün orqanizmə daxil olduqdan sonra depolanmır, sidik sistemi vasitəsilə orqanizmdən xaric olunur. Bu xüsusiyyətinə görə düzənli olaraq orqanizm B1 vitaminini qəbul etməlidir.

Tərkibində B1 vitamini olan qidalar:

    B1 vitamini ilk növbədə karbohidratların mübadiləsində vacib rol oynayır. O, ürək əzələlərin və ürəyin özünün işini normallaşdırır, orqanizmin böyüməsində və yağın, zülalın və suyun mübadiləsində iştirak edir. Bundan başqa, tiamin orqanizmi müxtəlif infeksiyalara qarşı müqavimətini artırır, mədə şirəsinin turşuluğunu tənzimləyir və həzmi yaxşılaşdırır.

   B1 vitamini ən çox taxıl bitkiləri, buğda, çovdar, lobya, maya, yarma, qoz, qaraciyər, ürək, yumurta sarısı, kəpək, qulançar, ispanaq, tuna balığı, yaşıl noxud, gül kələm, pomidor, badımcan və şirin bibərdə vardır.

B1 vitamini çatışmazlığı zamanı əlamətlər:

B1 vitamini çatışmazlığı orqanizmdə bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

  • uyuşma
  • əsəbilik
  • yaddaş pozğunluğu
  • yuxusuzluq
  • iştahanın azalması
  • çəkinin azalması
  • qəbizlik
  • baldır əzələlərində gücsüzlük

Lakin, sadaladığımız əlamətlər sırf B1 vitamini azlığından meydana gələməyə də bilər.

B1 vitamini çatışmayan zaman Beri – Beri xəstəliyi əmələ gəlir. 2 növü vardır:

Quru Beri – beri – sinir və əzələ anomaliyası, ayaq barmaqlarının tikan-tikan olması, gecələri ayaqlarda yanma hissi, ayaqda qıcolma və əzələ atrofiaysı.

Yaş Beri – beri – ən çox yayılan əlamətləri şok və ölümə səbəb olmasıdır. Gülcü ürək döyünməsi, ayaqların su tutması, ağciyər ödemi, aşağı təzyiq (hipotenziya)

Xüsusi olaraq, alkoqol qəbul edən şəxslərdə B1 vitamini çatışmazlığı ciddi xəsarətlərə səbəb olur. Əlamətlər: istəmsiz olan göz hərəkətləri, zorla hərəkət etmək və s.

Gün ərzində nə qədər B1 vitamini qəbul etməliyik?

Yenidoğulmuşlar: 6 ay; 0,2 mg

Körpələr: 7ay – 1 il; 0.3 mg

Uşaqlar: 1-3 yaş; 0,5 mg

Uşaqlar: 4-8 yaş; 0,6 mg

Uşaqlar: 9-13 yaş; 0,9 mg

Kişilər: 14-18 yaş; 1,2 mg

Qadınlar: 14-18 yaş; 1 mg

Kişilər: 19 yaşdan yuxarı; 1,2 mg

Qadınlar: 19 yaşdan yuxarı; 1,1 mg

Hamilə və ya südverən analar: 1,4 mg

B1 vitaminin faydaları:

  • yaddaşı gücləndirir
  • diqqəti artırır
  • sinir sistemini stress və depressiyaya qarşı qoruyur
  • qırmızı qan hüceyrələrini (eritrositlər) qoruyur
  • insanın enerjili və aktiv olmasını təmin edir
  • iştahanı arıtırır
  • sirroz və hipertiroidin qarşısını alır
  • əgər alkoqol qəbul edirsinizsə, mütləq bu vitamindən qəbul edin

    B1 vitamini orqanizmimizin başlıca enerji mənbələrindən biridir. Bu vitamin sinirlərin ətrafında olan miyelin qişasının inkişafını təmin edir. B1 vitamini çatışmazlığı zamanı sinir ölümü və qalıcı xəsarət meydana gələ bilər.

    Həmçinin bu vitamin ürəyin normal işləməsi üçün lazım olan asetilxolinin əmələ gəlməsinə səbəb olur. Bütün edilən tədqiqatlar B1 vitaminin ürəyin normal işləməsi üçün çox faydalı olduğunu göstərir.

    B1 vitamini kataraktın qarşısını alır. Mütəmadi olaraq istifadə edildikdə bu vitamin dərini qoruyur. Dərinin qırışmasının qarşısını alır. Qocalmağı yavaşladır.

 

   İnkişaf etmiş ölkələrdə B1 vitamini çatışmazlığı nadirdir. Aşağıdakı faktorlar bu riski artıra bilər:

  • alkoqol aludəsi
  • yaşlılıq
  • HİV, AİDS
  • Diabet
  • Dializ
  • Yüksək dozada diuretik istifadə etmək
BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS