STOMATİT nədir? Əmələ gəlmə səbəbləri və müalicəsi.

Stomatit – ağız boşluğunun selikli qişasının iltihabıdır.Bu xəstəlik həm böyüklərdə həm də uşaqlarda geniş yayılıb.Stomatit zamanı ağız boşluğunun selikli qişasında ağrı verən kiçik qabarcıq şəklində yaralar əmələ gəlir.Stomatit şəxsin yemək,danışıq və yuxu qabiliyyətini poza bilər.

Stomatit

  • yanaqlar
  • diş ətləri
  • dil
  • dodaqlar
  • damaqda

əmələ gəlir.Stomatitin əmələ gəlməsinin bir çox səbəbi ola bilər.

 

Stomatitin növləri:

  1. Aftöz ülserağız xorası da deyilir.Əsasən yanaqlarda, dildə və dodaqlarda olan sarımtıl rəngli xoradır
  2. Uçuq – Uçuq adətən ağız və dodaq ətrafında əmələ gələn və tibbdə Herpes simplex adı verilən virusun səbəb olduğu xəstəlikdir.Dişəti və ya ağız içərisində nadirən rast gəlinir.
  3. Ağız qıcıqlanması –  qıcıqlanmaya bunlar səbəb ola bilər;
  • Xərçəng xəstələrinin müalicə zamani aldığı radiasiya şüaları
  • İsti yemək və ya mayelərin qəbulu zamanı ağız yanması
  • Diş aparatı istifadə etmək
  • Dişəti iltihabı və ya başqa ağız iltihabı xəstəliklərinin mövcud olması
  • Qida və  ya dərmanlar kimi başqa şeylərə qarşı aşırı həssaslığın olması
  • lupus,Crohn xəstəliyi və ya Behçet xəstəliyikimi ağzın selikli qişasını zədələyən xəstəliklərə sahib olmaq

 Stomatitin əlamətləri:

Əlamətlər 2 başlıqda göstərilir.

Aftöz ülser (ağız xorası)

  • Ağrı verir
  • Sağalma müddəti  5-10 gündür
  • Təkrar əmələ gələ bilər
  • Hərarətlə əlaqəli deyildir

 

 

Uçuq

  • əksərən ağrı ilə müşaiyət olunur
  • Sağalma müddəti 7-10 gündür
  • Bəzən qrip kimi əlamətlərlə də əlaqəli ola bilir.

 Digər əlamətlər

  • Ağızın selikli qişasında yanma və ağrı hissi verən yaralar
  • Qida qəbulu və danışıq zamanı ağrılar və diskomfort.
  • Ağız qoxusu
  • Ağız içərisində meydana gələn gözlə görülən dərəcədə qızarıqlıq
  • Bədən hərarətinin zaman zaman yüksəlməsi

 Stomatitin əmələ gəlmə səbəbləri:

  • Bakteriyalar stomatitin inkişafına səbəb olur.Bu gigiyena qaydalarına riayət etməməsi,immun sistemini zəifləməsi,ağız boşluğu selikli qişasının travmaları (dişlədikdə, diş yuduqda və s.) zamanı mümkündür.
  • Zəif qidalanma
  • Göbələk infeksiyası (uşaqlarda tez-tez təsadüf edilir).
  • Viruslar (əsasən herpes virusu).
  • Allergiya
  • Yuxusuzluq
  • Ani çəki itkisi
  • qrip
  • hormonal dəyişiklik
  • Bəzi xəstəliklər (leykemiya – qan xərçəngi, Bexçet sindromu və s.),B qrupu və C vitaminlərinin çatışmazlığı da stomatitin inkişafına səbəb ola bilər.
  • bəzi dərman maddələrinin tez – tez və uzunmüddətli istifadəsi stomatitə səbəb olur.Məsələn,antibiotiklər, epilepsiya əleyhinə preparatlar, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar və s.

 

 Stomatitin müalicəsi xəstəliyin səbəbindən asılıdır. Müalicə zamanı yerli (qarqaralar, məlhəmlər, xüsusi antiseptik preparatlar və s.) və ümumi müalicə (antibiotiklər, hormonal preparatlar və s.) təyin olunur.

Stomatit zamanı ağız boşluğunun selikli qişası iltihablaşmış olur.Bu səbəbdən xəstə xüsusi pəhriz saxlamalıdır.Qida yumşaq, yüngül, ilıq olmalıdır (tərəvəz püreləri, supları).

  • Şirin
  • istiotlu
  • turş
  • isti
  • qızardılımış qidalar
  • qəhvə
  • şokolad

əks-göstərişdir.

 Stomatitin müalicəsi:

  • isti içki və qidalardan, ədviyyatlı və duzlu qidalardan uzaq durun
  • tylenol və ya ibuprofen tərkibli ağrıkəsicilərdən istifadə edin
  • ağzınızı yandırsanız dərhal soyuq su ilə yaxalayın
  • daha çox su için
  • xoraya yerli anesteziyaedici kimi lidokain istifadə edin (6 yaşın altındakı uşaqlara olmaz!)
  • dodaq içi və diş ətlərindəki yaralara Triamsinolon məcunu sürtün

 Bəzi xalq təbabəti üsulları stomatit zamanı çox yaxşı müalicəvi effekt verir. 

  • Çobanyastığı dəmləməsi ilə qarqara çox effektlidir. Dəmləməni hazırlamaq üçün 1 stəkan qaynar suda 1 xörək qaşığı çobanyastığı dəmlənilir və 30 dəqiqədən sonra süzülür. Bu dəmləmə ilə ağız boşluğunu tez-tez qarqara etmək lazımdır.
  • Kalendula bitkisi də çox yaxşı təbii antiseptikdir.
  • Propolis dəmləməsi ilə qarqara da çox yaxşı kömək edir. Propolisin kiçik tikəsini sürtgəcdən keçirdib 1 stəkan qaynar suda dəmləyin və tez-tez qarqara edin.

 Əgər stomatit yüksək hərarət, dəridə suluqların əmələ gəlməsi və s. simptomlarla müşayiət olunarsa, mütləq həkimə müraciət edin.

Tez-tez təkrarlanan stomatit immun sistemində olan pozulmadan xəbər verə bilər.

 




BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/stomotoligiya/stomatit-nedir
  • Follow by Email
  • RSS