Qanaxmalar,Qanaxmalar zamanı ilk yardım

Qanaxmalar bədbəxt hadisələr nəticəsində əmələ gəlir.Belə hadisələr istehsalatda, məişətdə, nəqliyyatda, idman meydançalarında və s. baş verə bilər. Bütün zədələnmələr arasında əsas yeri uşaq zədələnmələri tutur ki, bu da daha çox uşaqlar nəzarətsiz qaldıqları üçün olur.

Yaranın ən təhlükəli və yaralının həyatı üçün bilavasitə təhlükə törədən ağırlaşması qanaxmadır.

Qanaxma qanın zədələnmiş qan damarlarından xaricə axmasıdır. Damar zədələndikdə dərhal baş verən qanaxma ilkin qanaxma, bundan bir qədər sonra baş verən qanaxma isə ikincili qanaxma adlanır.

Zədələnmiş damarın xarakterindən asılı olaraq qanaxmalar

  • arterial
  • venoz
  • kapilyar
  • parenximatoz olur.

Arterial qanaxma ən qorxulusudur.

Çünki az vaxtda daha çox qan itirilə bilər.Arterial qanaxmanın əlamətləri qanın al-qırmızı rəngdə olması və sürətlə axmasıdır.

Venoz qanaxmada

qanın rəngi bir qədər tünd olur.

Kapilyar qanaxmalar

səthi zədələnmələr zamanı baş verir.

Qanın axma yerinə görə daxili və xarici qanaxmalar ayırd edilir.

  1. Xarici qanaxmada qan xaricə tökülür.
  2. Daxili qanaxma zamanı isə qan daxili orqanlara və ya boşluqlara axır.

Qanın hüceyrəarası sahəyə toplanmasına qansızma deyilir.

Toxumalara qan sızdıqda həmin orqan şişir.Orqanizmin birdən-birə 1,5-2 litr qan itirməsi ölümlə nəticələnir.
Qanaxmanın növündən və ilk tibbi yardım göstərərkən əldə olan vasitələrdən asılı olaraq, onu daimi və ya müvəqqəti dayandırırlar.

  • Xarici arterial qanaxmanı dayandırmaq üçün damarı barmaqla sümüyə sıxıb,turna və ya burmac qoymaq lazımdır.
  • Xarici venoz və ya kapilyar qanaxmalarda yaraya steril sıxıcı sarğı qoyulur.
  • Turna (jqut) qoymaq ətrafların iri arteriya damarlarının zədələnməsində qanaxmanı dayandırmağın ən əlverişli üsullarından biridir. Turna qanaxma nahiyəsindən bir qədər yuxarıda qoyulur, paltarın üstündən, paltar olmadıqda hər hansı bir bint və ya parça materialından istifadə etməklə, əzələ və dəri sıxılmasının qarşısı alınır. Turnanı o dərəcədə sıxmaq lazımdır ki, qan dayansın. Çox sıxılarsa, ətrafın qidalanması pozular, az sıxıldıqda isə qan daha çox axa  bilər.

Turnamn qoyulduğu saat, dəqiqə bir kağıza yazılır və turna qoyulan yerə bərkidilir. Turnamn üstü örtülür, yaralıya ağrıkəsən dərman verilir və ya iynə ilə yeridilir.

Turna ən çoxu 1,5-2 saat saxlamla bilər.

Turnamn müddəti keçdikdən sonra xəstə həkimə çatmayıbsa, turnanı 5-10 dəqiqə müddətinə boşaltmaq, bir qədər fasilədən sonra yenidən qoymaq lazımdır. Vaxt yenidən qeyd olunub, turna bərkidilir.

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.