Siqaretin Ziyanları

Siqaretin və siqaret tüstüsünün  tərkibi dəyişkən xüsusiyyətli zərərli maddələrdən ibarətdir. Aparılan araşdırmalar siqaret tüstüsündə 500000-dən çox zərərli maddə olduğunu ortaya çıxarmışdır. Bu maddələrin böyük bir qismi xərçəng xəstəliyinə səbəb olur.

Siqaret tüstüsü tütün bitkisi yarpaqlarının tam yanmaması nəticəsində əmələ gəlir. Siqaret tüstüsünün tərkibindəki maddələr qaz və ya dənəcik  halında olur.

Siqaret tüstüsün tərkibindəki  maddələrə müxtəlif faktorlar təsir edir.

  • Tütünün növü
  • yanma istiliyi
  • siqaretin uzunluğu
  • siqaret kağızının xüsusiyyətləri
  • filtr və tütünə əlavə edilən qatqı maddələri

bunların başlıcalarıdır. Aparılan tədqiqatlar təxminən bir nəfəs çəkilişi siqaret tüstüsündə 300 milyon ilə 3.5 milyard arası zərərli dənəciklərin olduğunu ortaya qoymuşdur. Gündə bir paket siqaret çəkən bir insanın ildə 70.000 dəfə tüstü udmağını düşünsək, siqaret çəkənlərin məruz qaldığı zərərli maddə miqdarı aydın olar. Bu səbəblə mütəmadi siqaret çəkənlərin müxtəlif xəstəliklərə yoluxması faktı təəccüblü deyil.

Nikotin siqaret tüstüsündə dənəcik halında olan və asılılığa gətirib çıxaran əsas maddədir.

Sinir sisteminə təsir edir, ürək  və qan-damarların işini pozur. Nikotinin təsiri nəticəsində qan təzyiqi və nəbz sürətində artım ortaya çıxır. Bu səbəblə ürək daha çox sıxılır və ürəyin oksigen ehtiyacı artır.

Karbonmonoksit siqaret tüstüsündə  qaz halında olan zərərli maddələrin ən əhəmiyyətlisidir.

Tütünün tam yanmaması nəticəsində ortaya çıxır. Siqaret tüstüsün 2-6%-i karbonmonoksitden yaranmışdır. Siqaret çəkənlərin qanındakı karbonmonoksit səviyyəsi siqaret çəkməyənlərə görə 2-15 qat daha çoxdur. Karbonmonoksit hüceyrələrin qandakı oksigeni istifadə etməsinə mane olur.

Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır.  Hələ 1970-ci ildə  Ümumdünya Səhiyyə Assambleyası ağciyər və ürək-damar xəstəliklərinin inkişafına,həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olan siqaret çəkmənin ciddiliyini dərk edərək dünyanın bütün səhiyyə orqanlarına müraciət etmiş, problemə qarşı  lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdir. Həmin dövrdən başlayaraq dünyanın bir çox ölkəsində siqaretə qarşı  təbliğat  kampaniyaları  başlamış və bu kampaniyalar bu gün də davam etdirilməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə,dünyada hər il təxminən 5 milyona yaxın insan siqaretin zəhərli təsiri nəticəsində dünyasını dəyişir.  2020-ci ildə isə bu rəqəmin 2 dəfə artacağı gözlənilir.  

 Siqaretin yaratdığı xəstəliklər

  • Tez qocalma

Daimi bir şəkildə siqaret çəkilməsi, dəri quruluşunu pozaraq qırışıqlıqlara gətirib çıxarır. Bundan əlavə dişlər saralır və qaralır, dırnaqlar zəifləyir.

  • Diş çürüməsi

Siqaret çəkmək dişlərin çürüməsinə və nəticədə tökülməsinə səbəb olur.

Siqaret çəkənlərin ürək xəstəliyinə  tutulma riski çəkməyənlərə nisbətdə 4 qat daha çoxdur.

  • Qırtlaq xərçəngi

Gündə 25 ədəd siqaret çəkmək 30 qat daha çox qırtlaq xərçənginə tutulma riskini artırır. Bu da əvvəlcə tələffüz çətinliyinə, irəliləyən mərhələlərdə isə tamamilə danışıq qabiliyyətinin itməsinə səbəb olur.

  • Boğaz xərçəngi 

Boğaz xərçəngi xəstəliyinə 80% siqaret səbəb olur.

  • Mədə xərçəngi

Siqaret çəkənlərin mədə və ya bağırsaq xərçənginə tutulma riski çəkməyənlərdən 2 qat daha çoxdur.

  • Qaraciyər xərçəngi

Qaraciyər xərçəngi xəstəliyinin 80%-i siqaretin təsirindən olur.

  • Menapoz

Siqaret çəkən qadınlarda vaxtından 5-10 il əvvəl menapoz baş verir. Bu da sümüklərin daha tez incəlməsinə və əriməsinə səbəb olur.

  • Vaxtından əvvəl doğum

Gündə yalnız 5 ədəd siqaret çəkən hamilə bir qadının vaxtından əvvəl  doğum etməsi, ya da olduqca kiçik və sağlam olmayan bir körpə doğma riski inanılmaz ölçüdədir.

  • Şəkər xəstəliyi

Siqaret çəkmək, bədənin insulin ifraz etmə qabiliyyətini azaldır. Bu da şəkər xəstəliyinə yol açır.

  • Qanqren

Ağciyərlər zəiflədiyi üçün, bədənə çox az oksigen yayılır. İnsan bədəni bu çox az miqdardakı oksigeni daxili orqanlara paylamaq məcburiyyətində qalır. Buna görə ürəyə ən uzaq orqanlar olan barmaq uclarından etibarən hüceyrələr sürətlə zəncirvari olaraq ölür. Çox vaxt qollar, ya da ayaqlar kəsilə bilər.

  • Qida borusu xərçəngi

Bu xərçəngə tutulmağın səbəbi məhz siqaret çəkməkdir

  • İnfarktın baş vermə səbəbi də siqaretdir.

Uzun illər siqaret çəkən insanlarda nəinki infarkt, bir sıra xəstəliklər də baş verir ki, bu da aşağıdakılardır:

iştahanı pozur, həzm prosesi çətinləşir, rənglər saralır, mədə yarasının əmələ gəlməsinə səbəb olur, dodaq, dil və yemək borusu xərçənglərinin mənbəyi olur, öskürək yaranır. Xroniki bronxitə və enfizemaya səbəb olur. Qırtlaq və ağciyər xəstəlikləri siqaret zəkənlər arasında daha çox müşahidə olunur (90 %).
Damar divarlarının elastikliyinin azalmasına gətirib çıxardır. Qol və ayaq damarlarında tıxanmalar əmələ gəlir.Qanqrena baş verir. Beyin qidalandıran damarlar elastiklikdən məhrum olur. İflic olma hadisələri meydana gələ bilir. Bu gün miokard infarktı bütün ölkələrin aktual probleminə çevrilib. Siqaret çəkənlərlə çəkməyənlər arasında müqayisə aparılsa 10% çəkməyən insanlar daha sağlam olur və uzun ömür sürür. Bunlar azmış kimi damarlarda kirəcləşmə yəni ateroskleroz baş verir.

Siqaret çəkən insanın yanında oturanlar da bundan zərər çəkir.

Belə ki, onun pis qoxusu və tüstüsü hətta sağlam adamın boğazını qıcıqlandırır. Əlbəttə ki, bu sadaladıqlarımız siqaretin verdiyi zərərin 50% deyil. Statistika da güstərir ki 1 siqaret insan ömrünü 5 dəqiqə azaldır.

Siqaret bədəndə 17 növ xərçəng xəstəliyi yaradır

İnsanlar siqaretin törətdiyi xəstəlikləri dərindən anlasalar, bəlkə də bu vərdişdən bir çox insanlar imtina edər, tüstüsüz sağlam həyat tərzinə üstünlük verərlər.

Siqaret yaşından asılı olmayaraq hər bir şəxsə mənfi təsir göstərir və orqanizmdə bir çox xəstəliklər yaradır. Siqaretin yaratdığı ən ağır xəstəlikdən biri də xərçəngdir. Siqaret bədəndə 17 növdə xərçəng xəstəliyinin yaranmasında əsas rol oynayır. Ağ ciyər xərçəngi,qida borusu xərçəngi, tənəffüs üzvləri xərçəngi və s.

Siqaret nikotin və menoksidkorben kimi öldürücü tərkib hissəsi ilə bədən üzvlərində, ağciyər və ba

ğırsaqlarda ölümlə nəticələnən xərçəngyaradıcı virusların törənməsinə zəmin yaradır. Adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi təsirlərinə məruz qalır. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar.

Nikotin alkoqol və kokain qədər güclü təsirə malikdir.

Bunun nəticəsi olaraq tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasına zəmin yaradır.  Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəticəsində  əmələ gəlir.Siqaretin tərkibi müxtəlif zəhərli və xərçəngtörədici maddələrlə doludur. Belə ki, siqaretdə 4560 zəhərli, 60-dan çox xərçəngə səbəb olan maddə aşkar edilib.Siqaret çəkmək insan sağlamlığına ziyan yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin ölçüsünü azaldır. Tədqiqatçılar 11-64 yaş arası şəxslərin qavrama dərəcəsini ölçərkən bu nəticəyə gəliblər ki, uzun illər boyu siqaret çəkən şəxs qocaldıqda sağlam və geniş fikrə, dərin düşüncəyə malik olmur.

Eyni zamanda siqaret:

  • iştahanı azaldaraq qidanın həzmini ağırlaşdırır
  • sümük boşluğu və digər ciddi problemlərə səbəb olur
  • yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir
  • ümumi iş qabiliyyətini və fəalliyyəti azaldır
  • görmə qabiliyyətini çətinləşdirir
  • ağız boşluğunda pis qoxu yaradır.

 Çəkilən siqaretin miqdarını azaltmaq yaxşıya apara bilər

Çəkilən siqaretin sayını azaltmağın mənasız olduğu qənaətinə gəlmək səhvdir.

“Nikotinin köməyilə – ya nikotin yapışqan və ya elektron siqaret vasitəsilə – çəkdikləri siqaretin miqdarını azaltmağa cəhd edənlər üçün uzunmüddətli baxımdan siqareti tamamilə buraxmaq ehtimalı artır və bununla siqaret çəkməyin yaratdığı riskləri azaltmağa imkanlar yaranır.

Nikotinə asılılıq insanları siqaret çəkməyə davam etdirir, lakin əsas ziyanı vuran siqaret tüstüsündəki qətrandır”.
“Elektron siqaretlər daha az ziyanlıdır, ancaq siqareti tamamilə buraxdığınız halda”.

TÜTÜNÜN UŞAQLARA ZİYANI

Siqaretin böyük bəlalarından biri də onun passiv şəkildə yayılmasıdır. Belə ki, siqaret çəkən şəxsin yanında durmaq və ya onunla təmasda olmaq nəticəsində tütünün zəhərli maddələri insan orqanizminə daxil olur kı, bu da  passiv tütün çəkmə adlanır. Bundan ən çox əziyyət çəkənlər isə uşaqlardır. Siqaretin fəsadlarının nə demək olduğunu bilməyən uşaqlar onun tüstüsünü qəbul edirlər. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə mənfi təsir göstərir. Gələcəkdə bir çox xəstəliklərin yaranmasını sürətləndirir.

Əgər hər hansı valideyn siqaret çəkirsə, öz  övladı ilə təmasda olarkən nəfəs alanda belə uşağa mənfi təsir göstərir, onu infeksiyalara yoluxdurur. Təhqiqatlar müəyyən edib ki, uşaqlarda infeksiyanın 13 %-i ətrafdakıların siqaret çəkməsi nəticəsində yaranır.

Siqaretdən aktiv şəkildə istifadə edən uşaqlar və ya yeniyetmələrdə isə vəziyyət daha acınacaqlıdır. Onlarda sonsuzluq, kütbeyinlik, əsəb kimi xəstəliklərin yaranması qaçılmazdır.

