Diareya (İshal)

İshal nəcisin miqdarında suyun və defekasiya aktının artmasıdır.Yəni gündə üç və ya daha çox, yumuşaq və ya sulu nəcis ifrazıdır. Paralel olaraq mədə bulantısı, qusma və qarın ağrısı da ola bilər

Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər.Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər.

Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır.Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5-8 milyon uşağın həyatını alır.

Ishal əlamətləri

  • Sulu nəcis
  • Tez-tez nəcis ifrazı istəyi
  • Daha çox nəcis
  • Susuzluq
  • Bulantı və qusma
  • Tempetaturun yüksəlməsi
  • Halsızlıq
  • Qarın ağrısı ve qaz

ishalın ümumi əlamətləridir.

Bu əlamətləri ishalın şiddətinə görə sıralaya bilərik.Az miqdarda maye itiriləndə susuzluq ortaya çıxar.Bədən ağırlığının ortalama 4%’i qədər maye itirilir.Orta dərəcədə maye itiriləndə ağızda quruma,sidik miqdarında azalma,huzursuz bir ruh halı görünür.Maye itirilməsi,bədən ağırlığının7-8 %’i qədərdir.Çox maye itiriləndə isə əlamətlər şiddətlənir və bədən ağırlığının 10%’i qədər maye itirilir.

 


İshal yaradan səbəblər

 İshalın əsas səbəbi bağırsaq infeksiyalarıdır. Səbəblər arasında norovirus və ya rotavirus kimi viruslar, campylobacter, escherichia colo, salmonella və ya şiqella kimi bakteriyalarda var. Bundan başqa parazitlər, həyəcan və ya şok halı, spirtli içkilərin həddindən artıq qəbulu, bəzi qida allergiyaları, apendisit və bəzi dərman maddələridə səbəb ola bilir.

 İshalın əsas törədicilərindən biridə mikroorqanizmlərdir və yay aylarında da əsasən bu qrupdan olan ishallar müşahidə olunur. Mikroorqanizmlərdən başqa müxtəlif antibiotiklər və digər qrup dərmanlar, mədə-bağırsaq xəstəlikləri,bəzi hormonal xəstəliklər,bağırsaq törəmələri,həddindən artıq və ya ani temperatur dəyişkənlikləri də ishala səbəb olur.Həyəcan, qorxu, stres də ishala səbəb ola bilər.

Bir sözlə diareya yaradan səbəblər əsasən bunlardır:

  • İnfeksiyalar (bakteriya, virus, qurd invaziyaları)
  •  Antibiotik mənşəli (geniş təsirli antibiotiklərin uzun müddət ərzində qəbulu)
  • Nevroloji səbəb (stress və s.)
  • Nazik və yoğun bağırsağın xəstəlikləri (bağırsaq limfoması, Çölyak xəstəliyi, 12 barmaq bağırsağı xorası və s.)
  • Qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri
  • Endokrinoloji səbəblər (zob, şəkərli diabet )
  • Bəzi qarın boşluğu əməliyyatlardan sonra (öd daşı əməliyyatı, mədə rezeksiyası) 
  • Virus mənşəli qastroenteritlərdir.

və s. səbəb ola bilər.

 Diareyanın ən çox rast gəlinən səbəblərindən biri virus mənşəli qastroenteritlərdir.Virus infeksiyası mülayim hesab edilir və bir neçə gün ərzində spontan olaraq aradan qalxır.Bu hala bəzən mədə qripi də deyirlər.Virus qastroenteriti adətən məktəbdə, məhəllədə və ya ailədə mini-epidemiya şəklində baş verir.

Qida zəhərlənməsi və səyahətdə olmaq diareyanın digər tez-tez rast gəlinən səbəblərindəndir. Bu növ diareyalar bir qayda olaraq bakteriya və parazitlərlə çirklənmiş qida məhsullarının və ya içkilərin qəbulu üzündən baş verir.

Diareyanın digər səbəbi dərman maddələrinin qəbulu ola bilər.

Bu dərmanlara aşağıdakıları aid etmək olar:

  • antibiotiklər,
  • laksativlər (laktuloza)
  • maqnezium tərkibli antiasid dərmanlar (magnesiumhydroxid)
  • ürək qlikozidləri (digitoxin, digoxin)
  • methylxanthine (theophyllin)
  • sidikqovucular (furosemid)
  • qalxanabənzər vəzi hormonları (thyroxin)
  • xərçəng əleyhinə sitostatik dərmanlar

 Bir çox xəstəliklər mövcuddur ki, onların əsas əlamətlərindən biri diareyadır.Bu xəstəliklərin diaqnozu sizin həkim tərəfindən aparılan diaqnostik tədbirlərdən sonra müəyyənləşdiriləcəkdir.

Aşağıdakı xəstəliklər diareya törədə bilər:

  • Laktosaya qarşı dözümsüzlük kimi malabsorbsiya sindromları
  • İltihabi bağırsaq xəstəlikləri (kron xəstəliyi və xoralı kolit)
  • Qıcıqlanmış bağırsaq sindromu
  • Seliak xəstəliyi
  • Zollinger-Ellison sindromu
  • Avtomatik veya diabetic neyropatiya kimi sinir pozğunluğu
  • Karsinoid sindromu
  • Qastroektomiya (mədənin hissəvi çıxarılması)
  • Yüksək dozalı radiasiya terapiyası
  • İshal kəskin və xroniki formada özünü biruzə verir.

Həftədən az davam edən diareya kəskin diarreya adlanır.

 Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır.


Xroniki ishal

Enteral (Nazik bağırsaq mənşəli ) və Kolitik (Yoğun Bağırsaq mənşəli) olur:

 Nazik bağırsaq mənşəli ishal zamanı insanda günlük defekasiya sayı az olur (gündə 2-3 dəfə), lakin xaric olan nəcis kütləsinin miqdarı çox olur.Bəzən nəcisdə qida qalıqları aşkar olunur.Yağlı nəcis ifrazı (Steoteroya) müşahidə edilir.Bu hal əsasən mədəaltı vəzin fermentativ pozğunluğu və ümumi öd axarının daşı zamanı rast gəlinir.

 Yoğun bağırsaq mənşəli ishal zamanı isə günlük defekasiya sayı çox olur (gündə 4-10 dəfə ), lakin xaric olan nəcisin miqdarı az olur. Həmçinin nəcisdə bol selik, bəzən qan müşahidə edilir.

İshalın digər çox rast gəldiyimiz bir növü “hiperkinetik tipli ishaldır”.

Bu cür ishal əsasən “Həssas bağırsaq sindromu” olan insanlarda rast gəlinir. Əsas səbəbi psixonevroloji pozğunluqdur. Xəstəliyin  3 əsas əlaməti var:

  1. qarında göbəkətrafı sancılar
  2. köp
  3. ishal.

 Bir sözlə, əgər istənilən şəxsdə xroniki ishal yaranıbsa mütləq bunun səbəbi və mənşəyi araşdırılmalıdır!

 Hətta demək olar ki, bəzi məhsullar, meyvələr və içkilər də ishala yol aça bilər.Çox yağlı qidalar və yeməklər də mədə pozğuluqlarına yola açıb ishala səbəb ola bilər.

İshal yaradan məhsullar :

  • ərik
  • ərik şirəsi
  • üzüm
  • üzüm şirəsi
  • alça
  • gilas
  • qovun
  • qarpız

İshalın qarşısını alan məhsullar :

  • banan
  • şaftalı
  • pendir
  • zeytun
  • çörək
  • makaron
  • qaynadılmış kartof
  • kartof püresi
  • düyü şorbası
  • ayran
  • az şəkərli çay

Hansı halda həkimə getməliyik?

38,3 dərəcə və üzərində bədən temperaturası olması,orta dərəcədə və ya şiddətli qarın ağrısı olması,şiddətli bağırsaq iltihabı olduğu təxmin edilən qanlı ishal olması,diabet,ürək xəstəliyi və AİDS kimi dehidrotasiyanın ciddi nəticələrə yol açacağı,altda yatan xəstəliyi olanlar,48 saat keçməsinə baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyən ishal varlığı,orta və ya ciddi dehidrotasiya əlamətləri olması (Gipotenziya, sidik azalması, şüur pozğunluğu kimi),ağızdan maye və qida qəbulunu əngəlləyəcək qədər intensiv qusma olması vəziyyətində,vaxt keçirmədən infeksiya xəstəlikləri və ya gastroentrologiya mütəxəssisinə müraciət edilməlidir.


İshal zamanı edilən müayinələr

  • Nəcisin ümümi,bakterioloji və gizli qana görə müayinəsi
  • Qanın ümumi və biokimyəvi analizi vasitəsilə iltihab göstəriciləri,qalxanabənzər vəzin,pankreasın funksional vəziyyəti,elektrolit balabsın pozulub-pozulmaması müəyyənləşdirilə bilər.
  • Kolonoskopiya və rektoskopiya yoğun bağırsaq və düz bağırsaq daxilində patologiyanın olub olmamasını müəyyən etməyə imkan verir.Bu müayinələr zamanı bağırsaq daxilindən müayinə üçün toxuma da götürülə bilər.
  • Sonoqrafiya vasitəsilə xroniki pankreatitin olub-olmaması araşdırılır.Bəzi ixtisaslaşmış mərkəzlərdə ultrasəs müayinəsi vasitəsilə yoğun bağırsaq patologiyalarıda tədqiq edilə bilər.
  • Nazik bağırsağın rentgen müayinəsi (Sellink üsulu ilə).Bu müayinə nazik bağırsaq patologiyalarını və Kron xəstəliyini inkar etməyə komək edir.
  • Funksional testlər.Bunlara Laktoza testi,H2-tənəffüs testi,Şillinq testi,pankreolaury testi aid edilə bilər.
  • Kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiyası bəzi çətin situasiyalarda istifadə edilə bilər.

Profilaktika

 Aşağıdakıların edilməsi sizə ishaldan qaçmağa kömək edə bilər

  • Çoxlu miqdarda maye içməli ki, bədən susuzlanmasın,çünki diareya zamanı orqanizm çoxlu maye itirir.
  • Koffeinləşmiş və spirtli içkilərdən qaçmaq lazımdır.
  • Süd nəcisin boş olmasına səbəb olsa da ehtiyac duyulan maye və qidalanmanı təmin edir.Südün içilməsi mülayim diareya zamanı məqbul hesab edilə bilər.
  • Orta və kəskin diareya zamanı qazsız mineral su daha məqsədəuyğundur.Faydalı bakteriyaların aktiv kulturası (probiotiklər) diareyanın kəskinliyini və onun davametmə müddətini azaldır.
  • Düyü, çörək suxarısı, banan diareya zamanı faydalı ola bilər.
  • Diareya əleyhinə dərman maddələrinin reseptsiz həddən ziyadə istifadəsindən qaçmaq lazımdır. Bu dərman maddələri bəzi infeksiyaları daha da dərinləşdirə bilər.

 Nəzərə alın ki, sizdə diareya varsa bu o deməkdir ki,orqanızmıniz nəcis irfazının tezləşməsi yolu ilə onu yarada biləcək səbəbləri (virus, köhnə qida və s.) orqanizmdən xaric etməyə çalışır.Qəbul edilən diareya əleyhinə dərman maddələri isə bu prosesi ləngidir.Odur ki, paralel spesifik müalicə aparmadan diareya ələyhinə dərman maddələrinin uzun müddət qəbul edilməsi məqsədəuyğun deyil.

Əgər sizdə xroniki diareya varsa nəcisə həcm verə biləcək qidaları daha çox qəbul edin. Bunlara düyü, banan və liflərlə zəngin digər taxıl məmulatları daxil edilir.

Oxşar yazılar:

  1. Antibiotikləri hansı halda istifadə edə bilərik?
  2. Bağırsaq disbakteriozu
  3. Keysəriyyə əməliyyatı hakkında bilmədiklərimiz
  4. Antibiotiklərin təsir mexanizmi və qrupları

 

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS