Qan dövranı və Qan damarları

Qan dövranı və Qan damarları

Qan damarları

  • arteriya
  • vena
  • kapilyarlara bölünür.

Qanı ürəkdən periferiyaya aparan damarlara arteriyalar

Periferiyadan ürəyə gətirən damarlara venalar

Arteriyalarla venaları birləşdirən mikroskopik damarlara isə kapilyarlar deyilir.

Qan bədəndə cərəyan edərkən venalarla ürəyə gəlir və arteriyalarla periferiyaya qayıdır. Qan orqan və toxumalara qida maddələri və oksigen daşıyır.

Ürək-damar sistemi bədəndə iki dövran təşkil edir:

  1. Böyük qan dövranı
  2. Kiçik qan dövranı

Böyük qan dövranı 

Böyük qan dövranı vasitəsilə qan orqanizmin bütün orqan və toxumalarına çatdırılır, burada qaz və maddələr mübadiləsi həyata keçir.Böyük qan dövranı ürəyin sol mədəciyindən aorta ilə başlanır. Aortadan ayrılan ümumi yuxu və körpücükaltı arteriyaları baş, boyun və kürək nahiyələrini qanla təchiz edir. Daha sonra aorta bir sıra böyük və kiçik arteriyalara bölünür maddələr mübadiləsi baş verdikdən sonra qan kapilyarlardan venalara keçərək ürəyə doğru hərəkət edir.Nəhayət, karbon qazı ilə zənginləşmiş venoz qan yuxarı və aşağı boş venalar vasitəsilə ürəyin sağ qulaqcığına, buradan da sağ mədəciyə daxil olur.

Kiçik qan dövranı

Kiçik qan dövranı vasitəsilə qan ağciyərlərə çatdırılır, oksigenlə zənginləşərək yenidən ürəyə doğru yönəlir. Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər kötüyü ilə başlanır. Ağciyər kötüyü sağ və sol ağciyər arteriyalarına bölünür ki, bunlar da venoz qanı ağciyərlərə çatdırır. Ağciyər alveollarmdakı atmosfer havası ilə kapilyarlardakı qan arasında qaz mübadiləsi baş verir. Oksigenlə zənginləşmiş qan ağciyər venaları ilə ürəyə doğru hərəkət edir və ürəyin sol qulaqcığına daxil olur.
Sol qulaqcıqdan qan sol mədəciyə, oradan isə aortaya, yəni böyük qan dövranına keçir.

Arteriyaların divarı üç qişadan ibarətdir.

  1. Daxili və ya intima qişası – daxildən yastı endotel hüceyrələri ilə örtülmüş nazik elastik birləşdirici toxumadan təşkil olunmuşur.
  1. Orta və ya əzələ qişası – halqaşəkilli saya əzələ toxumasından və elastik liflərdən ibarətdir.
  1. Xarici və ya adventisiya qişası – sıx lifli birləşdirici toxumadan təşkil olunmuşdur.

Arteriyalar damardaraldıcı (simpatik) və damargenəl- dici (parasimpatik) sinir lifləri ilə təchiz olunmuşdur.

Venaların divarı da üç qişadan ibarətdir.

Bunlar arteriyalarda olduğu kimidir, lakin bir qədər nazikdir. Venaların daxilində xüsusi qapaqcıqlar vardır ki, bu da qanın geriyə axmasına mane olur.

Arteriyalardan qanın hərəkətini ürəyin işi və damarların elastikliyi təmin edir. Bunun hesabına aortada müvafiq qan təzyiqi yaranır.

Qan təzyiqi Riva-Roççi sfiqmomanometri ilə ölçülür.

Ürəyin sistolası və diastolası zamanı təzyiqlər eyni olmur. Sistola zamanı olan təzyiq maksimal, diastolik təzyiq isə minimal hesab edilir. Yaşlı insanlarda maksimal arterial qan təzyiqi orta hesabla 110- 120 mm civə sütununa, minimal qan təzyiqi isə 70-80 mm civə sütununa bərabərdir. Ürəyin sol mədəciyinin yığılması nəticəsində arteriyaların divarının ritmik rəqslərinə (genəlib-yığılmasına) arterial nəbz deyilir.

Arterial qan təzyiqi, nəbz müxtəlif xarici və daxili təsirlər nəticəsində dəyişilir.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.