Hepatit C nədir? Əlamətləri nələrdir? Müalicəsi.

    Hepatit C qaraciyərdə müşahidə olunan ən geniş yayılmış xəstəliklərdən biridir. Hər nə qədər immun sistemimiz güclü olsada, bu xəstəlik müalicəsi çox çətin xəstəlikdir. Hepatit C xəstəliyini törədən virusların yox edilməsi çox çətindir. Məhz buna görə bu xəstəlik xronikləşə bilər. Xronikləşməsi qaraciyəri zədələməsi və qaraciyər çatışmazlığına səbəb olması deməkdir. Uzun illər həkimlər bunu nə “A”, nə də “B” virusu” kimi adlandırıblar. Sonralar C hepatiti virusunun strukturu, genetikası, fəaliyyət mexanizmləri öyrənilib. Bu xəstəliyə bəzən gizli düşmən də deyirlər. Xəstəliyə yoluxmuş insan heç bir ağrıdan şikayət etmir. Xəstəlik özünü biruzə vermədiyindən bunu sezmək çox çətindir. Amma illər keçəndən sonra həmin xəstəliyin virusuna yoluxmuş şəxsin gözlərinin içi saralır, ağzı acı olur. Sağ qabırğa altında narahatlıq hiss olunur. Qarnında ağrılarla müşaiyət olunan halsızlıq özünü göstərir. Buna səbəb də vətəndaşların adi əzginliyə, halsızlığa, uzun müddətli qripəoxşar burundan su gəlməsinə ciddi əhəmiyyət verməməsi ilə bağlıdır. Sonradan tamam başqa bir mənzərə, yəni tamam başqa bir xəstəliklə müalicəyə müraciət etdiyi zaman xroniki hepatiti olan xəstələrdə müşahidə olunur ki, xəstə artıq bu virusa yoluxub. 

    Hepatit C kəskin və xroniki olur. Əgər xəstəlik 6 aydan az davam etmişsə, bu zaman kəskin Hepatit C-dir. əgər xəstəlik 6 aydan çox davam edibsə, deməli, xronikləşib. Bəzi xəstələrdə bu xəstəlik 10-15 gün hətta daha artıq müddət davam edə bilər. Müalicə alınmamış hepatit C-li xəstələrdə qaraciyər yavaş-yavaş sıradan çıxır, sonrakı mərhələlərdə sirroza hətta qaraciyər xərçənginə gətirib çıxarır. Xronikləşmiş hepatit C insanı yavaş-yavaş ölümə aparır.

Hepatitdən qorunma yolları:

  • Qorunma olmadan cinsi əlaqəyə girmək
  • Qan köçürmələr zamanı
  • Damar içərisinə istifadə edilən dərmanlar
  • Bu xəstəliyə yoluxmuş şəxsin qanı ilə təmasda olunarsa
  • Sterilizə olunmamış cərrahi alətlər, stomatoloji alətlər
  • Diş fırçası
  • Gözəllik salonlarında manikür, pedikürlə 
  • Həmçinin C virusuna tutulmuş anadan da doğulmamış uşağına da ötürülə bilər
  • Tatu çəkən materiallar

Qeyd: eyni qabdan yemək yemək, asqırmaq, öskürmə zamanı yayılan damlacıqlar, öpüşmə, ağcaqanad sancmasıyla xəstəliyə yoluxma baş vermir.

Hepatit C əlamətləri:

Hepatit C viruslarına yoluxan kimi heç bir əlamət biruzə verilmir. Əlamətlər 6-7 həftə keçdikdən sonra görülməyə başlanır. Kəskin və xroniki hepatit C – nin əlamətləri fərqli ola bilər. Balaca uşağa virus bulaşıbsa, əlamətlər biruzə verməz. Yaşı böyüklərdə aşağıdakı əlamətlər meydana çıxır.

  • qarının sağ üst hissəsində ağrı
  • ürək bulanma
  • Halsızlıq
  • əzələ ağrısı
  • baş ağrısı
  • çəki itirmə
  • oynaq ağrısı
  • sidiyin tünd rəngdə olması
  • sarılıq
  • yağlı qidalardan diksinmə
  • qusma
  • qızdırma

Hepatit C-nin müalicəsi:

   Bu xəstəlik virusuna qarşı peyvənd hələ ki, yoxdur. Hepatit C diaqnozu qan analizi vasitəsilə həyata keçirilir. Əgər xəstəliyin diaqnozu müsbət olarsa, həkim qaraciyər fermentlərin səviyyələrini yoxlayıb test edə bilər. C Hepatitinin birdəfəlik müalicəsi barədə qəti olaraq– mümkündür- demək doğru deyildir. Bu virusa yoluxmuş xəstə müalicə olunsa da, olunmasa da o, ömrü boyu bu virusla baş-başa yaşayacaq. Sadəcə bu virusun daşıyıcıları ömrü boyu yağlı, duzlu-istiotlu, bir sözlə kəskin qidalardan, spirtli içkilərdən, narkotikdən, siqaretdən, qaraciyərə zərər verən dərman preparatlarından imtina etməlidir. Gündəlik qida rasionunun meyvə-tərəvəz, təzə balıq, mal əti, ağartı və sair vitamin tərkibinin zəngin olmasına fikir verilməlidir. Ən əsas elementar təmizlik qaydalarına əməl etmək lazımdır. Hazırda, Antiviral preparatlarla Hepatit C xəstəliyi müəyyən dərəcədə müalicə edilir. Xəstəliyin gedişinə müsbət təsir edəcəyi üçün immun sistemini gücləndirmək lazımdır. Hepatit C olub olmadığı HCV testi ilə müəyyən edilir. Əgər test mübətdirsə, təkrarlanır və qaraciyərlə bağlı analizlər götürülür.  Onu kliniki olaraq müayinə etdikdən sonra qaraciyər funksional testləri (ALT, ACT, bilirubin) yoxlanılmalıdır.

 

Özünüzü və yaxınlarınızı qoruyun. Ümidsizliyə qapılmayın!!!

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS