Disbakterioz

Disbakterioz – bağırsaq mikroflorasının normal tərkibinin pozulması və orada əlverişsiz mikrobların çoxalmasıdır.

Normal bağırsaq florasını əsas bifidobakteriyalar, laktobakteriyalar, bakteroidlər təşkil edirlər. Bu bakteriyalar orqanizm üçün çox vacibdirlər və bir sıra əhəmiyyətli funksiyalar yerinə yetirirlər.Onlar:

  • vitamin sintezində;
  • uşağın fiziki inkişafında;
  • immun sisteminin fəaliyyətində;
  • xəstəlik törədən bakteriyalara qarşı müdafiədə;
  • xərçəng xəstəliyinə qarşı müdafiədə və digər vacib funksiyalarda iştirak edirlər.

Disbakterioz zamanı bağırsaq mikroflorasında kəmiyyət və keyfiyyət baxımından dəyişikliklər baş verir.
Lakto və bifidibakteriyaların (yaxşı mikroorqanizmlər) sayı azalır, patogen (pis mikroorqanizmlər) mikroorqanizmlərin sayı isə artır.

Bağırsağın disbakteriozu xəstəlik deyil, sindromdur, yəni hər-hansı bir səbəbdən normal bağırsaq florasının pozulması deməkdir!

Bəs hansı səbəblərdən yoğun bağırsağın disbakteriozu yarana bilər?

İnsanda disbakterioz aşkar olunduqda, ilk öncə bu problemi yaradan səbəbi araşdırıb,aradan qaldırmaq lazımdır,yanaşı olaraq bağırsaq florasının fəaliyyətini və miqdarını normallaşdırmaq üçün preparatlar təyin etmək vacibdir.Əks halda təyin olunan müalicə qısamüddətli,yaxud effektsiz olacaq.

Disbakteriozun əlamətləri:

  • İshal
  •  Steatoreya
  • Çəkinin günü-gündən azalması
  • Anemiya
  • İştahasızlıq
  • Qarında köp
  • Ağızda xoşagəlməz dad
  • Ürəkbulanma
  • Ən ağır halda isə bağırsaq xorası meydana çıxır
  • Saçların tökülməsi
  • Aqressivlik
  • Tez yorulma

Digər  orqanlarda müşahidə olunan əlamətlər:

  • Təkrarlanan sistitlər,sidik daşı xəstəliyi,pielonefrit
  • Ginekoloji iltihabi xəstəliklər
  • Aterpskleroz və hipertenziya
  • Qida allergiyası və təkrarlanan iltihab
  • Avitaminoz və piylənmə
  • Bronxial astma və kəskin bronxit
  • Anemiya,ümumi əzginlik və gərginlik
  • Depressiya,qarışıq yuxu rejimi
  • Dəri və şiş xəstəlikləri

Bütün bu əlamətlərin yazılması onların kompleks olaraq meydana gəlmə mümkünlüyü deyil,hər hansı biri və ya bir neçəsinin meydana çıxma ehtimalı ilə əlaqədar yazılıb və bununla belə unudulmamalıdır ki,disbakterioz müstəqil bir xəstəlik deyil.

Disbakterioz bir çox hallarda bəzi sindromların adı altında “gizlənir”:

  •  Qıcıqlanmış bağırsaq sindromu
  • Nazik bağırsağın bakterial yüklənmə sindromu
  • Bağırsağın disbiozu
  • Yoğun bağırsaq mikroflorasının kontaminasiyası

Disbakterioz özünü allergiya, aclıq hissi, qıcqırma, diareya, qəbizlik, artıq çəki, baş ağrıları, depressiya və s. kimi əlamət və simptomlarla biruzə verir.
Disbakterioz zamanı bağırsaqda Candida cinsindən olan şərti-patogen göbələklər aktiv çoxalmağa başlayır.O, öz maya formasından göbələk formasına çevrilir.Bu formada kökəbənzər uzun substansiyalar inkişaf edir və həzm traktının selikli qişasının daxilinə keçir.Bunun nəticəsində həzm traktı ilə qan damarları arasında sərhəd pozulur və sonadək həzm olunmamış zülallar qana keçərək immun sisteminə təsir göstərir.Göstərilən səbəblər immun sistemini çoxlu miqdarda antitel sintez etməyə vadar edir.Bunun nəticəsində müxtəlif tip allergiyalar inkişaf edir.Belə halda müalicə patogen və şərti-patogen mikroorqanizmlərin eliminasiyası, obliqat mikrofloranın bərpası və nəhayət immun sisteminin güclənməsi istiqamətinə yönəldilməlidir.Bioloji təbabətin tərkib hissəsi olan mikrobioloji təbabət bu halları aradan götürməyə imkan yaradır.

Mikrobioloji terapiya həm immum reaksiyaların çatışmazlığı ilə əlaqədar yaranan xəstəliklərin (tənəffüs və həzm sisteminin infeksion və qeyri-infeksion xəstəlikləri), həm də immum reaksiyaların artması ilə əlaqədar yaranan xəstəliklərin (allergiyalar) müvəffəqiyyətli müalicəsində tətbiq olunur.Bu terapiya probiotiklərin köməyi ilə aparılır.

Probiotik

Tərkibində canlı və ya inaktivləşdirilmiş mikroorqanizmlər, onların komponentləri və ya metabolizm məhsulları olan preparatlardır.Onları həm müalicə, həm də profilaktik məqsədlə istifadə etmək olar
Bifido- və laktobakteriyalar orqanizmi patogen və şərti-patogen mikroorqanizmlərdən qoruyur və bunu bir neçə yolla həyata keçirir.Belə ki, bifido- və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər.Bağırsaqların dezinfeksiyasını təmin edən H2O2 –in sintezində iştirak edirlər. Bu bakteriyalar qısa zəncirli yağ turşuları və süd turşusu sintez etməklə özləri üçün əlverişli, patogen və şərti-patogen flora üçün qeyri-əlverişli şərait yaradırlar.

Diaqnostika:

  •  Nəcisin disbakterioz üzərinə əkilməsi
  • Nazik bağırsaq divarından əldə olunmuş aspirat və bioptatların əkilməsi (nadir hallarda istifadə olunur)
  • Qaz-maye xromotoqrafiya və kütlə-spektrometriya (bağırsaq möhtəviyyatı təhlil olunaraq mikrofloranın say nisbəti,qarşılıqlı münasibət dərəcəsi,keyfiyyəti təhlil olunur)
  • Tənəffüs testləri (bakteriyaların həyat fəaliyyətinin nəticəsi olan məhsulların nəfəslə xaric ola bilməsi ehtimalı üzərinə aparılır)

Müalicə

Disbakteriozun müalicəsi üçün ilk növbədə bağırsağın normal mikroflorasının inkişafının qarşısını alan istənilən növ  “təhlükə”  uzaq tutulmalıdır.Tütün məhsulları və spirtli içkilərdən uzaqlaşmaq,qida rasionunu tənzimləmək,onu vitaminlər və süd məhsulları ilə zənginləşdirmək lazımdır.Qidanı hər gün ritmik şəkildə qəbul etmək və delikateslərə sərhəd qoymaq mütləqdir.Unutmayaq ki,bağırsaqda bizim qidalandırdığımız bakteriyalar inkişaf edir və onların “qidası” mikrofloranın say,növ və keyfiyyət tərkibini müəyyən edir.

Həkimlər nə edə bilər?

Disbakteriozun müalicəsi ilə adətən terapevtlər məşğul olur. Daha dəqiq və düzgün müalicə üçün disbakteriozun yaranma səbəblərini araşdırmaq lazımdır. Hər bir halda yenidən müxtəlif araşdırmalar aparmaq lazım ola bilər. Diaqnozun qoyulması üçün müayinə və analizlərin alınması şərtdir. Bəzən patogenlərə qarşı bir sıra antibiotiklər istifadə olunması məcburiyyəti yaranır. Müalicə effekt təsirindən asılı olaraq 4-6 həftə ərzində aparıla bilər.

Profilaktikası

Disbakterioz zamanı müəyyən olunmuş qida və yaxud da pəhrizdən istifadə edilməlidir. Antibiotiklərin qəbulu zamanı paralel olaraq mikrofloranın inkişafını tənzimləyən və dəstəkləyən preparatlardan-parabiotiklərdən də istifadə olunması tövsiyyə olunur.

Gələcək anaların bilməsi vacibdir: körpələrin ana südü ilə bəslənməsi onların körpə yaşlardan disbakteriozdan qorunması deməkdir!

Əsasən alkoqol qəbulu dayandırmaq, xroniki stress faktorlardan uzaq olmaq, qidalanma rejiminə nəzarət etmək və s.aiddir. Əsasən də süd və südturşulu məhsulların qəbulu məsləhət görülür. Bundan əlavə digər profilaktik qaydalara əməl etmək lazımdır; antibiotik və digər preparatların rasional qəbulu, infeksiyaların (əsasən də cinsi yolla ötürülən və bağırsaq infeksiyalarının) vaxtlı vaxtında müalicəsi, düzgün qidalanma və s.

Spirtli içki qəti qadağandır.

Xroniki stres faktorlarından uzaq olmaq lazımdır. Qidalanma rejiminə nəzarət edilməlidir. Süd məhsullarının qəbulu məsləhət görülür. Antibiotik və digər infeksiyaəleyhinə preparatlar qəbul edilməlidir.Disbakterioz zamanı yeməkdən sonra çay və ya kofe içmək olmaz. Qətiyyən duza qoyulmuş tərəvəzlər yemə. Çalışın, qızartma yeməklərdən uzaq olun.

 

Oxşar yazılar
  1. Antibiotikləri hansı halda istifadə edə bilərik?

  2. Antibiotiklərin təsir mexanizmi və qrupları

  3. Keysəriyyə əməliyyatı hakkında bilmədiklərimiz

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS