Diklofenak

Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac         

Tərkibi

Təsiredici maddə:  3ml məhlulun  tərkibində  75mq  diklofenak natrium  vardır.

Köməkçi maddələr: benzil spirti, dinatrium   edetat, propilenqlikol, natrium  bisulfit, inyeksiya

                                 üçün su.

 

Təsviri

Şəffaf, rəngsiz  mayedir.

 

Farmokoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).

 

Farmakoloji xüsusiyyətləri

Fenilsirkə turşusunun törəmələri qrupundan olan iltihabəleyhinə qeyri-steroid preparatdır. İltihab- əleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirlərə malikdir. Siklooksigenazanı, araxidon zəncirinin reaksiyalarını tormozlayır və PQE2, PQF2-alfa, tromboksan A2, prostasiklinin, leykotriyenlərin sintezini və lizosomal fermentlərin xaric olunmasını pozur. Trombositlərin aqreqasiyasını dayandırır; uzun müddət istifadə etdikdə desensibilizasiyaedici təsir göstərir.

Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicə müddətində preparat oynaq boşluqlarına yaxşı keçir, sakitlik və hərəkət zamanı olan oynaq ağrılarını yüngülləşdirir, hərəkətin həcmini bərpa edir, oynaqlarda səhər məhdudiyyətini və ödemi azaldır.

Əməliyyat və travmalardan sonra iltihabı proseslər zamanı spontan və hərəkət vaxtı yaranan ağrını yüngülləşdirir, yara nahiyəsində iltihablı ödemi azaldır. Kurs mualicə alan poliartritli xəstələrdə sinovial mayedə və sinovial mayedə və sinovial qişadakı konsentrasiyalar qan plazmasında olduğundan çoxdur. İltihabəleyhinə aktivliyi asetilsalisil turşusu, butadion, ibuprofendən artıqdır; indometasinlə müqayisədə daha güclü klinik effekti var və xəstələr tərəfindən yaxşı qəbul olunması haqqında məlumatlar var.

 

İstifadəsinə göstərişlər

  • Dayaq –hərəkət aparatının xəstəlikləri (revmatoid artrit, artrozlar, podaqrik artrit, bursopatiyalar, enteropatiyalar, deformasiyaedici osteoartroz, sinovitlər və tendosinovitlər, mialgiyalar, miozitlər)
  • Onurğa sütunun xəstəlikləri (Bexterev xəstəliyi, koksartroz, ankilozlaşdırıcı spondilit, spondilyoz, işias, osteoxondroz, bel-oma düyününün zədələnməsi, radikulitlər)
  • Revmatizm
  • Nevroloji xəstəliklər (nevritlər və nevralgiyalar, miqren tutmaları)
  • Travmadan sonrakı ağrılar (sınıqlar, dartılmalar, çıxıqlar, əzilmələr)
  • Əməliyyatdan sonrakı ağrılar (tonzilektomiyadan, qarın boşluğu orqanlarında aparılan əməliyyatdan, dişlərin çıxarılmasından sonra)
  • Menstrual ağrılar (alqodismenoreya). Yumurtalıqların iltihabı (salpinqit və ooforit), uşaqlığın, uşaqlıq yolunun, vulvanın iltihabı xəstəlikləri (patogenetik terapiya)
  • Böyrək və qaraciyərsancısı
  • LOR – orqanları xəstəliklərinin patogenetik müalicəsi (orta otit, kəskin faringit, kəskin tonzillit (angina), sinusitlər, haymorit)
  • Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarının patogenetik müalicəsi
  • Görmə orqanlarının xəstəlikləri (blefarokonyunktivit, konyunktivit, keratokonyunktivit, buynuzlu qişanın zədələnməsi, gözün və hədəqələrin travması)

 

Əks göstərişləri

  • diklofenaka və preparatın komponentlərinə və ya başqa qeyri-steroid iltihabəleyhinə vasitələrə qarşı yüksək həssaslıq;
  • mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi,;
  • bağırsağın destruktiv-iltihabi xəstəliyinin kəskinləşmə fazasında;
  • qanyaranmanın və ya qanın pozğunluqları;
  • “aspirin” bronxial astması;
  • porfiriya;
  • hamiləliyin son trimestri, laktasiya dövrü;
  • 14 yaşa qədər uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparat anamnezində böyrəklərin, qaraciyərin, MBT xəstəlikləri olan, dispepsik hallarda,  bronxial astma, arterial hipertenziya, ürək çatışmazlığı zamanı, cərrahi əməliyyatlardan dərhal sonra, həmçinin yaşlı xəstələrin müalicəsi zamanı diqqətli olmaq lazımdır. Ürək, qaraciyər və böyrək funksiyasının çatışmazlığı olan xəstələr nəzarət altında saxlanmalıdır. Uzun müddət istifadə etdikdə böyrəklərin, qaraciyərin funksiyalarını və periferik qanın tərkibini nəzarətdə saxlamaq, nəcisdə gizli qanı yoxlamaq məsləhət görülür. Anamnezində bronxial astma, arterial hipertoniya, ürək çatışmamazlığı, qaraciyər, böyrək və mədə-bağırsaq yolu xəstəliyi olanlar preparatı ehtiyatla qəbul etməlidirlər.

Heç bir halda venadaxili şırınqa istifadə olunmamalıdır. Müalicə dövründə alkoqol istifadə etmək məsləhət deyil.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

  • Diklofenakın vəkaliumqoruyucu diuretiklərin eyni zamanda istifadəsi zamanı qanda kaliumun miqdarı arta bilər, ilgək diuretikləri ilə isə onların diuretik effekti azala bilər.
  • Eyni zamanda istifadə edildikdə litium və diqoksininmiqdarı arta bilər.
  • QSİƏP metotreksatın proteinlərlə birləşməsini və ya böyrəklərlə xaric olunmasını zəiflədir, nəticədə onun plazma miqdarı artır, toksiklik ehtimalı da artır; böyük dozada metotreksat infuziyalarından əvvəl və sonra QSİƏP-lə terapiyanı dayandırmaq məsləhət görülür.
  • Siklosporin- toksiklik ehtimalı artır.
  • Asetilsalisil turşusu ilə bir yerdə istifadəsi məsləhət deyildir,çünki iki və daha artıq QSİƏP birgə təyini qastrointestinal toksikliyin və qanaxma riskini artırır. İki və daha artıq QSİƏP birgə təyini bir preparatın farmakokinetik profilinə təsir edə bilər, nəticədə terapevtik effekt dəyişə bilər və ya əlavə təsirlər riskini artıra bilər. Aspirin diklofenakın biomənimsənilməsini azaldır (50%-ə qədər) və diklofenakın qan plazmasındakı miqdarı azalır.
  • Antikoaqulyantlar, kumarin- və ya indantion- törəmələri və ya heparin və ya trombolitik agentlər.Antikoaqulyantlar və trombolitik müalicə alan xəstələr üçün QSİƏP -in trombositlərin aqreqasiyasını ləngitməsi və QSİƏP-lə bağlı xoranın yaranması, qanaxma ehtimalı təhlükəsi var.
  • Qlükoidlərin əlavə təsirlərinin yaranma ehtimalını artırır (mədə bağırsaq qanaxmaları)
  • Antidiabetik vasitələr, peroral və ya insulin. QSİƏPbu dərmanların effektini artıra bilər, bu zaman antidiabetik vasitələrin dozasını tənzimləmək lazım ola bilər.
  • Qanda xinolon törətmələrinin səviyyəsini artırır.
  • Sümük beyninin depressantları. QSİƏP-lə bir yerdə istifadəsi zamanı bu preparatların leykopenik və trombositopenik effektləri arta bilər; sümük iliyini ingibə edən preparatların dozasının tənzimlənməsi qan hüceyrələrinin sayına uyğun aparılır.
  • Sefamandol, Sefaperazon, Plikamisin, Valproat turşusu, Kolxisin.  Diklofenakla bir yerdə istifadəsi qastrointestinal və başqa yerlərdə qanaxma ehtimalını artırır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin ilk 6 ayında preparat ciddi göstərişlər üzrə və az dozalarda istifadə olunur.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə müddətində psixomotor reaksiyalar zəifləyə bilər.

 

İstifadə qaydası və dozası

  • Əzələdaxili inyeksiyalar. 1 ampulun içindəkini gündə 1dəfə dərin əzələdaxili yeridirlər (dərialtı və venadaxili şırınqa hec vaxt yeritməyin). Ağır hallarda gündəlik doza sutkada 2 ampula qədər artırılır (1 inyeksiya başqa- başqa yerlərə) inyeksiyalar arasında 6 saatlıq intervalla. Maksimal sutkalıq doza 150mq-dır. Maksimal doza 5 gündən artıq istifadə olunmamalıdır.

Ancaq şəffaf məhlul istifadə etmək olar.

 

Əlavə təsirləri

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar nadir hallarda ürəkbulanma, eroziv-xoralı zədələnmələr, qanaxmalar, qaraciyərin funksiyasının pozulması (transaminazanın miqdarının artması, sarılıq hepatit).

Nadir hallarda periferik ödemlər və allergik reaksiyalar: qaşınma, dəri səpgisi, ekzema, bronxospazm, anafilaktik reaksiyalar ola bilər.

Mərkəzi və periferik sinir sistemində baş verən pozğunluqlar:  başağrısı , başgicəllənmə, qulaqlarda küy, yuxusuzluq, qıcıqlanma, depressiya və ya yorğunluq hissi, görmənin pozulması (diplopiya) ola bilər.

Sidikçıxarıcı sistemdə baş verən pozğunluqlar: nadir hallarda nefrotik sindrom, böyrək çatışmazlığı.

Qanyaradıcı sistemdə baş verən pozğunluqlar: leykopeniya, trombositopeniya, aplastik anemiya, multiformalı eritema, aqranulositoz, hemolitik anemiya.

Digər: inyeksiya yerində ödem, yerli ağrı və bərkimə, əsasən də yaşlı, şəkərli diabeti olan xəstələrdə.

 

Doza həddinin aşılması

Simptomları: kəskin başağrısı, hərəki oyanıqlıq, başgicəllənmə, qıcolmalar, ürəkbulanma, qusma, qanla qusma, diareya, eroziya, xoranın yaranması və qanaxmalar.

Müalicəsi: sürətləndirlmiş diurez. Arterial təzyiqin normallaşdırılması üçün simptomatik terapiya aparılır, qıcolmalar zamanı-diazepam, fenobarbital. Hemodializ az effektivdir.

 

Buraxılış forması

3 ml məhlul,  ampulda. 5 ampul içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

30°C-dən yüksək  olmayan temperaturda, qablaşdırmasında və uşaqların əli catmayan yerdə saxlamaq  lazımdır.

DR.Hüseyn Esgerov

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS