Hemoroid(Babasil) xəstəliyi.Əlamətləri və Müalicəsi.

Hemoroid günümüzdə tez-tez rast gəlinən xəstəliklərdən biridir.Müalicə olunmadıqda və ya erkən müdaxilə edilmədikdə çox ciddi xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.Hemoroid olan şəxslər bu müddət ərzində ağrılı və diskomfort həyat keçirir.Hemoroidin daha çox irəli getməməsi üçün tez müddət ərzində həkimə müraciət etmək lazımdır.Hemoroid – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir.Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına,qanaxmaya,ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur.Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar.

Hemoroidin əmələ gəlmə səbəbləri

  • Qeyri – düzgün qidalanma
  • Alkoqol
  • Ədviyyatlı və acılı qidalar
  • Üst – üstə keçirilən doğuş
  • Xəstəliyə irsi meylliliyin olması
  • Bədən çəkisinin normadan artıq olması
  • Xroniki qəbizlik
  • Ağır əşyaların qaldırılması

 

Hemoroidin(Babasilin) başlıca əlamətləri bunlardır:

  • anus bölgəsində meydana gələn qanaxma
  • iltihab əmələ gəlməsi.Genişlənmiş damarda iltihab əmələ gəlir.Nəticədə ağrı hissi olur.
  • nəcisin güclüklə xaric olması.Qəbizlik.Hemoroidin inkişaf etməsinin və ya onun kəskinləşməsinin qarşısını almaq üçün tərkibində kifayət qədər sellüloz olan qidaların qəbul edilməsi kimi pəhriz rejiminə əməl etmək lazımdır.Bu,qəbizliyin aradan götürülməsinə,defekasiya aktının güc vermədən baş verməsinə səbəb olur.Meyvə və tərəvəzlər sellüloz ilə zəngin olur.Sellüloz buğda kəpəyində xeyli miqdarda olur ki,bunları da qidaya əlavə etmək olar.
  • anus içərisində sızıltı meydana gəlməsi
  • anus ətrafında və içərisində yanma hissinin meydana gəlməsi
  • anus ətrafında qaşıntının əmələ gəlməsi
  • hemoroid qanaxmaları  az olsa da bir müddətdən sonra qanazlığına gətirib çıxarır.

Hemoroiddən qorunma yolları:

  • ədviyyatlı və acılı qidalardan uzaq durmalı
  • xüsusilə soyuq havalarda ayaqlar isti saxlanmalı
  • spirtli içkilərdən uzaq durmalı
  • hərəkətsiz həyat tərzindən uzaq durmalı

Hemoroid zamanı istifadə olunan dərman preparatları:

  • Daflon 500 mg Tablet
  • Procto-Glyvenal krem
  • Ultraproct krem
  • Ultraproct şamı
  • Doxium kapsul
  • Kortos şamı
  • Proktosedil maz
  • Anetol pomad
  • Relief şam və s.

    Hemoroid müalicəsində istifadə olunan dərmanların başlıca faydası hemoroid əlamətləri olan ağrı,yanma,sızıltı,qaşıntı hissini yüngülləşdirməkdir.Əgər hemoroid xəstəliyinin erkən mərhələsidirsə bu preparatlar köməklik göstərir.

Sadaladığımız bu dərman maddələri reseptsiz istifadə oluna bilər.Ama həkim məsləhəti ilə hərəkət etməyiniz daha məqsədəuyğundur.Əgər hemoroid irəli dərəcədədirsə,bu preparatlar məqsədəuyğun hesab olunmur.Mütləq həkimə müraciət olunmalıdır.

 Hemoroidin müalicə metodları:

  • Xəstə düzənli olaraq nəcis xaric etməlidir.Bunu nəticəsində nəcis bağırsaq içərisində daha az qalmalıdır.
  • Hemoroid olan xəstə qəbizlikdən əziyyət çəkirsə vazelin və ya lanolin yağından istifadə etməlidir.
  • İsti su vannaları qəbul etmək də hemoroidə yaxşı təsir göstərir.
  • Və xəstə oturaq həyat tərzindən qaçmalı.İdmanla məşğul olmalıdır.

 

Hemoroid xəstəliyinin müalicəsində keçmiş dövrlərə görə son vaxtlar daha təkmilləşdirilmiş cihazlardan istifadə edilir.Hansı ki,100 faiz nəticə əldə etmək mümkündür.Hemoroid müalicəsində ilk olaraq dərman maddələri ilə müalicə edilir.Ən son müalicə metodu kimi əməliyyat həyata keçirilir.Xəstəliyin  ilk başlarında dərman maddələri ilə aparılan müalicə nəticə göstərir.Lakin irəli dərəcədə hemeroid varsa,bu zaman cərrahi müdaxilə olunmalıdır.

 




BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS