Hepatit A (Sarılıq) nədir? Hepatit A (Sarılıq) səbəbi. Sarılıqdan qorunma yolları.

     Hepatit A xalq arasında sarılıq adıyla tanınır. Qaraciyər orqanizmin ən böyük və ən önəmli orqanıdır. Bəzi viruslar qaraciyərin iltihablaşmasına səbəb olurlar. Qaraciyərdə virusların əmələ gətirdiyi infeksion xəstəliklərdən biri də Hepatit A-dır. Hepatit A (HAV) törədiciləri pikamovirusiar ailəsinə, enteroviruslar cinsinə aiddir. Əksər vaxtı uşaq dövrlərində rast gəlinir. İnkubasiya müddəti 15–45 gündür. Sarılıq keçici xəstəlikdir. İnfeksiya mənbəyi yalnız xəstə insanlardır. Yoluxma mexanizmi fekal-oral (ağız-nəcis)-dır. Yoluxma infeksiyalaşmış qida, su istifadə etdikdə və məişət-təmas yolu ilə olur. Virusun infeksiyalaşdırma dozası çox cüzi olub, cəmi 100-1000 virus hissəciyinə bərabərdir. Aparılan tədqiqatlar göstərmişdir ki, viruslar xəstələrin nəcisində inkubasion dövrün axırlarında və sarılıq önü dövrdə aşkar edilir. Bu dövrlərdə hələ xəstələrin diaqnozu qoyulmadığına görə onlar ətrafdakılar üçün daha təhlükəli hesab edilirlər. Sarılıq meydana çıxdıqdan sonra orqanizmdə viruslar aşkar olunmur və nəcislə xaric edilmir. Belə xəstələr praktik olaraq yoluxdurucu olmurlar. Hepatit  A (Sarılıq) qanla və homoseksualistlərdə oral-genital (anal) kontakt zamanı da yoluxma mümkündür. Təbii ki, bu göstərildiyi kimi inkubasion dövrün axırlarında və ya sarılıq önü dövrdə olarsa baş verir. Virusun ölçülərinin kiçik olmasına baxmayaraq, o ciftdən keçmir, ana südündə olmur. Deməli hamiləlik zamanı dölə verilmir və südəmər uşağı olan analar Hepatit A (Sarılıq) ilə xəstələnərlərsə körpələrini əmizdirə bilərlər. 1 yaşadək uşaqlarda anadangəlmə immunitet olduğuna görə yalnız seroneqativ anaların, yəni əvvəllər Hepatit  A (Sarılıq) ilə yoluxmamış anaların uşaqları xəstələnə bilərlər. Eyni zamanda antitellərin dölə verilməsi hamiləliyin 8-9-cü aylarında baş verdiyinə görə yarımçıq doğulan uşaqların da yoluxması mümkündür. Daha çox 1 yaşdan yuxarı uşaqlar və gənclər xəstələnir. Xəstəlikdən sonra davamlı və uzun müddətli immunitet qaldığına görə 30 yaşdan yuxarı insanların xəstələnməsi tək-tək qeyd edilir. Hepatit  A (Sarılıq) zamanı mövsümilik də mövcuddur. Xəstəliyin artması iyul-avqust aylarına düşür, oktyabr-noyabr aylarında maksimuma çatır, sonra enir.

 Hepatit  A (Sarılıq) yoluxma yolları:

Xəstə insanların təmasda olduğu meyvə və tərəvəzlər vasitəsilə yoluxma baş verə bilər. Çirkli sulardan əldə edilən dəniz məhsulları, çirkli su içmək, öpüşmək, cinsi əlaqədə olmaq xəstəliyin yoluxmasına gətirib çıxarır.Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə girir. Hepatit A virusuyla yoluxmuş suların içilməsi, bu sulardan çıxarılan buzların istifadə edilməsi ən böyük yoluxma mənbəyidir. Viruslar əgər əlverişli mühit olarsa, 1-2 həftə canlı qala bilərlər.

Hepatit  A (Sarılıq) səbəb olan proseslər:

  • Toksismaddələr (alkoqol, dərman və s.)
  • Autoimmun proseslər
  • Dəmir və mis mübadiləsinin pozulması
  • Anadangəlmə alfa-1 antitripsindefisiti və s.

Hepatit  A (Sarılıq) əlamətləri bunlardır:

  • əzələ ağrıları
  • yorğunluq
  • yüksək hərarət.Temperatur sarılığın ilk bir neçə günündə normala dönür.
  • mədə yanması
  • iştahanın azalması
  • qarın ağrısı və ishal
  • dərinin və göz ağının, dəri və mukoz membranların saralması
  • sidiyin tünd sarı rəngdə olması
  • nəcisin açıq rəngdə olması.Xəstəliyin başlanğıcından 2 – 3 həftə  sonra nəcisin rəngi normala dönür.
  • qaraciyərin, bəzən dalağın böyüməsi
  • Sağ qabırğaaltı nahiyyə ağrıları
  • qripəbənzər əlamətlərin olması

Bu əlamətlər virusun orqanizmə daxil olmasından 15-45 gün sonra ortaya çıxır.

Xəstəlikdən qorunma tədbirləri:

  • Fərdi gigiyena, əllərin tez-tez yuyunması və tullantıların sağlam uzaqlaşdırılması qaydalarına riayət etmək
  • İçməli və məişət suyunun təmizlənməsinə nəzarət etmə
  • Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyulması və bişirilməsi
  • Bakterioloji idarə olunmayan içməli suların qaynadılması

Hepatit  A (Sarılıq) əlamətləri daşıyan şəxslərin mütləq həkimə müraciət etməsi lazımdır. Nadir hallarda olsa belə qaraciyərin itirilməsinə səbəb ola bilər. Xəstə uzun müddət müşahidə altında olmalıdır.  Bu gün  Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənddir. Peyvəndin qoruyuculuğu 94-100% olub təsirini təxminən 20 il saxlayır. Sarılıq olan şəxslər siqaretdən və içkidən uzaq durmalıdır.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS