Epilepsiya xəstəliyi. Əlamətləri. İlk yardım.

   Epilepsiya mərkəzi sinir sisteminin morfoloji və funksional pozğunluğu ilə gedən və vaxtaşırı qıcolma tutmaları ilə özünü biruzə verən xroniki xəstəlikdir. Beyindəki neyronların hərəkətinin pozulması ilə müşaiyət olunur. Qıcolmanın yaxınlaşdığını bəzən xəstə hiss edir. Epilepsiya tutmalarından ayılan xəstə bir neçə saatdan və ya bir gündən sonra özünü yaxşı hiss edir. Epilepsiyanın bir neçə formasına rast gəlinir:

  • Böyük qıcolma tutmaları – şüur qəflətən itir, tənəffüs və qırtlaq əzələsinin qıcolması, skelet əzələrinin qıcolması baş verir. Uzun müddət davam edərək xəstənin həyatı üçün təhlükə yaradır.
  • Kiçik qıcolma tutmaları – şüur qısa müddət itir. Skelet əzələsinin qıcolmasına təsadüf edilmir.
  • Psixomotor ekvivalentlik – davranış pozulması, huşun dumanlanması halı baş verir.
  • Epilepsiyanın mioklonus forması – bu zaman huş itmir, əzələ səyriməsi və qısamüddətli qıcolmalar baş verir.

Epilepsiyaya səbəb olan amillər:

  Epilepsiyanın səbəbi tam bilinməsə, də aşağıda göstərilənlərin də rolu vardır.

  • Doğum zamanı beyinə yetəri qədər oksigen getməməsi
  • Bəzi fermentlərin çatışmazlığı
  • Meninqit
  • Beyin şişləri
  • Hamiləlik zamanı xəstəlik keçirilməsi
  • Hamiləlik zamanı siqaret, alkoqol istifadəsi
  • Qəzalar nəticəsində beyin zədələnməsi
  • Yüksək hərarət keçirmə
  • Zəhərli zob
  • Revmatizma
  • Kalsium çatışmazlığı

Epilepsiya tutmaları

   Bədənimiz beynimiz tərəfindən idarə olunur. Beyin hüceyrələri bir – biri ilə elektrik impulsları vasitəsilə əlaqə qurur. Epilepsiyanın səbəbi gözlənilməz halda birdən – birə elektrik boşalmasıdır.  Epilepsiya dünyada 40 milyondan çox insanda mövcuddur. Epilepsi xəstəsi olmaq zəka geriliyi olmaq demək deyildir. Bu yalnız beyin hüceyrələrindəki elektrik boşalmasıdır. Bu zaman davranış pozğunluğu törənə bilər.  Bu zaman xəstə nə etdiyinin fərqində olmur. Xəstənin əlləri və qolları istəmsizcə hərəkət edir, titrəyir, bədən sıxılır. Bu zaman dil qatlanır. Bəzi hallarda ağızdan köpük gəlir. Bəzənsə söhbət zamanı qarşındakı qəfildən huşa gedir, gözü başqa tərəfə baxır, çağıranda cavab vermir. Bu da kiçik tutmanın əlamətləridir. Qıcolma bir neçə dəqiqə çəkir.

Qıcolmaya səbəb olan amillər:

  • Stress
  • Yuxusuzluq
  • Düzgün qidalanmamaq
  • Istifadə olunan bəzi dərman preparatları
  • Narkotik maddələr

Qadağandır:

  • Çox adamın olduğu avtobusa minmək
  • Mobil telefonla çox danışmaq
  • Qapalı yerdə qalmaq
  • Kompüter və televizor qarşısında çox vaxt keçirmək
Qıcolma zamanı ilkin yardım!!!

  1. Xəstəni yana çevrili vəziyyətdə uzadın. Ağızda köpük ola bilər.
  2. Hərəkətləri zorla dayandırın. Çənəsini açın. Dilini dişləməsin deyə dişləri aralayın.
  3. Xəstənin üzərində kəmər, baş örtüsü, qalstuk varsa, onları çıxarın.
  4. Su içirməyin. Xəstə boğula bilər.

  Xəstə dərmanlarını üzərində daşımalıdır.

 

Diqqət edin:
  • Çox yorğunluqdan qaçının
  • Tək başına üzməyin
  • Duş qəbul edərkən qapını kilitləməyin
  • Televizorun qarşısında çox qalmayın
  • Susuz qalmayın
  • Yuxusuz qalmayın
  • Beyin hissəyə zərbə almayın

    Epilepsiya xəstəliyi uzunmüddətlidir. İrsi və sonradan qazanılma olur. Xəstəliyin müalicəsi də uzumüddətlidir. Daim həkim müşaiyəti altında olmalıdır. Xəstəlik dərmanlar vasitəsilə kontrol edilir. Bəzi dərman preparatları vardır ki, epilepsiya tutulmalarını artırır. Allergiya əleyhinə, yod tərkibli, depressiya əleyhinə dərman preparatları və s. Xəstə düzgün müalicə olunmadıqda onda yaddaş pozğunluğu, ağıl kəmliyi iş qabiliyyətinin itirilməsi, mühitə uyğunlaşmamaq, işini icra edə bilməmək kimi hallar başlayır. Elə dərmanlardan istifadə etmək lazımdır ki, o, şüura təsir etməsin. Düzgün aparılmayan müalicə insanın psixikasını poza bilər. Təyin olunan dərman 3 il 6 ay ərzində hər gün eyni vaxtda qəbul edilməlidir. Əgər bircə gün dərman qəbulunun vaxtından 1 saat keçdisə, müalicə tamamilə xeyirsiz olur. Xəstə 3 il 6 aylıq müalicəyə yenidən başlamaq məcburiyyətində qalır.

Epilepsiya  zamanı istifadə olunan dərman preparatları:

Böyük tutmalar zamanı – karbamazepin, difenin, fenobarbital, klonazepam, valproat-natrium, benzonal,heksamidin və s.

Kiçik tutmalar zamanı – benzodiazepin, trimetin,lamotriçin, klonazepam, valproat-natrium, pufemid və s.

Psixomotor ekvivalent  forma –  əsas difenin, xlorakon, lamotriçin, klonazepam, valproat-natrium və s.

Epilepsiyanın mioklonus forması – sibazon, klonazepam, nitrozepam, valproat-natrium və s.

    Epilepsiyaya məsuliyyətsiz yanaşmaq olmaz. Müalicə vaxtlı-vaxtında aparılmasa xəstəlik güclü hipoksiyaya məruz qalıb, beyindaxili hüceyrələri məhv edib, xəstənin ölümünə səbəb ola bilər. 

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS