Qəbizlik nədir?.Müalicə yolları

Qəbizlik – defekasiya aktının 48 saatdan çox olmaması və çətinliklə baş verməsi,eləcə də bağırsağın müntəzəm olaraq tam boşalmamasıdır.Qidanın insan bədənində keçdiyi yola orta hesabla 24-48 saat sərf olunur.Xronik qəbizliyi olan şəxslərdə isə bu prosses 60,bəzən 120 saat (yəni 5 sutka) davam edir.Qəbizliyə müxtəlif amillər səbəb ola bilər:

  • Qida rejiminin dəyişməsi 
  • Hamiləlik
  • Müəyyən qida məhsullarından (çay, kakao, tərkibində bitki lifləri az miqdarda olan qida) istifadəsi
  • Emosional amillər (stress, depresiya)
  • Bəzi dərman preparatlarının qəbulu

Qəbizlik zamanı iştahın zəifləməsi,ağızda xoşagəlməz dad,başağrıları,əzələlərdə ağrı,əsəbilik yarana bilər.Dəri avazımış bəzən sarımtıl rəngli,elastikliyini itirmiş olur.

Qalxanabənzər vəzi funksiyasının aşağı olması ilə bağlı qəbizliklər  bədən çəkisinin artması ilə müşayət olunur.
Qəbizlik əgər ishal ilə növbələşirsə,mütləq müayinə olunmalı və düz bağırsaqda polip və ya şiş olub-olmaması dəqiqləşdirilməlidir.Qeyd etmək lazımdır ki,belə növbələşmə diabet və ya qıcıqlanmış bağırsaq sindromunda da müşahidə olunur.
Artıq çəkidən azad olmaq məqsədilə düzgün tutulmayan pəhrizdə qəbizliyə səbəb ola bilər. 
Qəbizliyin müalicəsi yırtıqların boğulmasının düz bağırsağın iltihabının, babasil xəstəliyinin qarşısını ala bilir.

 Sağlam insanlarda nəcisə getmə sayı fərqlidir.Həftədə 3-12 dəfə nəcisə getmə normal qəbul edilir:


Qəbizlik müxtəlif səbəblərdən baş verir.

  • Düzgün qidalanmamaq
  • Kifayət qədər maye qəbul etməmək
  • Lif qəbulunun az olması
  • Fiziki hərəkət azlığı
  • Yağdan məhdud pəhriz

 qəbizliyin ən əhəmiyyətli səbəbləri arasındadır. Bədən suyunun 10 faiz azalması qəbizliyə yol açmaq üçün kifayətdir. Bu səbəbdən maye qəbulu çox böyük əhəmiyyət kəsb edir.

Qəbizlik qabarıqlığa yol açan, narahatlıq verici bir problemdir. Stress, hərəkətsiz həyat, bəzi dərman növləri ya da bəslənmə forması kimi fərqli səbəblərdən ötəri qəbizlik problemi yaşayır ola bilərsiniz.Qəbizlik daha çox bağırsaq hərəkətlərinin yavaşlamasıdır.

Qəbizlik probleminin səbəb qaynaqlandığını bilmək, problemi həll etməyi daha da asanlaşdıracaq. Öz özünüzə bir təxmin tapılmır, hər hansı bir səbəb görə bilmir ya da tez-tez qəbizlik problemi yaşayırsınızsa ən yaxşısı bir gastroenteroloji və ya daxili xəstəlikləri mütəxəssisinə müraciət olacaq.


Qəbizlikdən azad olmaq üçün

  • Düzgün qidalanma
  • Fiziki yükün artırılması ( gimnastika)
  • Qəbizliyə səbəb olan preparatların qəbulunundayandırılması

Qəbizlikdən əziyyət çəkən xəstələr

  • Qızardılmış və soyutma yumurta
  • Quru qidalar
  • Hisə verilmiş qidalar
  • Soyuq içkilər
  • Çox yağlı qidalar
  • Qızardılmış qidalardan istifadə etməməlidirlər.

Qəbizlikdən əziyyət çəkən xəstələr aşağıdakı qidaları qəbul etməlidirlər:

  • şorbalar, borş
  • ət və toyuq bulyonları
  • bol meyvə və tərəvəz
  • balıq məhsulları
  • südlü sosislər
  • südlə bişən yeməklər
  • qaymaq,yumşaq pendir
  • əncir və qaysı qurusu
  • bitki və təbii kərə yağı
  • yatmazdan əvvəl qatıq içmək.

Qəbizliyi keçirmək və təkrarlamasını qarşısını almaq üçün nə etməli?

  • Bol su,gündə ən az 2 litrdir
  • Hərəkət etmək.Xüsusilə oturaraq çalışanlar qəbizlik baxımından risk altındadır
  • Tualetə çıxmağı təxirə salmayın
  • Bağırsaqları işlədən yeməklər yeyin,xiyar,kök, kələm,ərik,alma,armud,əncir və s.
  • Salat, qatıq kimi yeməklərinizə qəbizlik üçün həkimlərin tez-tez təklif  etdiyi kətan toxumunu əlavə edin.Səhər ac qarına kətan toxumu əlavə qatıq yemək qəbizliyə yaxşı gəlir.Eyni nəticəsində almaq üçün məqbul miqdarda kətan toxumu çayı da içə bilərsiniz.
  • Qızartmalar, qırmızı ət,hazır yeməklər, paket qidalar,qovurma,çox şəkərli yeməklər,qəhvə və turşulu içkilərdən uzaq durun
  • Son illərdə edilən araşdırmalar faydalı bakteriyalar olan probiotiklər qəbizliyi keçirmək üçün də faydalı ola biləcəyini göstərir.Qəbizliyə qarşı gündə 2 dəfə probiotik məsləhətdir.
  • Sənna otu dəmləməsi ən yaxşı və tez kömək edən vasitələrdən biri sayılır

 

Qəbizlik adi görünsə də, əslində insan sağlamlığı üçün təhlükəlidir, çünki qəbizlik 3 gündən artıq çəkərsə bədənə zəhərli toksinlər sorulmağa başlayır. Qəbiz olan insanlar sonra babasil xəstəliyinə tutulurlar, bağırsaq çatları daha tez əmələ gəlir, köpdən əziyyət çəkirlər və s.

 


Qəbizliyin növləri

  • Anadangəlmə (Hirşprung xəstəliyi)
  • Qazanılmış
  • Funksional:Qusma və ishal sonrası çoxlu miqdarda mayenin itməsi,böyük bayıra getmək istəyən zaman özünü saxlamaq,az hərəkətdə olmaq,meyvə tərəvəzdən az istifadə etmək.Bunların hər biri sonda funksional qəbizliyin əmələ gəlməsi ilə nəticələnə bilər.
  • Metabolik:Qalxanabənzər vəzin funksiyasının azalması,qalxanabənzərətraf vəzinin funksiyasının çoxalması,hamiləlik,şəkər xəstəliyi,qanda kalsiumun miqdarının artması,qanda kaliumun miqdarının azalması,böyrəküstü vəzin törəməsində və s.
  • Sinir sisteminə bağlı: İflic,onurğa beyin yaralanmaları,multipl skleroz və s.
  • Dərmanlara bağlı: Ağrı kəsicilər,antispazmalitiklər,dəmir, antidepresantlar,diuretiklər,
  • Mexaniki maneçiliyə bağlı: Bitişmə xəstəliyi, törəmələr, anal darlıq, işemik kolit, yırtıqlar, yoğun bağırsağın yalançı keçməməzliyi və s.

Qəbizlik zamanı istifadə olunan dərmanlar

  1. Probiotiklər
  2. Osmotik laksativlər
  3. Lif tərkibli
  4. Maqnezium tərkibli
  5. Nəcis yumşaldıcılar
  6. Polietilen glikol və s.

Qəbizlik probleminin səbəblərini araşdırmaq üçün müayinə metodları

  • Qarın boşluğunun ümumi müayinəsi
  • Anal nahiyyənin müayinəsi
  • Qan analizləri
  • Rektoskopla və kolonoskopla müayinə
  • Yoğun bağırsağın hərəkət zamanının təyin olunması
  • Defekoqrafiya
  • Anorektal elektromioqrafiya
  • Anorektal manometiriya

Qəbizliyin müalicəsində dərman preparatları fayda vermədikdə aşagidakılardan istifadə olunur.

  • Biofeedbac
  • Anal stimuliyasiya
  • Subtotal kolektomiya
  • Proktokolektomiya və.s

 

 

OXŞAR YAZILAR

  1. Diareya (İshal)
  2. Bağırsaq disbakteriozu
  3. Antibiotikləri hansı halda istifadə edə bilərik?
  4.  Antibiotiklərin təsir mexanizmi və qrupları
  5. Keysəriyyə əməliyyatı hakkında bilmədiklərimiz
BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/medebagirsaq/q%C9%99bizlik-n%C9%99dirmualic%C9%99-yollari
  • Follow by Email
  • RSS