VİTAMİNLƏRƏ ORQANİZMİN TƏLƏBATI






Vitamin və minerallar orqanizmdə olduqca böyük rol oynayır,müxtəlif vacib proseslərdə iştirak edir. Nəticədə onların kəskin çatışmazlığı müxtəlif ciddi pozulmalara səbəb olur.

Bu pozulmalar arasında

  • immun sisteminin zəifləməsi
  • ürək-damar
  • sinir,endokrin sistemində pozulmalar
  • qanazlığı
  • dəri,saç və dırnaqların vəziyyətinin pisləşməsi və s. 

Vitamin və mineralların əsas hissəsi orqanizmdə toplanmır və bu o deməkdir ki, insan onları daim qəbul etdiyi qidadan almalıdır. Bir çox insanlar vitamin və mineral çatışmazlığından əziyyət çəkir. 

Bu pozulmanın əsas simptomları bunlardır: 

  • Daim yorğunluq, əsəbilik, yaddaşın və diqqətin azalması
  • Damaqların qanaması
  • Dodaqların qıraqlarında çatların əmələ gəlməsi 
  • Üz dərisinin quru və solğun olması,qabıq vermə,sızanaqlar,furunkullar 
  • Gecə vaxtı yuxusuzluq, günorta vaxtı yuxululuq
  • Saçların güclü tökülməsi 
  • Tez-tez təkrarlanan soyuqdəymələr. 

Sizdə sadaladığımız simptomlardan 3-4 varsa,bu orqanizminizdə vitamin və mineral çatışmazlığından xəbər verə bilər.Bu halda terapevtin müayinəsindən keçmək lazımdır. Lazım olduqda terapevt sizə vitamin-mineral kompleksi təyin edə bilər.

 



Vitamin və minerallar insan bədəninin düzgün bir şəkildə işləməsini təmin edir. Hər gün yediyimiz qidaların tərkibində vitamin və mineralların olmasına baxmayaraq, bəzi qidaların tərkibində digərlərinə görə daha çox vitamin və mineral var.

Vitaminlər iki kateqoriyaya ayrılır:

  1. Yağda əriyən vitaminlər
  2. Suda əriyən vitaminlər

Yağda əriyən vitaminlərə A, D, E və K vitaminləri daxildir.Yağda əriyir və bədəninizdə qala bilər.

Suda əriyən vitaminlərə isə C və B kompleks vitaminlərini nümunə göstərmək olar (vitamin B6, B12, niasin, riboflavin, vefolat kimi). Bədənin bu vitaminləri sorması üçün əvvəlcə suda əritməsinə ehtiyac var. Bu səbəbdən, bədən bu vitaminləri saxlamır, onları xaricə çıxarır. Yəni hər gün bu vitaminlərdən davamlı şəkildə istifadə etmək sağlamlığınız üçün çox vacibdir.



Vitaminlər (bitki və ya heyvanlardan hasil olan) orqanik (üzvi) maddələrdir.

Minerallar isə torpaq və suda əmələ gələ orqanik (üzvi) elementlərdir və milyardlarla bitkilər və heyvanlar tərəfindən yeyilir. Bədəniniz böyümək və sağlam olmaq üçün kalsium kimi bəzi minerallara böyük ehtiyacı var. Eyni zamanda xrom, mis, yod, dəmir, selenium, sink kimi digər minerallara isə bədən gün ərzində daha az ehtiyac duyur.

Hansı vitaminin vəzifəsi nədir?

A vitamini

İnfeksiyalara qarşı müqaviməti artırır, normal böyümə, artım, sümük və dişin inkişafı, görmə qabiliyyəti üçün lazımdır. Bədənin, dırnaqların və saçların sağlam qalmasını təmin edir.  Diş və diş ətləri üçün mühümüm əhəmiyyətə malikdir.

  • ərik
  • qulançar
  • cəfəri
  • ıspanaq
  • kök
  • kərəviz
  • kahı
  • portağal
  • alça
  • pomidor

D vitamin

Nazik bağırsaqdan kalsiumun sorulmasına kömək edir. Kalsiumun sümüklər və diş ətlərində qalmasını təmin edir.

  • Balıq yağı
  • yumurta
  • kərə yağı
  • qara ciyər
  • ət
  • tərəvəzlər
  • günəş

E vitamin

Antioksidantdır. Alsqeymer xəstəliyinin artmasının ləngidir. Yaşlı insanlarda immun sistemini gücləndirir. Hüceyrələrin daha uzun yaşamasını və yenilənməsini təmin edir.

  • Buğda, dənli bitkilər
  • Soya yağı
  • Arı südü
  • qoz
  • kahı
  • vəzəri
  • kərəviz
  • cəfəri
  • ıspanaq
  • kələm
  • qarğıdalı yağı
  • qarğıdalı
  • yulaf

K vitamin

Qaraciyərə gələn K vitamin laxtalanma amilinin meydana gəlməsində iştirak edir. K vitamini əlavələri yalnız qanaxması olan xəstələrə verilir.

  • ispanaq
  • qabaq
  • kahı
  • yaşıl pomidor
  • yaşıl bibər
  • inək südü
  • pendir
  • kərə yağı
  • yumurta
  • qırmızı ət
  • düyü
  • qara ciyər
  • qarğıdalı
  • banan
  • şaftalı
  • çiyələk

B1 vitamini

  • buğda
  • kəpək
  • pivə mayası
  • təzə meyvə-tərəvəz
  • qoyun əti
  • sığır əti
  • balıq əti
  • yumurta
  • süd

B2 vitamini

B2 vitamini çatışmazlığı zamanı dildə qızarma, yanma hissi olur, ağız ətrafında və dodaqlarda qızarma, qıcıqlanma, çatlaqlar olur, gözlərdə qaşınma, yanma hissi, katarakta əmələ gəlir, saçlar tökülür, uşaqlarda inkişaf ləngiyir, çəki azalır, həzm problemləri əmələ gəlir.

  • Buğda unu
  • kartof
  • ət
  • süd
  • yumurta
  • pendir
  • kəpək
  • yaşıl tərəvəzlər
  • kök
  • fındıq
  • yer fıstığı
  • mərci

B3 vitamini

Kifayət qədər qidalanmadıqda sinir sisteminə təsir edən pelleqra adlı xəstəlik üzə çıxır. Hüceyrələrin oksigendən istifadə edə bilməsi üçün lazımdır. Mədədə həzmin əsasını təşkil edən turşuların əmələ gəlməsini təmin edir.

  • pivə mayası
  • kəpək
  • yer fıstığı
  • içalat
  • qırmızı ət
  • balıq
  • buğda
  • lobyakimilər
  • un
  • yumurta
  • süd
  • limon
  • qabaq
  • əncir
  • portağal
  • xurma

B 5 vitamini

Təbiətdə bol olduğu üçün bədəndə çatışmazlığına rast gəlinmir. Bağırsaqlarda da az miqdarda əmələ gəlir. Bədəndə çatışmadıqda qanda şəkərin səviyyəsi düşür, əllərdə titrəmə, ürək döyüntüləri əmələ gəlir.

  • qırmızı ət
  • toyuq
  • yumurta
  • çörək
  • tərəvəzlər

B6 vitamini

Sinir sistemi və hormonların çalışmasını qaydaya salır. Bədənin müqavimətində anticisimlər və leykositlərin əmələ gəlməsində rol oynayır. Bədəndə çatışmadıqda miqren tipli baş ağrısı, qan azlığı, dəridə quruluq, görmə problemləri, keyimə, əzələ zəifliyi və sancılar əmələ gəlir.

  • qırmızı ət
  • balıq
  • yumurta
  • çörək
  • tərəvəzlər

B11 vitamini

Qırmızı qan hüceyrələri və sinir toxumalarının əmələ gəlməsində rol oynayır. Hüceyrələrin bölünməsi üçün lazımdır. Böyüməyə kömək edir. Ana bətnindəki körpənin sinir sisteminin inkişafı üçün də lazımdır. Bədəndə çatışmadığı təqdirdə, iştahsızlıq əmələ gəlir, çəki azalır, ürək bulantı, ishal, qusma, baş ağrısı, unutqanlıq, ürək döyüntüsü kimi bəzi problemlər ortaya çıxır.

  • qırmızı ət
  • ispanaq
  • kahı
  • yumurta
  • çörək
  • portağal
  • banan

B12 vitamini

Qidalar və ya siqaret kimi vərdişlər bədənə daxil olan sianidi təsirsiz hala gətirir.




Bədəndə çatışmadığı təqdirdə həssaslıq artır, şişmə, qızarma, qarabasma, depressiya, əzələlərdə yığılma, sinir iltihabları ilə əlaqədar olaraq əl və ayaqlarda keyimə, cimilti, yanma hissi ortaya çıxır.

  • qırmızı ət
  • toyuq
  • balıq
  • süd
  • pendir
  • yumurta

C vitamin

Bədənimiz C vitaminini istehsal edə bilmir. Bitkilər və bəzi heyvanlar bu vitamin istehsal edə bilər. Qidalarla qəbul edilən vitamin 2 saat ərzində istifadə olunur. 4 saat sonra isə qandan uzaqlaşır. Yaraların yaxşılaşmasını, damarların sağlam olmasını təmin edir. Bədənin müqavimət sistemini artırıcı təsir göstərir. Histamin əmələ gəlməsini azaldaraq allergiyaların təsirini azaldır. Bədəndə çatışmadığı təqdirdə, diş əti qanamaları və dartılmaları olur.

  • Qaraüzüm
  • Sitrus meyvələri
  • Çiyələk
  • qovun
  • qarpız
  • yaşıl bibər
  • cəfəri
  • brokkoli
  • kök
  • soğan
  • noxud

 

 




DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS