Lazer Epilyasiyası.Bunları Mütləq Bilməliyik.

Lazer epilyasiyası nədir?

Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir.Lazer epilyasiyası anadan gəlmə, həm də sonradan qazanılmış tüklərin, yaxud hər hansı hormonal pozğunluğun nəticəsində meydana çıxan tüklənmənin qarşısını almaqdır.

Lazer epilyasiyasının hansı növləri var?

Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir.

Lazer epilyasiyası üçün istifadə olunan cihazlar:

  • Alexandrite Lazer (755 nm)
  • Nd-Yag Lazer (1064 nm)
  • Diode Lazer (810 nm.) kimi müxtəlif dalğa sürətlərində işləyən cihazlardır.

Fərqli dalğa sürəti ilə çalışan lazer epilyasiya cihazları da ola bilər, lakin bazarda bunlara çox rast gəlinmir.

Hazırda epilyasiyanın aleksandrit, diodlu lazer növləri mövcuddur. Diodlu lazer həm sarı, həm də qara tükləri aradan qaldırır. Lakin aleksandrit lazer əsasən cod tükləri yox edir.

Lazer epilyayasiyası zamanı köməkçi metodlar kimi ultrasəs və enzim prosedurlardan da istifadə edilir. Lazer epilyasiyası sağ soğanağının işıq şüaları vasitəsilə məhv edilməsidir. İstifadə olunan dalğa uzunluğu ultrabənövşəyi şüalara malik deyil. Həmin dalğa uzunluğu işıq spektrinə aiddir və buna görə də tamamilə zərərsizdir. Əgər lazer epilyasiyası qeyri-professional şəkildə aparılıbsa, o zaman dəridə müəyyən yanıqlar əmələ gələ bilər. Amma nəzərə almaq lazımdır ki, lazer epilyasiyasının effektivliyi tükün qalınlığından da asılıdır.

Tüklərin mərhələləri

  • Anagen (aktiv böyümə)

Tüklərin inkişaf etdiyi dövrdür. Tüklərin epilyasiyaya ən çox uyğun dövrüdür. Tük kökü ilə sıx əlaqəli olduğu üçün lazer şüasını tük kökünə çox təsirli ötürür. Yəni hansı epilyasiya növündən istifadə edirsinizsə edin, aktiv böyümə stadiyasına olmayan tükləri məhv edə bilməzsiniz

  • Katagen (keçid)

Bu dövrdə tüklərin kökləri ilə heç bir əlaqəsi olmadığından epilyasiyanın tük köklərinə heç bir təsiri olmur.

  • Telogen (dincəlmə)

Dincəlmə dövrüdür. Bu dövrdə tüklər tamamilə öz kökü ilə əlaqəsiz olur və buna görə də lazer epilyasiyası nəticəsibndə tüklər yox olur, lakin tük kökləri heç bir məhvedici təsirə məruz qalmır.

Kimlər lazer epilyasiya etdirə bilər?

Tük çıxma dövrü başa çatmış, istifadəyə heç bir sağlıq maneəsi olmayan kişi , qadın hər kəs epilyasiya oluna bilər. Hamiləlik dövründə epilyasiya olunmaması məsləhətdir. Tük rəngi açıq olan insanlarda isə lazer epilyasiyası heç bir nəticə göstərmir

Əməliyyatlar nə qədər çəkir?

Lazer epilyasiya əməliyyatı tətbiq edilən bölgənin genişliyinə görə dəyişir.

Lazer şüaları bədənə zərər verirmi?

Lazer şüası dəriyə tük köklərinin olduğu 2-5 mm dərinliyə qədər təsir edə bilir. Buna görə daxili orqanlara heç bir neqativ təsiri yoxdur.

Lazer epilyasiyasına dəri rənginin təsiri varmı?

  • Lazer epilyasiyasının ən uğurlu təsir etdiyi dəri rəngi açıq olan tükün isə rənginin tünd olanıdır. Bu cür insanlara Alexandrite Lazeri daha çox yaxşı nəticə göstərir.
  • Dəri və tükünün rəngi açıq olan insanlarda isə Diode Lazerinin tətbiqi daha məqsədəuyğundur.
  • Qaralmış və dəri rəngi tünd olan insanlarda isə ND_Yag Lazerinin təsiri daha güclü olur.

Lazer epilyasiyasının nəticələri neçə seansdan sonra özünü göstərir?

Prosedurun sayı fərdidir, yəni o, bədənin hissəsindən, yaşdan və hormonal fondan asılıdır. 1 və ya 2 il ərzində tüklərin tamamilə aradan götürülməsi mümkündür. Amma elə adamlar da var ki, istədiyi nəticəni 6-7 seansdan sonra əldə edir.

İnsan bədənində tüklərin inkişafı üç etapda gedir. Bunlar anajen, katajen ve telojen etaplarıdır. Lazer şüası tük kökünə ancaq anajen dövrdə təsir etdiyinə görə epilyasiya zamanı tükün inkişafının bu dövrdə olması mütləqdir. Lakin bədəndəki tüklərin hamısının eyni anda anajen etapda olmadığını nəzərə alaraq lazer epilyasiyası bədən nahiyəsində 4-8 seans, üz nahiyəsində 6-10 sensa öz təsirini göstərir. Bundan əlavə seansın davamlılığını bədəndə gedən hormonal pozğunluqlar, istifadə olunan bəzi dərmanlar və aparılan müalicə periodu da uzada bilər.

Hansı mövsümdə lazer epilyasiyası etdirmək daha məqsədəuyğundur?

Lazer epilyasiyası əməliyyatını havaların hələ çox istilənmədiyi və günəşin özünü tez-tez göstərmədiyi aylarda etdirmək daha məqsədəuyğundur. Kəskin günəş şüaları dəriyə əks təsir göstərib onu yandıra bilər.

Lazer müalicələrindən sonra günəşə çıxmaq təhlükəlidirmi?

Yay mövsümündə lazer epilyasiyasına gələnlər 1 həftə ərzində kəskin günəş şüalarından uzaq durmağa çalışmalıdır. Hara getdiklərindən asılı olmayaraq, çantalarında günəşin ultrabənövşəyi şüalarından qoruyan SPF tərkibli krem gəzdirməyi məsləhət görürəm.

Hamilə qadınların lazer epilyasiyası əməliyyatına müraciət etməsi nə dərəcədə düzgündür?

Hamilə qadınların epilyasiya prosedurundan istifadə etmələri məsləhət deyil. Əslində 9 ay ərzində və süd verən müddətdə olmaz. Uşağın inkişafına mənfi təsir göstərə bilər, həm də epilyasiya prosesi tam ağrısız olmadığından hamilə qadınlar bu kimi stressdən uzaq dayanmalıdırlar.

Menstruasiya dövründə lazer epilyasiya etdirməyə icazə varmı?

Ciddi bir ziyanı yoxdur, lakin ağrı olduğuna görə, olmaz. Ya 3 gün əvvəl, ya da menstruasiyadan 3 gün sonra gəlmək olar.

Əməliyyat keçirmiş bir xəstə lazer epilyasiyasına gələ bilər?

Salonların çoxunda əməliyyatdan yeni çıxmış xəstələri də qəbul edirlər. Lakin 3 ay tamam olmamış lazer epilyasiyası etdirmək olmaz.

Lazer epilyasiyası zamanı ağrı hiss olunur?

Ağrı çox yüngül olur. Soyutma sistemi varsa o ağrını hiss etməyə qoymur.

Nə qədər vaxtdan sonra duş qəbul etmək olar?

Bir gün ərzində duş qəbul etmək düzgen deyil.

Əməliyyat sonrası losyon-krem,və ya dərman istifadəsi lazımdırmı?

Qızartı meydana gəldiyi təqdirdə qoruyucu və bərpaedici kremlərdən istifadə edilə bilər. Ümumiyyətlə, üzə, bədənə krem və lasyon çəkmək məsləhət görülmür. Çünki qızartının və səpkilərin meydana gəlməsinə səbəb olur.

Lazer epilyasiyasının zərərləri və əks göstəriciləri varmı?

Lazer tətbiqləri çox vaxt radiasiya kimi qəbul edilir və zərərli təsir edər meydana gətirə biləcəyi düşünülür. Halbuki lazer ilə radiasiya arasında bir əlaqə yoxdur. Lazer tətbiqi əsnasında dəri altındakı təbəqə və orqanlara hər hansı bir təzyiq göstərdiyinə dair bir təsir müşahidə olunmayıb. Lazerlə bədəndə ancaq ət kökü səviyyəsinə qədər çatıla bilər. Lakin hər hansı bir xəstəlik varsa və bilmədən lazer epilyasiyasına müraciət edərlərsə, zərərləri yarana bilər. Bunlara şiş xəstəlikləri aid edilir. Lazer epilyasiyası onların daha da böyüməsinə səbəb ola bilər. Buna görə də, gəlməzdən əvvəl konsultasiya aparıb hansı xəstəliklərin olduğunu öyrənmək lazımdır. Əgər antibiotik qəbul edirsə, lazer epilyasiyası qətiyyən olmaz. Müalicədən 2 həftə sonra gəlmək olar.Lazer epilyasiyasının əks təsirinə bu günə qədər rastlanmamışdır. İstifadədən sonra dəridə bəzən yüngül köpmə və qızarma ola bilər. Amma bunlar keçərlidir. Bir neçə gün ərzində yox olur.

Lazer epilyasiyası bədənin hansı nahiyələrinə tətbiq edilə bilər?

Göz çuxuru istisna olmaqla lazer epilyasiyası bədənin bütün bölgələrində istifadə oluna bilər.Bədənin hər yerində olar, amma dərini yandırmamaq şərti ilə ayrı-ayrı dozalarda. Konsultasiya zamanı fibroma, mioma kimi xəstəliklər aşkarlanmayıbsa, genital bölgələrdə də etmək olar və çox gözəl nəticələr əldə edilir.

 

Seanslar nə qədər fasilələrlə davam etməlidir?

Bədəndə 6 həftə, üz nahiyəsində 4 həftə fasilə ilə davam etdirilməsi məsləhətdir.

Seanslar arası çıxan tükləri neyləməli?

Bu tükləri mumla epilyatorla yəni kökündən qoparan heç bir üsulla almaq olmaz. Bunun üçün tük qısaldan aparatlardan və jiletdən istifadə edilə bilər.

Lazer epilyasiya ağrılı bir üsuludur?

Lazer epilyasiyası digər epilyasiya növlərinə nisbətən daha ağrısız prosedurdur. Məsələn: Alexsandrit lazerində hiss nedilən ağrı rezin bağlayıcının 7-8 sm uzaqlıqdan dartılıb bədənə sıçraması ilə yaranan ağrıya bənzəyir. Lakin soyuq hava verən aparatlar vasitəsilə lazer ağrısı yox dərəcəsinə endirilə bilər.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.