Psixi pozğunluqları olan adamlar daha çox siqaret çəkirlər 

Psixi pozğunluqları olan adamlar sağlam adamlara nisbətən 4 dəfə çox siqaret çəkirlər. Alimlər qrupu əksəriyyəti şizofreniyadan əziyyət çəkən 280 pasientin vərdişlərini tədqiq etmişlər.
Müəyyən olunmuşdur ki, onlar arasında 62 faizi siqaret çəkir. Bu isə siqaret çəkənlərin sayı yalnız 16 faiz olan Avstraliyanın əsas əhalisi ilə müqayisədə 4 dəfə çoxdur.Psixi pozğunluqları olan avstraliyalılar orta hesabla gündə 22 siqaret çəkir, ən çox siqaret çəkən isə gündə 80-ə qədər siqaret çəkir. Psixi xəstəlikləri olan bu adamların yalnız 59 faizi siqaret çəkməkdən imtina etmək istəmişlər. Lakin onların yalnız 12 faizi bunu etməyə müəssər olmuşdur.
Psixoanalitiklərin fikrincə, siqaretçəkmə oral (ağız) zonasının qıcıqlanması ilə əlaqədardır. Bu isə körpənin həyatda aldığı ilk ləzzətdir: o, süd soran zaman doyur və müdafiə hissi alır. Bu cür mövqedən yanaşılarsa, bu, narahatçılıq, gizlənmə həvəsi, gərginlikdən qaçmaq əlamətidir. Məhz buna görə də siqaret çəkmə hallarına psixi cəhətdən xəstə olan adamlarda sağlam adamlara nisbətən daha çox rast gəlinir.

Qadınların tütünə aludəçiliyi daha təhlükəlidir

 Dünya Sağlamlıq Təşkilatlarının məlumatına görə siqaret qadınlara kişilərə nisbətən ikiqat mənfi təsir göstərir. Gündəlik həyatda çətinliklərlə qarşılaşan xanımlar kişilərdən fərqli olaraq daha çox stres keçirirlər və bu stresi aradan qaldırmaq üçün siqaret çəkməyi üstün tuturlar. Bu stres qadınları siqaretdən asılı edir və onu tərgitməkdə çətinlik törədir.

Hamilə qadınlarda isə siqaret daha acınacaqlı fəsadlar törədir. Əgər hamilə qadın siqaret çəkirsə və yaxud siqaret çəkən şəxsin yanında tüstünü passiv şəkildə qəbul edirsə, hormonlara güclü təsir edən zəhərli maddələr onun gələcəkdə dünyaya gətirəcəyi körpənin orqanizminə birbaşa daxil olur və formalaşmaqda olan orqanizmdə bir çox xəstəliklərin yaranmasının başlanğıcı olur. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir. Cılız, zəif uşaqların doğumu, hətta ölü doğuşların ehtimalı artır. 

 Siqaret çəkən qadın uşağı əmizdirən zaman nikotin ana südü vasitəsilə körpəyə keçir. 

Tütünün qocalara təsiri

Siqaret  hamıya olduğu kimi, yaşlı insanlara da mənfi təsir göstərir. Onların bədənlərində olan hüceyrələrin zəifləməsini sürətləndirir, yuxusuzluq, taqətsizlik və digər problemlərin yaranmasına şərait yaradır. Siqaret çəkən yaşlı adamlar adətən əsəbi olur, hər şeyə emosional  yanaşırlar. Dəridəki qırışların çoxalması, dişlərin tez tökülməsi kimi hallar daha tez baş verir.

Siqareti tərgidə bilməmək bir bəhanədir

Tütündən istifadə edənlər gərgin və əsəbi olduqları zaman siqaret çəkməklə stresdən çıxdıqlarını güman edirlər. Lakin bu, heç də belə deyil. Sadəcə olaraq bu, insanlara psixoloji təsir edir və insanlarda belə təsəvvür yaradır. Həmin şəxslər düşünmürlər ki, bu yolla bədənlərini zəhərləyirlər.

Siqareti hər bir şəxs tərgidə bilər. Bunun üçün heç bir vasitədən istifadə etmək lazım deyil.

İnsan iradəsi bu pis vərdişi davam etməmək üçün ən yaxşı vasitədir. Əgər siqaret çəkən şəxs özündə iradə, özünəinam hiss edərsə, bunun öhdəsindən asanlıqla gələ bilər və siqaretdən birdəfəlik yaxa qurtarar.

 

 

 

 

 

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS