Tərxun

Tərxun bitkisi yaz mövsümündə ən çox istifadə edilən bitkilərdən biridir. Məhz bu mövsümdə bir çox insanlar şam yeməklərində yağlı və qızardılmış xörəklərdən imtina edib tərxun, pendir və çörəyə üstünlük verirlər. Şam yeməyi üçün bu dadlı seçim olmaqla yanaşı həm də olduqca faydalıdır.

Tərxunun faydaları

Tərxun bitkisi insan orqanizmi üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir.
  • Buna görə də ilk növbədə vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır. 
  • Tərxunun faydalarından biri həzm prosesini yaxşılaşdırmasıdır.Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O mədənin fəaliyyətini gücləndirir.
  • Ağız boşluğunda və damaqda iltihab zamanı tərxun olduqca faydalı bir vasitədir.
  • Həmçinin diş və baş ağrısı zamanı da tərxundan istifadə xeyirlidir.
  • Bu bitkidən tənəffüs yollarının müalicəsi zaman da istifadə edirlər.
  • Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir.
  • Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.
  • İştahasında problem olanlar, özlərində zəiflik hiss edənlər tərxundan istifadə etməklə bu xoşagəlməz vəziyyətdən qurtula bilərlər.
  • Tərxun bitkisi sinir sisteminə müsbət təsir göstərir, əsəb gərginliyinin aradan qaldırır. Həmçinin zehni yorğunluğu da götürür.
  • Oynaqlarda, xüsusilə diz qapağında ağrıları aradan götürməlkə yanaşı, tərxun həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır.
  • Tərxun bitkisi potensiyanın gücləndirilməsi üçün də faydalıdır.

Tərxun müalicəvi bitki kimi xalq təbabətində bir çox reseptlərdə istifadə olunur.

Sinir sistemində problemi olanlar

Əsəb gərginliyini aradan qaldırmaq istəyənlər üçün bir xörək qaşığı tərxun yarpağını bir stəkan qaynar suda dəmləmək lazımdır. Dəmlənmiş məhlulu bir saat saxladıqdan sonra soyudub gündə üç dəfə 100 qram qəbul etməklə yararlana bilərsiniz.

Yuxusuzluqdan şikayət edənlər

Bir xörək qaşığı tərxun yarpağını bir stəkan suda 5 dəqiqə qaynatmalı sonra onu bir saat dəmdə saxlamalıdırlar. Alınmış məhlul soyuduqdan sonra yatmazdan qabaq dəsmalı həmin məhlulla isladıb alın hissəyə təpki (kompres) qoymaq lazımdır. Bu normal yuxunuzu təmin edəcək.

İştahanı artırmaq üçün

Gündəlik içdiyiniz çayı dəmləyərkən ora bir çay qaşığı qurudulmuş Tərxun bitkisi və nar qabığının qabıqlarının qurusunu əlavə edin. 10 dəqiqə dəmdə saxladıqdan sonra üzərinə bir stəkan qaynar su əlavə edin və təkrar 15 dəqiqə dəmdə saxlayın. Gün ərzində 3-4 stəkan hazırlanmış çaydan istifadə etməklə iştahanızı bərpa etmiş olarsınız.

Tərxun bitkisi suyu kosmetik vasitə kimi istifadə olunur.

Onu üzə cəkməklə qırışların qarşısını almaq olar və həm də üz dərisi təravətli görünər.

 

Sərinləşdirici içki hazırlayarkən də tərxundan istifadə etmək olar.

Bunun üçün bir dəstə tərxunu xırda-xırda doğrayıb 3 litr suya əlavə edin və qaynayana qədər gözləyin. Qaynamağa başladıqdan bir dəqiqə sonra götürün. İki limonun şirəsini və zövqünüzə uyğun, yaxid təxminən 6-8 xörək qaşığı şəkər tozu əlavə edin. Soyutduqdan sonra için.

Hamilə qadınlara tərxundan istifadə etmək məsləhət görülmür.
BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS