Vərəm xəstəliyi

Vərəm — yoluxucu xəstəlikdir.O hal-hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır.Bu xəstəlik vərəm mikobakteriyası tərəfindən törədilir.Vərəmi «tuberkulozis» də adlandırırlar.Bu sözün latın dilindən tərcüməsi qabarcıq deməkdir.Vərəmin törədicisi isə onu aşkar edən alimin şərəfinə «kox» çöpləri adlandırılır.

Əsas klinik formaları

I qrup:

Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası

II qrup:

Tənəffüs orqanların vərəmi,Ağciyər vərəmi

III qrup:Digər orqan və sistemlərin vərəmi:

  • Beyin qişalarının və mərkəzi sinir sisteminin vərəmi
  • Bağırsağın,peritonun,müsariqə limfa düyünlərinin vərəmi
  • Sümük və oynaq vərəmi
  • Sidik-cinsiyyət orqanlarının vərəmi
  • Dəri və dərialtı toxumanın vərəmi
  • Periferik limfa düyünlərinin vərəmi
  • Gözün vərəmi
  • Digər orqanların vərəmi.

Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər,lakin ən geniş yayılmış forması ağciyər vərəmidir.

Ağciyər vərəmi

Ağciyər vərəmihəm xəstənin özü,həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir.Belə ki,mikobakteriyalar xəstə insan danışdıqda,asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür.

Xəstəliyin yayılması və yoluxma yolları

Vərəm xəstəliyinin yayılması 95% hava.damcı yolu ilə xəstə İnsanın asqırması,öskürməsi,tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı baş verir.Bu proses dərhal baş vermir.Bunun üçün təmasın uzun müddətli olması,mikrobların çoxluğu,orqanizmin immun sisteminin zəifləməsi olmalıdır.Vərəmin yayılması mədə-bağırsaq yolu ilə də mümkündür.

Beləki,

  • bəlğəmin udulması
  • xəstə inəyin südünə vərəm xorasından mikrobakteriyaların qarışması zamanı südü 3-5 dəqiqə qaynatmadıqda
  • xəstə quşların yumurtasını yaxşı qaynatmadıqda

və s. hallarda yoluxa bilir.Vərəmin yayılması zədələnmiş dəri,selikli qişalardan da mümkündür.Vərəm yoluxucu bir xəstəlikdir.Vərəmi ancaq vərəm mikrobu orqanizmində aktiv olan şəxslərdən yoluxula bilər.15 günlük müalicə almış və ya tüberküloz ağciyərdə deyil digər bir orqandadırsa bu yoluxucu deyil.Digər mikroblar kimi vərəm mikrobu da qapalı bir məkanda öskürdükdə və ya asqırdıqda yaşamaqlarına davam edərlər.Beləliklə də digər şəxslərin yoluxmasına yol açarlar.Ətrafdakı hər şəxs vərəmə yoluxmaz.Yoluxmaq üçün ətrafdakı şəxsin immunitet sistemi və ətrafdakı vərəm mikrobunun sayı böyük əhəmiyyət daşıyır.

Törədicisi

Mycobacterim tuberculosis və ya Kox çöpləri tərəfindən törənir.Vərəm xəstəliyinin törədicisi şüalı göbələklərə aid olan mikrobakteriyalardır.Bu törədici 1882-ci ildə alman alimi R. Kox tərəfindən kəşf olunmuşdur.Bu törədicinin eni 0,2-0,6, uzunluğu 1-6 mikrondur.

Bu çöplərin hazırda 5 tipi məlumdur.

  • İnsan
  • heyvan
  • quş
  • çöl siçanı
  • qarışıq tipləri var.

Vərəm çöpləri spirtə,turşuya davamlıdır.Bir sutka ərzində yarıya bölünməklə çoxalır.Tozlu bəlğəmdə 72 saat,qurumuş bəlğəmdə 5-6 ay,əşyalarda 3 aya kimi havasız,günəşsiz yerdə bir neçə ay suda 5 ay,0°C-də illərlə həyat qabiliyyətini saxlayır.Bunlar aerob,turşuyadavamlı bakteriyalar olub ətraf mühitin bir sıra təsirlərinə qarşı çox davamlıdır.70°S-də 30 dəqiqəyə qədər,qaynatdıqda 5 dəqiqəyə məhv olur.5%-li karbol turşusu, 5%-li formalin məhlulu mikrobu məhv edir.

Patogenezi

Sağlam insan vərəmə yoluxduqda adətən heç bir əlamət üzə çıxmır,bu zaman daxildə yaranmış kiçik vərəm prosesi isə öz-özünə sağalır.Bu prosesdən bəzən heç bir əlamət qalmır və ya kiçik məhdud Qon ocağı qaır.Bu cür ilkin yoluxma adətən uşaq və ya yeniyetmə yaşlarında baş verir.Yoluxma çox zaman hava-damcı üsulu ilə baş verir,adətən payız aylarında yoluxma ehtimalı artır.İlkin yoluxanların yalnız 0.4-0.5%-indi vərəm xəstəliyi əmələ gəlir.Lakin çox zaman vərəm xəstəliyi orqanizmin zəifləməsi fonunda uşaq vaxtı ilkin yoluxma zamanı əmələ gəlib qalmış Qon ocaqlarının yenidən aktivləşməsi nəticəsində yaranır.Beləliklə,əhalinin yarıdan çoxu vərəmə yoluxduğu halda heç də hər kəsdə vərəm xəstəliyi əmələ gəlmir.

Bu xəstəlik yalnız

  • yaxşı qidalanmayan
  • qeyri-qənaətbəxş şəraitdə yaşayan
  • müxtəlif səbəblərdən immuniteti aşağı olan
  • digər xəstəliklər fonunda (şəkərli diabet, QİÇS və s.)
  • çox siqaret çəkən, və ya zərərli tozlarla daim nəfəs alan insanlarda və s. inkişaf edir.

Ağciyər vərəmi xəstəliyinin əsas əlamətləri nələrdir?

Bütün xəstəliklərdə olduğu kimi vərəm xəstəliyinin də mütləq əlamət yoxdur.Yəni elə bir əlamət yoxdur ki,ona görə biz əminliklə müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyinin olduğunu söyləyək.

Ancaq vərəm xəstəliyində daha çox rast gəlinən əlamətlər
  • ümumi halsızlıq
  • axşamüstü zəif subfebril hərarətin(37,2-37,4) olması
  • səhərə yaxın boyun-ənsə, kürək nahiyyəsinin tərləməsi
  • Üç həftədən çox davam edən öskürək
  • Öskürəyin bəlğəmli, hətta qanla olması
  • Yüksək hərarət
  • Gecələr tərləmək
  • İştahsızlıq və arıqlamaq
  • Yorğunluq

Bu əlamətlərin olmasına görə hər hansı bir orqanın vərəm xəstəliyindən şübhələnmək olar.Amma diaqnozun təsdiqi üçün kompleks müayinənin aparılması lazımdır.Yoluxucu bir xəstəlik olan vərəm ağciyərə təsir göstərməklə yanaşı beyin və sümüklərə də mənfi təsir göstərir.

Risk qrupları

  • Orqanizmin xroniki xəstəlikləri
  • şəkərli diabet
  • tireotoksikoz
  • hamilə və zahı qadınlar
  • xroniki qanaxmalar
  • anemiyalar
  • xroniki nefrit
  • mədə və onikibarmaq bağırsaq xorası
  • xroniki mədə-bağırsaq pozğunluqları
  • bir çox qan xəstəlikləri və s.
  • Yaş amili;3 yaşa qədər,qoca yaşlılar.
  • Zərərli adətlər;siqaret çəkmək,spirtli içki qəbu etmək, narkomaniya və s.
  • Uzun müddət qlükokortikoid, immunosupressorlarla müalicə.
  • Baş-boyun xərçəngi.
  • Böyrək xəstəliklərinin son mərhələsi.
  • Bağırsaq anastomozları.
  • HİV infeksiyası
  • Vərəmli xəstə ilə bir evdə yaşayanlar.(Uşaqlar 2-il müddətində nəzarətdə qalmalıdırlar).
  • Vərəmli xəstə ilə təmasda olan tibb işçiləri və laborantlar.
  • Köhnə fıbroz dəyişikliyi olan xəstələr.

Klinikası

Vərəmin klinikası onun formasından asılı olaraq müxtəlif ola bilər.

  • Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası zamanı bədən temperaturu periodik olaraq 37-38°S-yə qalxır(subfebril hərarət)
  • xəstənin iştahası pozulur
  • neyrovegetativ pozğunluqlar(əsəbilik və ya süstlük, başağrıları, ürəkdöyünmə)
  • periferik limfa düyünlərinin zəif böyüməsi(mikropoliadeniya)
  • periadenit
  • qaraciyərin,bəzən dalağın bir qədər böyüməsi
  • bədən çəkisinin azalması
  • orta qulağın iltihabı(orta otit)
  • başqa xəstəliklərə meyllilik müşahidə olunur.

Ağciyərlərin vərəmi

  • uzunmüddətli öskürək
  • subfebril(bəzən daha çox) temperatur
  • bəlğəm
  • bəzən qan hayxırma
  • döş qəfəsində ağrı 
  • əsəbilik
  • gecə tərləmələri
  • arıqlama
  • arterial təzyiqin enməsi
  • böyrəküstü vəzlərin fəaliyyətinin zəifləməsı kimi ümumi simptomlar xəstəni narahat edir.

Miliar vərəmdə

Proses kəskin olub yüksək temperaturla gedir və bu zaman öskürək,bəlğəm kimi əlamətlər olmaya da bilər, intoksikasiya əlamətləri,tifəbənzər əlamətlər üstünlük təşkil edir.Vərəmin gec,ağırlaşmiş mərhələlərində ürək,qan-damar sistemi,tənəffüs çatışmazlığı əlamətləri meydana çıxır.Xəstənin nəbzi tezləşır(taxikardiya), təngənəfəslik,periferik sianoz(dodaqların, barmaqların göyərməsi),tənəffüs prosesinə köməkçi əzələlərin qoşulması kimil əlamətlər əmələ gəlir.

Ağciyər vərəminin bəzi formaları əlamətsiz keçə bilər(ocaqlı vərəm,tuberkulema).

Diaqnostikasıvərəm nədir

Uşaqlarda vərəm xəstəliyinin diaqnostikası kliniki müayinə əsasında aparılır.Nəzərə almaq lazımdır ki,uşaqlarda ağciyər vərəmi çox zaman qeyri-kavernoz ağciyər xəstəliyi kimi müşahidə edilir.Uşaqlarda öskürək bacarığı zəif inkişaf etdiyindən bəlğəm nümunəsinin əldə edilməsi və müayinəsi çox zaman çətinliklərlə əlaqəli olur.Buna görə də,kiçik yaşlı uşaqlarda mədə möhtəviyyatının aspirasiyası ilə əkmə üçün materialın əldə edilməsi daha məqsədə uyğun hesab edilə bilər.Bəzi hallarda mümkün olduqda bəlğəm gətirici texnikalar tətbiq oluna bilər.

Ağciyərdən kənar vərəm xəstəliyinin diaqnostikası üçün;

bakterioloji əkmə üçün toxuma nümunələri infeksiyanın ehtimal edildiyi bütün sahələrdən əldə edilməlidir. Əksər hallarda bakterioloji əkmə üçün material qandan,sümük iliyindən,toxuma nümunələrindən (məs., limfa düyünü və ya sümük),onurğa beyin mayesindən,sidikdən və plevral mayedən əldə edilir.Müxtəlif toxuma nümunələrinin diaqnostik faydası fərqlidir.PLevral TB xəstəliyindən adenozin deaminazanın səviyyəsinin >40 vahid/L-dən çox olması əksər xəstələrdə müşahidə edilir.

Vərəm xəstəliyinin (ağciyər və ya ağciyərdən kənar vərəm) uşaqlarda diaqnostikası çox zaman 3 klassik triada üzərində qurulur:

  • Vərəm infeksiyası olan xəstə ilə yaxın kontakt və ya təmas.
  • Mantu sınağının və ya interferon qamma ifrazının analizi testinin pozitiv olması.
  • Döş qəfəsi rentgen filmində və ya fiziki müayinədə müvafiq tapıntıların müəyyən edilməsi.

Vərəm xəstəliyinin olmasına şübhə olduqda uşağın müayinəsinə dair aşağıda təsvir edilmiş yanaşma Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təklif edilib:

  • Dolğun anamnezin toplanması(vərəmli xəstə ilə sıx təmas və ya kontakt və vərəm xəstəliyinə dəlalət edən simptomların olması).
  • Kliniki müayinə(o cümlədən, uşağın fiziki inkişafı).
  • Mantu sınağı (tuberkulin dəri testi) və ya İnterferon qamma ifrazının analizi testi (testin həssaslığını artırmaq üçün hər iki testin aparılması tövsiyə edilə bilər).
  • Bütün mümkün olan hallarda infeksiyanın bakterioloji təsdiqi təmin edilməlidir.
  • Ağciyər və ağciyərdən kənar vərəmə şübhə olduqda,müvafiq tədqiqatların həyata keçirilməsi.
  • HİV-ə yoluxmanın yoxlanması (HİV infeksiyasının geniş yayıldığı yerlərdə).
  • Xəstədən toplanmış detallı anamnez,

habelə fiziki müayinə və diaqnostik testlərin nəticələri hərtərəfli nəzərdən keçirilməlidir. Xüsusilə də,5 yaşından kiçik uşaqlarda,infeksion vərəm xəstəliyi(bəlğəmdən yaxmanın pozitiv olduğu xəstələrlə) ilə yaxın təmasın (kontaktın) olması vərəm xəstəliyi diaqnozunun qoyulmasında ən mühüm faktor hesab edilir.Lakin,nəzərə alınmalıdır ki,bir çox hallarda uşağa vərəm xəstəliyini keçirmiş böyük yaşlı xəstələr vərəm olduqlarını bilməyə də bilər.Buna görə də,vərəm xəstəliyinə şübhə olduqda,uşaqla kontaktda olan böyük yaşlı şəxslər və onlarda müşahidə edilən kliniki simptomlar barədə detallı məlumat əldə edilməlidir.

Uşaqlarda vərəm xəstəliyinin əksər hallarında laborator analizlərlə vərəmin təsdiq edilməsi mümkün olmur. Bu cür hallarda aparılan müalicə nəticəsində kliniki və radioloji yaxşılaşma əsasında vərəm diaqnozu qoyula bilər.

Ümumiləşdirdiyimiz zaman vərəmin diaqnozunu qoymaq üçün minimal 3 diaqnostik üsul tətbiq olunur:

  1. Ağciyərlərin rentgenoqramması( və ya flüoroqrafiya)
  2. Mantu sınağı
  3. Bəlğəmin mikroskopik müayinəsi

Bundan sonra lazım gələrsə əlavə diaqnostik üsullar da tətbiq oluna bilər.Qanın ümumi analizində EÇS artır,eozonofillərin artması(eozonofiliya),limfositlərin azalması (limfopeniya) aşkar edilir.

Uşaqlarda və yeniyetmələrdə ilk dəfə Mantu sınağı “+” nəticə verirsə bu “viraj” adlanır və ilkin yoluxmanı göstərir.Yoluxmadan 2 ay sonra viraj aşkar oluna bilər.

 

Döş qəfəsinin radioqrafiyası.

Uşaqlarda vərəmin diaqnostikasında döş qəfəsinin anteroposterior və lateral rentgen filmlərinin əldə edilməsi çox faydalıdır.Vərəmə şübhə olan uşaqların döş qəfəsinin rentgen filmlərində çox zaman ağciyərin parenximasında ciddi dəyişikliklər olmadan ağciyər qapısı və ya traxeyanın bifurkasiyası altında yerləşən limfadenopatiyadan (hilar və ya subkarinal) ibarət olan birincili kompleks müşahidə edilir.Adenopatiya artdıqca ağciyərdə konsolidasiya və ya seqmentar ocaq müəyyən edilə bilər.Bu cür dəyişikliklər – infiltrasiya və atelektaz – isə ağciyərin kollapsına səbəb ola bilər.

Vərəm xəstələri ilə təmasda olan 5 yaşından kiçik olan 300-dən çox uşağın 9%-də asimptomatik döş qəfəsi daxili vərəm xəstəliyi və radioloji müayinədə birincili kompleks(hilar və ya subkarinal adenopatiya) müəyyən edilmişdir.Radioloji müayinədə müəyyən edilən kölgə,habelə antibiotik kursundan sonra keçib getməyən kölgə vərəm xəstəliyinə olan şübhəni artırmış olur.

Vərəmi olan yeniyetmələrdə böyüklərə xas simptomlar tez-tez müşahidə edilir.Onlarda rentgen filmlərdə çox vaxt yuxarı payın infiltrasiyası,plevral effuziya və kavitasiya (kaverna) müəyyən edilir.

