Parkinson sindromu. Səbəbləri. Simptomları. Müalicəsi.

    Parkinson xəstliyi beyində dopamin adlanan maddəni əmələ gətirən beyin hüceyrələrinin azalması nəticəsində əmələ gəlir. Bu maddənin əskik olması hər bir insanda fərqli dəyişikliklər göstərir. Parkinson xəstliyinin ən əsas simptomu titrəmələrdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Parkinson xəstliyi il ərzində hər 100 min nəfərdən 5-21-də rast gəlinən haldır və dünyada həmin xəstəliyə mübtəla olan təqribən 330 min nəfər var. Xəstəliyin ilk əlamətləri adətən yaşı təxminən 50 ətrafında olanlarda meydana çıxır. Parkinson xəstliyi zamanı əsmə müvəqqəti və ya daimi olaraq meydana çıxa bilir. İlk vaxtlar xəstəliyin əlamətləri demək olar ki, hiss olunmur, gizli başlayır, nevroloji əlamətlər asimmetrik olur, adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi nəzərə çarpır. Bəzən yerişin çətinləşməsi və orqanizmin bütün əzələlərində sıxılma olur. Müəyyən vaxtdan sonra xəstənin beli bükülür, qozbellik əmələ gəlir, addımın uzunluğu qısalır.

    Parkinson xəstliyi səbəbləri:

    Xəstəliyin konkret səbəbi yoxdur. Dopamin miqdarının azalması əsas səbəb kimi götürülür. Bu xəstəliyin  xarakterik cəhəti  neyronların itkisi və hüceyrə sitoplazmasında Lewy cisimlərinin tapılmasıdır. Parkinson xəstəliyi 5% halda genetik xəstəlikdir. Təhlükəli xəstəliklər qrupuna aiddir. 

 

    Parkinson xəstliyinin simptomları:

  • Tremor (titrəmə) – əl, ayaq, qol, çənə, dodaqlar bəzən də başda müşahidə olunur.Tremor özünü bir neçə variantda göstərir və onlardan daha çox rast gəlinəni klassik parkinsonik tremordur. Yəni, həmin əlamət xəstənin sanki əlində pul sayması və ya barmaqları arasında dərman yuvarlaması təsiri bağışlayır. Belə tremor hərəkətsiz ətrafda əmələ gəlir, hərəkət zamanı azalır və ya tamam itir. Başqa ətrafda aktiv hərəkət, həmçinin diqqətin nəyəsə yayınması zamanı tremor çoxalır. Xəstəliyin ilk vaxtlarında parkinsonik tremor birtərəfli olsa da, sonralar hər iki ətrafa yayılır. Postural tremor isə bədənə verilmiş hər hansı vəziyyəti saxlamağa çalışanda baş verir. Postural tremorun adi tremordan fərqi ondan ibarətdir ki, essensialdan fərqli olaraq o, əllər qarşıya uzadılandan dərhal deyil, bir neçə saniyə sonra əmələ gəlir. Duruşun pozulması tarazlığın itməsinə gətirib çıxarır. Bu xəstələrin 85%-ində tremor rast gəlinir. Ancaq bunu bilmək lazımdır ki, hər Parkinson xəstəsində titrəmə olmur. Bununla birlikdə, hər titrəmə Parkinson xəstəliyi deyildir. Titrəmə nəticəsində əzələlər zərər gördüyü üçün udma aktı (disfagiya) pozğunluğu və qəbizlik problemləri meydana çıxa bilər.
  • Hipokineziya – hərəkətlərin yavaşıması. Məsələn, mimik əzələlərinin reaksiyalarının kasadlığı, göz qırpmalarının sayının azalması, alçaq səsli nitq, addımların qısalması, yeriş zamanı əllərin hərəkətsizliyi, stuldan qalxma, sağa və sola dönmə kimi hərəkətlərin və ümumiyyətlə yerişin çətinləşməsi ilə göstərir.
  • Gövdə, qol və ayaqlarda sərtlik.
  • Diqqətsizlik.
  • Nitq pozğunluğu.
  • Depressiya
  • Tərləmə, təzyiqin aşağı olması.
  • Sialoreya – tüpürcəyin udula bilməməsi nəticəsində ağızdan axması.
  • Halüsinasiya

 

 Parkinson xəsstəliyinin müalicəsi:

    Dərmanlarla:

    Xəstəliyi rahatlatan  parkinson xəstələri üçün dərmanlar mövcuddur. Hazırki dövrdə xəstəliyin tam müalicəsi tapılmayıb. Adətən xəstələrə tərkibində dopamin olan dərman maddələri verilir. Xəstələrin 4/3 müalicəyə cavab verir. Lakin tərkibində dopamin olan dərman preparatlarından istifadə etmək parksion xəstəliyinin əlamətlərini (titrəmə, hərəkət pozğunluğu) aradan qaldırmır.

Levodopa:

  • Beyin hüceyrələrini dopaminə çevirir
  • Parkinsonun bütün əlamətlərinə nəzarət edir
  • Parkinsonun gedişini yavaşlatmır, lakin əzələlərin hərəkətini gücləndirir.

Amantadin:

  • Parkinsonun ilkin mərhələlərinin müalicəsində istifadə olunur.
  • Levodopa ilə paralel işlədildikdə parkinsonun əlaməti olan titrəməni azaldır.
Xalq təbabəti:

   Dərman bitkiləri arasında dofaminin parçalanmasını ləngidən ginkqo-biloba yarpaqları çox istifadə olunur. Yarpaqlarından çay dəmlənir.

    Parkinson xəstəliyində önəmli rola malik olan bitkilərdən biri də paxladır. 6-7 ədəd paxlayı 1 stəkan yarı suda qaynadın. Həmin suyu için. Bu içki titrəmələrin qarşısını alır. Bu qarışıq 4 aydan bir 15 gün müddətində qəbul edilir. Həmin 15 gün müddətində axşamları qarabaşaq çayı ilə paralel qəbul edilməsi beyin şişlərinin qarşısını alır.

 

 

 




BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.