Yemişanın faydaları

Yemişan  gülçiçəklilər fəsiləsinə aid kol bitkisidir. Adətən, budaqları tikanlı, yarpaqları lələkvari dilimli və ya bölümlüdür. Çiçəkləri ağ və ya qırmızı olur. Ətli meyvələri dəyirmi, yaxud yumurtavari, qırmızı, bəzən narıncı-qonur və ya qaradır. 200-dən çox növü məlumdur. Bəzi növlərinin meyvələri yeyilir.

Tərkibində üzvi turşular və vitaminlər var (məsələn, stasterin, adenozin, adenin, quarin maddələri və ya C vitamini kimi) .

Meyvəsindən əldə edilən cövhər, həmçinin yarpağından hazırlanan dərman ürək-damar və qan təzyiqi xəstəliklərinin müalicəsində istifadə olunur. May-iyun aylarında çiçəkləyir. Çiçəklərini və yarpaqlarını bu vaxtlar yığır və qurudurlar. Qurudulmuş kütləni yaxşı bağlanan qabda saxlamaq olar.  Meyvələrini yetişəndə dərmək məsləhətdir. Uzun müddər, bəzən də fasiləsiz qəbul etmək ziyansızdır.

Yemişanın tərkibi və faydaları

Yemişanın tərkibində:

  •  C, A, E, P, K, B qrup vitaminlər
  • Dəmir
  • Maqnezium
  • Kalsium
  • Alüminium
  • Gümüş
  • Maqnezium mineralları
  • Çoxlu amin turşuları var.

Qara yemişanın tərkibi:

  • Qlükoza
  • Efir yağları
  • Antioksidant
  • Meyvə turşuları 
  • Qara yemişanın 100 qramında 62 kkalori var.

Qədimdən çiçəkləri və meyvələri:

  • Yuxusuzluqda
  • Baş gicəllənməsində
  • Ürək ağrılarında
  • Yel xəstəliklərində
  • Aterosklerozda
  • Ruhi pozğunluqda
  • Epilepsiya zamanı istifadə edilirdi.

Meyvələrinin maye ekstraktı, çiçəklərinin arağı dərman məqsədilə işlədilir.

Yemişan ürək dərmanı kimi istifadə edilir.

O, ürək əzələlərinin yığılmasını qüvvətləndirir,ürək fəaliyyətinin ritmlərini normallaşdırır, qan dövranını qüvvətləndirir.

Yemişanla müalicə:

  • Qandakı xolestirinin miqdarını aşağı salır
  • Ürək nahiyyəsində xoşagəlməz hissləri aradan qaldırır
  • Mərkəzi sinir sisteminin qıcıqlanmasını azaldır
  • Ürəyin vena damarlarında və beyinin damarlarında qan dövranını gücləndirir
  • Taxikardiyanı (ürəyin tez-tez döyünməsini) və aritmiyanı aradan qaldırır
  • Arterial təzyiqi bir qədər aşağı salır
  • Yuxunu yaxşılaşdırır
  • Allergiya xəstəliklərinin müalicəsində də yaxşı nəticə verir.

Qara yemişan bir çox xəstəliklərin müalicəsində müalicəvi təsirə malikdir:

  • Qara yemişanın dəmləməsi qan təzyiqini aşağı salır, aterosklerozu aradan qaldırır.
  • Görmə qabiliyyətini yaxşılaşdırır, gözün billur qişasını qoruyur, göz əzələlərini möhkəmləndirir.
  • Qara yemişan dəmləməsi qanda şəkərin miqdarını aşağı salır.
  • Yaddaşı möhkəmləndirir, beyin qan dövranını yaxşılaşdırır.
  • Qadınlarda yumurtalıqların funksiyasını yaxşılaşdırır, toxumları cinsi həvəsi artırır, sonsuzluğun aradan qalxmasına kömək olur.
  • Qara yemişan maddələr mübadiləsini yaxşılaşdırır.
  •  Dəmləməsi qızdırmanı aşağı salır, soyuqdəyməni aradan qaldırır.
  • Yarpaqlqrının dəmləməsi diş əti qanaxmasının,stomatitin qarşısını alır.

Qara yemişanın yarpaq və meyvəsinin həm təzəsindən, həm də qurudulmuşundan hazırlanan çay eyni təsirə malikdir. Qara yemişan çayından il boyu istifadə etmək üçün onun meyvəsini və yarpaqlarını qurudub saxlamaq lazımdır. Bu çay adi çaya alternativ hesab edilə bilir, amma, onun tərkibində kofein olmur. Qara yemişanın müalicə məqsədilə mürəbbəsindən də istifadə edilir. Qara yemişan və onun yarpaqları orqanizmə aşağıdakı təsirləri göstərir:

Tibbdə qara yemişan çayından aşağıdakı məqsədlərlə istifadə edilir:

  • görmənin yaxşılaşması
  • şəkərin aşağı düşməsi
  • sidikqovucu

Qara yemişan çayı göz damarlarını genişdirməklə gözün qan dövranını yaxşılaşdırır və gözlərdəki yorğunluğu aradan qaldırır. Bu çay qanda şəkərin miqdarının normallşmasına səbəb olur, iltihab əleyhinə və sidikqovucu təsirə malikdir.

Yemişan meyvələri və çiçəkləri təngnəfəslikdə də faydalıdır. Qalxanvarı vəzin funksiyası artanda qırmızı yemişanın çiçəklərindən istifadə olunur.
Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şiş əleyhinə təsir gücünə malikdir. Bu giləmeyvə pektinlərlə zəngindir ki, bağırsaqları müxtəlif toksiki maddələrdən təmizləyir. 

Çayın dəmlənməsi

  • 100 qram qurudulmuş qara yemişanın üzərinə 1 litr soyuq su tökülür və 10 dəqiqə qaynadılır. Yarpaqları isə adi çay dəmlənən kimi dəmlənir. Bu zaman yarpaqların üstünə qaynar su tökülür və dəmlənir. Qara yemişanın yarpaqlarını 15 dəqiqədən çox dəmləmək məsləhət görülmür.
    Qara yemişanın müyvələrini və yarpaqlrını başqa bitki yarpaqları ilə də qarışdırıb dəmləmək mümkündür. 
  • Meyvələrinin 15%-li ekstraktı yeməkdən qabaq gündə 3 dəfə 30-50 damcı qəbul edilir. Çiçəklərinin 15%-li arağı gündə 3-4 dəfə 20-30 damcı qəbul edilir.

Əlavə məlumatlar

  • Yemişanın çiçəkləri çiçəklənmənin başlanğıcında, yarpaqları çiçəkləmə dövründə, meyvələri isə yetişəndən sonra yığılır. 
  • Yemişan meyvələri müalicə əhəmiyyətini səkkiz il saxlayır.

Əks-göstərşlər 

Yemişan preparatlarını müalicə həkiminin göstərişinə əsasən və onun nəzarəti altında qəbul etmək lazımdır, belə ki, bu preparatların dozası artıq olduqda mənfi təsir göstərir. 
BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/sifalibitkiler/yemisan
  • Follow by Email
  • RSS