İtburnu bitkisi

İtburnu bitkisi hələ qədim dövrlərdən insanlar tərəfindən bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə olunub. Elə bu gün də itburnu bitkisinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlı olanlar apteklərə üz tutmağa tələsirlər. Çünki bu bitki bir çox dərdlərə dərmandır.

İtburnu bitkisi haqqında bilmədiklərimiz.

İtburnu bitkisinin Azərbaycanda 42 növ var. Bunların 36-ı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır.

Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü olur.Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi avqust-sentyabrda yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır.

İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qan axmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. Onun tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.

 İtburnunun bitkisinin faydaları

Öz zəngin tərkibinə görə İtburnu bitkisi insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var. İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir.İtburnu çayı çox faydalı müalicəvi içkidir. Bu çay immun sistemini stimullaşdırır və möhkəmləndirir, bakteriya əleyhinə təsir edir, iltihabları azaldır.Soyuq qış aylarında, soyuqdəymə epidemiyaları zamanı bu çay bizə çox yaxşı müalicəvi və profilaktik kömək edə bilər.
İtburnu bir çox vacib vitamin və minerallarla zəngindir. Belə ki, itburnu tərkibində C vitaminin miqdarı çoxdur. Fitoterapevt həkimləri itburnunu “təbii vitamin-mineral kompleksi” adlandırırlar.


Həmçinin itburnu çayı ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkənlər üçün çox faydalıdır – arterial təzyiqi normallaşdırır, damarları təmizləyir və möhkəmləndirir, qanazlığı zamanı kömək edir.
İtburnu sidikqovucu və iltihabəleyhinə təsirə malikdir. Bu isə itburnu çayını sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə kimi istifadə etməyə imkan verir.
Soyuqdəymə və qripp xəstəlikləri zamanı itburnu çayı xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir. 

İtburnudan dəmlənmiş çayın faydaları:

  1. İmmuniteti gücləndirir
  2. İltihabi proseslərin qarşısını alır
  3. Soyuqdəymə zamanı olduqca xeyirlidir
  4. Sinir sistemini sakitləşdirir
  5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
  6. Mədə ağrılarını götürür
  7. Bağırsaqların təmizlənməsinə kömək edir
  8. Ürək-damar xəstəlikləri üçün faydalıdır
  9. İştahı açır
  10. Qan təzyiqini aşağı salır
  11. Maddələr mübadiləsini normallaşdırır
  12. Sidikqovucu xassəyə malikdir
  13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir

İtburnu bitkisi çayını hazırlamaq üçün iki qaşıq itburnu meyvəsini xırda hissələrə bölmək, üzərinə 250 qram qaynar su əlavə edərək 10 dəqiqə dəmdə saxlamaq lazımdır. İstifadə zamanı zövqə uyğun az miqdarda şəkər tozu, yaxud bal da əlavə etmək olar.Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda balın faydası kəskin azalır. Çayı axşamdan dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir.İtburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra bilər. 

  • İtburnu bitkisindən arıqlamaq üçün də istifadə etmək olar. Bunun üçün 1 litr qaynar suya 3 xörək qaşığı itburnu meyvəsi əlavə etməli və 12 saat saxlanılmalıdır. İki həftə ərzində hər gün yeməkdən 30-40 dəqiqə qabaq bir stəkan içməklə istənilən nəticəni əldə etmək olar.
  • Hamilə qadınların itburnu bitkisinin çayından istifadə etmələri məsləhətdir. Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar. Xanımlara gün ərzində 1-2 stəkan itburnu çayı yaxud dəmləməsi kifayətdir.
  • 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar.

Xüsusilə qış fəsillərində itburnu bitkisindən müntəzəm istifadə etmək daha xeyirlidir. Bu ərəfədə orqanizmin vitaminlərə olan tələbatının bir qismini itburnu bitkisi ilə təmin etmək mümkündür.

Digər faydalı bitkilər kimi itburnudan da qədərində istifadə etmək lazımdır. Xüsusilə mədə xorası olan insanlar bu bitkidən məhdudiyyətlə istifadə etməlidirlər. Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, bu çayı qəbul etdikdən əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı itburnu çayının qəbulu ziyanlı ola bilər. 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS