ATEROSKLEROZ. ATEROSKLEROZ  NƏDİR?     

Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir.Damar sərtləşməsi də deyilir.Arteriyaların daxili qatında yağa oxşar tərkibli maddələrin(onların əsas hissəsini xolesterin təşkil edir) çökməsi baş verir.Bu proses davam etdikcə, damar divarı daralmağa başlayır ki,bunun da nəticəsində ürək,beyin və digər üzvlərin qanla təchiz olunması pisləşir.

Aterosklerozun inkişafında 4 mərhələ ayırd edilir.

  1. Piy ləkələri mərhələsi
  2. Fibroz düyünlər mərhələsi
  3. Yaraların əmələ gəlməsi mərhələsi və ya ağırlaşan zədələnmələr mərhələsi
  4. Aterokalsinoz mərhələsi

ƏLAMƏTLƏRİ

Ürək arteriyasında əmələ gəlsə;

  • Döş ağrısı
  • Döş nahiyəsində sıxılma və yanma hissi olur
  • Müəyyən vaxt keçdikdən sonra miokard infarktı şəklində təzahür edir

Böyrək arteriyasında əmələ gəlsə;

  • Böyrək çatışmazlığı 
  • Yüksək təzyiq müşahidə olunur.

Beyin arteriyasında əmələ gəlsə;

  • Iflic
  • Üzvlərdə uyuşma
  • Nitqdə pozğunluq müşahidə olunur.

Qol və ayaq arteriyasında əmələ gəlsə;

  • Qanqrena
  • Ağrı
  • Çox hərəkətlə bağlı spazm müşahidə olunur.

YARANMA SƏBƏBLƏRİ

  • Yüksək təzyiq
  • Siqaret çəkmək
  • Artıq çəki
  • Hərəkətsizlik
  • Qanda lipidlərin yüksəlməsi
  • Stres və endokrin pozulmaları
  • Diabet
  • Qanın daha tez laxtalanmasına səbəb olan vəziyyətlər

Ateroskleroz ən çox kişilərdə rast gəlinir.Qadınlarda menopozdan sonrakı dövrdə müşahidə olunur.Çünki estrogen hormonu Aterosklerozun əmələ gəlməsini ləngidir.Aterosklerotik damarlar sistola zamanı genişlənə  bilmir.Hipertenziya xəstələrinin  arteriyosklerotik damarlarında elastiklik azalır və ateroskleroz irəlilədikcə daha çox məhdudlaşır.

Aterosklerozdan qorunmaq üçün

  • Siqareti və spirtdən istifadə edilməməlidir.
  • Sağlam qidalanmaq lazımdır, yəni az heyvani qida çox tərəvəz və meyvə yemək lazımdır.
  • Aşırı qəhvə və qara çay içirsinizsə bunları azaltmaq lazımdır.
  • Həddən artıq çəki təhlükəlidir.
  • Mümkünsə həftədə ən azı üç gün idman etməli və ya hər gün ən azı yarım saat gəzinti etmək lazımdır.
  • Əgər xolesterol, diabet və yüksək təzyiq kimi narahatlıqlar varsa mütləq həkim müşahidəsi altında olmaq lazımdır.
  • Strestdən uzaq durun.

 

İstifadə olunan dərman qrupları

  • Antitrombolitik (tromb əleyhinə) dərman maddələri qanın axıcılığını artırır və daralan damarlardan qanın keçib getməsini asanlaşdırır.
  • Betta blokatorlar ürək ritmini azaldır və ürək əzələsi üzərinə düşən yükü yüngülləşdirir. Miokard infarktı, döş hissəsində ağrı kimi əlamətlərin risklərini azaldır.
  • Kalsium kanal blokatorları qanın sürətini azaldır və döş hissəsində ağrı və sıxışma hissini aradan qaldırmaq üçün istifadə olunur.
  • Diuretiklər bədəndə olan artıq suyun böyrəklər vasitəsil xaric olunmasını asanlaşdırır. Qanın sürətini aşağı salır.

 

 




BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.