 

Kompüter tomoqrafiyası.

Rentgen filmlərində şübhəli görünən sahələrin dəqiqləşdirilməsi və anatomik pozuntuların daha dəqiq müəyyən edilməsi üçün kompüter tomoqrafiyası tətbiq oluna bilər.Döş qəfəsi rentgeni ilə müqayisədə KT-də endobronxial patoloji dəyişikliklər,bronxoektaziyalar və kavernalar daha yaxşı müəyyən edilir.Buna baxmayaraq,vərəmə şübhə olan asimptomatik uşaqların müayinəsində KT görüntüləməsinə ehtiyac duyulmur.Belə ki, uşaqlarda vərəmə qarşı terapiyanın aparılması döş qəfəsinin radioqrafik tapıntılarına əsaslanır.

Vərəmli meningitə şübhə olduqda başın KT görüntüləməsinin əldə edilməsi tövsiyə oluna bilər.KT görüntülərində hidrosefalus,aşağı saxlığı olan və ya izodensivli inkapsulyasiya olunmamış tuberkulomalar müəyyən edilə bilər.Tuberkulomalar ətrafı ödem də müşahidə edilə bilər.Bir çox hallarda beyin vərəminin KT görüntüsü xərçəng xəstəliyinin beyinə metastazına bənzər görüntü verir.Beyin vərəminin müalicəsi çox çətindir və bir çox xəstədə beyin vərəmi diaqnozu autopsiyadan sonra qoyulur.

Vərəmin müalicəsi varmı və nə qədər müddət davam etdirilir?

Vərəm  müalicəsi olan bir xəstəlikdir.Amma önəmli olan məqam daima həkim nəzarətində olmaq və verilən müalicəni təxirə salmadan davam etdirməkdir.Əks təqdirdə sağalsanız belə yenidən yoluxa bilərsiniz.Vərəm müalicəsi adətən 6-9 ay davam edir.Bu müddətdən daha tez özünüzü yaxşı hiss etsəniz belə həkimin yazdığı müalicəni yarıda buraxmamalısınız.Əgər müalicə yarıda qalarsa yenidən yoluxmaqdan başqa müalicənin fayda verməyəcəyi bir həddə çata bilər.

Vərəm müalicəsində qidalanma 

Xəstə yaxşı qidalanmalı,gün ərzində bütün lazım olan qida maddələrini və kalorini qəbul etməlidir.Qidada zülallar,vitaminlər,mineral maddələr,yağlar miqdarında gündəlik tələbatı ödəməlidir.Ağartılar,yumurta,balıq əti,meyvə-tərəvəz və s. qida növləri yeməkdə üstünlük təşkil etməlidir.Konservativ müalicəyə kimyəvi preparatlar,lazım gələrsə hormonal,desensibilizə edici preparatlar,vitaminlər,sanator-kurort müalicəsi,pəhriz daxildir.Konservativ müalicə nəticə verməzsə cərrahi müalicə aparıla bilər.

Yuxunun nizamlı olması, siqaret və spirtdən istifadə etməmək, təmizliyə riayət etmək və sağlam qidalanmaq çox əhəmiyyətlidir.Sağlam qidalanmaqla yanaşı ideal çəkinin qorunması da əhəmiyyətli məqamlardandır.

Vərəm müalicəsi alınsa belə həmin şəxsin yenidən vərəmə yoluxması mümkündür.İkinci dəfə yoluxarsa müalicəsi daha uzun müddət çəkə bilir.

Vərəmə yoluxma riski yüksək hallar?

  • Vərəm xəstəsi ilə eyni evdə yaşayan və ya eyni məkanda uzun müddət qalanlar
  • Spirtli içki içənlər
  • Yaşlılar
  • Uzun müddətli siqaret çəkənlər
  • Həbsxanada və ya kütləvi halda yaşanılan digər yerlərdə yaşayanlar
  • Sağlamlıq işçiləri
  • HİV virusu daşıyanlar
  • Şəkər xəstələri
  • Ağır böyrək və qaraciyər xəstəlikləri olanlar

Profillaktikası

vərəm xəstəliyi
MANTU SINAĞI

Vərəmin profilaktikası daha vacibdir.Bundan ötrü hər il uşaqlarda və yeniyetmələrdə Mantu sınağı aparılır,virajlı uşaqlar aşkar olunur və VI qrup dispanser uçot qeydiyyatına götürülür.Onlar 1 il müddətində ciddi müşahidədə qalırlar.Virajlı uşaqlara 3 ay müddətində izoniazidlə kimyəvi profilaktika aparılır.3 aydan sonra təkrari Mantu sınağı qoyulur – əgər əmələ gələn papulanın ölçüsü kiçilibsə,dərman profilaktikası davam etdirilmir,intensivlik artıbsa və ya yerində qalıbsa 2-3 il də yazda və payızda profilaktika davam etdirilir.Vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır.Buna görə də xəstələrin vaxtında müraciət etmələri, müalicəni başlamaları,sağlam 

0,1 -0,2 -0,3q taşəxslərin ildə 1 dəfə profilaktik müayinədən keçmələri vərəmlə mübarizədə vacib amildir.

 

 

 

Müalicədə istifadə edilən dərmanlar

İZONİAZİD

blet, 10% ~5ml (2ml) ampulalarda buraxılır.İzoniazid hüceyrədaxili və hüceyrəxarici yerləşən vərəm çöplərinə bakterisid təsir göstərir.İzoniazid mədə-bağırsaqdan yaxşı sorulur,bədəndə olan mayelərə keçir.24 saat orqanizmə təsir göstərir.İzoniazid hər kiloqram çəkiyə 5-10 mq təyin olunur,mərkəzi və periferik sinir sisteminə təsir etdiyi üçün B qrup vitaminlərdən istifadə olunur.

Əks göstərişi:

  • Epilepsiya
  • polinevritlər
  • görmə sinirinin zədələnməsi
  • qıcolma
  • hamiləliyin birinci üç ayı və s.

RİFAMPİSİN

0,15 və 0,30q kapsul,ampula şəklində buraxılır.Xəstələr 6-9 ay ərzində qəbul edə bilər.

Hüceyrə daxilində və xaricində olan vərəm çöplərinə bakterisid təsir göstərir.Hər kiloqram çəkiyə 1 qıram təyin olunur.Qaraciyərin kəskin xəstəliklərində,preparata qarşı allergik reaksiya olduqda istifadə edilmir.

Hamiləliyin ilk üç ayı və sonuncu ayında istifadə etmək məsləhət görülmür.
Siprofloksasinlə yaxşı kombinasiya olunur,ofloksasin,levofloksasinlə kombinasiyası məsləhət deyil.

ETAMBUTOL

200, 400, 600, 800mq tabletlərdə,500mq-3ml ampulalarda buraxılır.Hüceyrədaxili və hüceyrəxarici vərəm çöplərinə bakteriyastatik təsir göstərir.Mədə-bağırsaqdan yaxşı sorulur,eritrositlərdə depolaşır və dövr edir.

Əks göstərişi:

  • Görmə sinirinin nevriti
  • diabetik retiopatiya
  • göz xəstəlikləri
  • hamiləlik
  • iki yaşa qədər uşaqlar və s.

ETİONAMİD VƏ PROTİONAMİ

Etionamid və Protionami obliqat bakteriostatik preparatdır.10-20mq/kq təyin olunur.

Əks göstərişi:

  • Hamiləlik
  • kəskin qastrit
  • mədə və onikibarmaq bağırsaq xorası
  • qaraciyər sirrozu və onun ağır xəstəlikləri,
  • 14 yaşa qədər uşaqlar və s.

 

SİPROFLOKSASİN VƏ OFLOKSASİN LOMEFLOKSASİN

Vərəmin müalicəsində köməkçi dərman kimi istifadə olunur.

Tablet və məhlul halında buraxılır.Vərəmin müalicəsində 4-5-ci preparat kimi istifadə olunur.

12 yaşa qədər uşaqlara təyini məsləhət görülmür.

 

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

2 thoughts on “Vərəm xəstəliyi

  • Ayten

    (5 Avqust 2018 - 21:28)

    Hamilelik zamani verem eleyhine hansi preparat istifade ede bilerik?m

      DR.Hüseyn

      (6 Avqust 2018 - 00:23)

      İstifadə edə biləcəyiniz dərmanları yalnız hamiləliyinizə nəzarət edən həkim məsləhət görə bilər.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.