Yenidoğulmuşlarda Hepatit A (Sarılıq).

Uşaqlarda doğumdan sonrakı 24 gün müddəti yenidoğulmuş dövrüdür.  Bu müddət ərzində sarılıq ehtimalı çox yüksəkdir. Orta hesabla yenidoğulmuşların yarıdan çoxunda sarılıq müşahidə olunur. Həmçinin erkən doğuş nəticəsində doğulan uşaqlarda 80% rast gəlinir. Yenidoğulmuşlarda Hepatit  A (Sarılıq) fizioloji olaraq görünür. Və 15 gün müddətində yox olur. Fizioloji sarılıq yenidoğulan uşaqlarda 2-ci gündən başlayır. Sonrakı 2 gün ərzində maksimum səviyyəyə çatır, daha sonrakı günlərdə xəstəlik yüngülləşir. Şəkər xəstəsi olan anaların uşaqlarında bu hal təsadüf edilir. Körpə yetəri qədər süd qəbul edə bilməzsə sarılıq baş verir. Ikinci bir səbəb isə qan uyuşmazlığıdır.  Fizioliji sarılıq heç bir xüsusi müalicə tələb etmir. Onun ən yaxşı müalicəsi – ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz bu səbəbdən körpənin ilkin əmizdirilməsi (doğuş zalında) və daha sonra yalnız ana südü ilə qidalandırılması çox vacibdir. Nadir hallarda fizioloji sarılıq zamanı (körpənin qanında bilirubinin səviyyəsi 200 mkmol/l-dən yuxarı qalxdıqda, sarılıq uzun müddət ərzində keçmədikdə) körpəyə müalicə təyin oluna bilər. Bu zaman ona adətən 5%-li qlükoza, ödqovucu preparatlar və fototerapiya (işıqla müalicə) təyin olunur. Bütün bu vasitələr körpənin qara ciyərinə artıq bilirubinlə mübarizə aparmaqda kömək edir. Körpənin anadan olduğu ilk həftələrində pediatr onun vəziyyətinə ciddi şəkildə nəzarət etməli və lazım olduqda sarılığa görə müalicə təyin etməlidir. Normal halda sarılıq 2-3 həftə ərzində keçib getməlidir. Əgər sarılıq 21 gündən sonra da davam edirsə, bu halda həkimə müraciət etmək lazımdır. Bəzi hallarda fizioloji sarılıq 21 gün davam edir. Fizoloji sarılıqdan fərqli olaraq patoloji sarılıq körpələrdə mütləq və təcili olaraq müalicə olunmalıdır. Əks halda uşağın baş beynində və sinir sistemində geriyədönməz ağır dəyişikliklər baş verəcək. Patolojı sarılıq uşaq doğulduqdan dərhal sonra inkişaf edir, bilirubinin səviyyəsi körpənin qanında çox tez qalxır, qara ciyər, dalaq böyüyür, sidik tündləşir, nəcis rəngsizləşir, hemoqlobinin səviyyəsi çox aşağı olur və s. Belə sarılıq forması kifayyət qədər nadir hallarda inkişaf edir və onun əsas səbəbləri ana ilə körpənin rezus-uyğunsuzluğu  (anada qanın rezus-faktoru mənfi, körpədə müsbət olduqda), qara ciyərin bətndaxili zədələnməsi, bəzi genetik patologiyalar və s. Patoloji sarılığın yüngül formalarında körpəyə qlükoza, ödqovucular ilə müalicə təyin olunur. Daha ağır formalarında qan köçürülməsindən istifadə olunur.

Yenidoğulmuşlarda sarılıq müalicəsi:

  • Körpəni tez-tez gün işığına çıxarmaq lazımdır. Çünki günəş işığı qandakı bilirubinin artıq miqdarının atılmasına kömək edir. Bəzən günəş işığından tez təsir göstərdiyi üçün fototerapiya məsləhət görülür.
  • Körpənin qidasına diqqət etmək lazımdır. qidasını artırmaq lazımdır. Bu zaman mədə-bağırsaq sistemi daha sürətli işləyəcək. Nəticədə artıq bilirubin orqanizmdən nəcis və sidik vasitəsilə atılacaq.
  • Həkimə müraciət etməyi unutmayın.
BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.